İxtisasın təsviri

   Dirijor ansambl (orkestr, xor, opera və s.) musiqisinin ifa prosessinə başçılıq edən şəxsdir. Dirijor ansamblın bütün üzvlərinə nəzarət edərək, onları düzgün istiqamətə yönləndirərək musiqi əsərinin gözəl şəkildə ifa olunmasını təmin edir. Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır. Dirijorun istifadə etdiyi çubuq “baget” adlanır. Dirijorun üzünün ifadəsi, baxışı, mimikası mühüm rol oynayır. Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır. Bütün musiqi kollektivinin işinin keyfiyyətinə cavabdehdir, əsərlərin incəliklərini və janrlarını yaxşı bilmək, hər xorun və ya instrumental sənətçinin güclü və zəif tərəflərini bilmək məcburiyyətindədir. Buna əsaslanaraq tərəfləri paylayır və repertuar seçir. Ansamblın ümumi səsi və özünəməxsusluğu dirijorun işindən çox asılıdır, səbəbsiz deyil ki, bu ixtisas bütün musiqi peşələrinin ən mürəkkəb hesab olunur. İxtisas mükəmməl musiqi duyumu olan insanlar üçün uyğundur.

İxtisasın tarixi

  Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin  adı ilə bağlıdır. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş, bu əsərlərin şərh edilməsində özünə məxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü. Hacıbəyovun “Koroğlu” operası dünya musiqisinin qızıl fonduna daxildir.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • → Kollektivin ixtisaslaşmasını,publika istəklərini və hər bir instrumentalistin və ya vokalçının qabiliyyətini nəzərə alaraq repertuar seçimi;
  • → Musiqi əsərinin partiyalarının  paylanması və onların öyrənilməsinə nəzarət;
  • → Məşq planının hazırlanması və onların həyata keçirilməsi;
  • → Orkestrı tənzimləmək, idarə etmək;
  • → Orkestr qruplarını yaratmaq;
  • → Əsərin ritmini, quruluşunu, nüanslarını orkestr ifası zamanı orkestr iştirakçılarına göstərmək;
  • → Üz ifadələri, əllər və barmaqlar tərəfindən verilmiş xüsusi işarələrin köməyi ilə kompozisiyanın yerinə yetirilməsi prosesinə nəzarət;
  • → Hər bir alətin səsinin saflığına və onun xidmət qabiliyyətinə nəzarət etmək;
  • → Ahəngdar səslənməyə nail olmaq üçün bütün musiqiçilərin qarşılıqlı əlaqəsini təmin etmək;
  • → Yeni xorist və ya instrumental ifaçıların seçilməsi;
  • → Konsert proqramının, tamaşaların və qastrolların təşkilinə dəstək.

Harada bu ixtisasa sahiblənmək olar 

  • → Azərbaycan Milli Konservatoriyası;
  • → Bakı Musiqi Akademiyası.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • → Simfonik orkestr;
  • → Opera;
  • → Musiqili Komediya Teatrı;
  • → Xor kapellası.

Bu ixtisas üzrə lazım olan bilik ve bacarıqlar (kompetensiyalar)

  • ➝ Professional səviyyədə hər hansı bir musiqi alətində ifa etməyi bacarmalıdır. Bunun xüsusilə fortepiano olması  üstünlükdür.
  • ➝ Xüsusi istedad tələb edən bir sahədir. Xor kapellasının dirijoru xordakı səslərin hər birini, Simfonik orkestr dirijoru isə orkestrdakı ayrı-ayrı qrupları və alətlərin səslərini ayrı ayrılıqda eşitmə qabiliyyətinə sahib olmalıdır.
  • ➝ Liderlik keyfiyyətləri, iradə və qətiyyət;
  • ➝ Təşkilatçılıq bacarıqları;
  • ➝ Yaradıcı və pedaqoji qabiliyyətlər;
  • ➝ Düşüncə çevikliyi və improvizasiyaya meyillik;
  • ➝ İnsan psixologiyasını bilmək;
  • ➝ Stresə qarşı dözümlülük;
  • ➝ Fiziki dözümlülük;
  • ➝ Peşəkar obyektivlik;
  • ➝ Komanda ilə işləmək bacarığl;
  • ➝ Güclü yaddaş;
  • ➝ Güclü musiqi və ritm duyumu;
  • ➝ Fors major hallarda vəziyyəti əlaq almaq bacarığı;
  • ➝ Çevik, hərəkətli barmaqlar və yaxşı koordinasiya.

İxtisasın gələcəyi

      Dirijor peşəsi hal – hazırda çətin tələb olunan sahələrdən biridir. Çox eksklüziv bir  peşə növüdür. Məşhur orkestrlərin bir hissəsi olaraq qastrol səfərləri edənlər böyük ödənişlər ala bilər.

Əmək haqqı

 Aylıq əməkhaqqı 1000 – 4000 AZN aralığında dəyişir

Son yazılar