İxtisasın qısa təsviri 

  Əczaçılığa farmasiya və ya farmasevtika da deyilir. Yunanca “pharmakeia”, latınca “pharmacia” dərmanların tətbiqi, işlədilməsi mənasını bildirir, sinonim kimi dərmanşünaslıq termini də istifadə olunur. Beləliklə , əczaçılıq ixtisasının tərifini aşağıdakı kimi vermək olar :

 “Əczaçılıq dərmanşünaslığın vacib, ayrılmaz sahəsi olub, dərman vasitələrinin hazırlanması, standartlaşdırılması, keyfiyyətinin qiymətləndirilməsi, saxlanması və buraxılmasına, habelə müvafiq sahələrin dərman təchizatının təşkilinə dair xüsusi elmi və praktiki bilikləri özündə birləşdirən ixtisasdır”

  Əczaçılıq dərmanların sənaye – texnoloji prosessləriylə bağlı olan bölümdür. Bu ixtisasın əsasını dərmanlar, onların xammal vəziyyətindən tutmuş hazırlanıb aptek və digər tibb müəssisələrinə ordan isə vətəndaşlara çatdırılması kimi çox şaxəli iş sahələri təşkil edir. Dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə yetki sahibi olan insanlara əczaçı (əcza: dərman, əczaçı: dərman ilə məşğul olan) deyilir. Bu peşə riyazi zehnli insanlar üçün uyğundur, çünki əczaçı daim dərman dozalarının incə hesablanması məsələləri ilə qarşılaşır. Burada güclü yaddaş da şərtdir. Kimya və biologiya ilə maraqlananlar üçün uyğun peşədir.

Peşənin tarixi

   İlk dəfə olaraq 1938 – ci ildə Dərman formalarının texnologiyası kafedrası Azərbaycan Əczaçılıq İnsitutunun nəzdində yaranmışdır. 1941- ci ildən Azərbaycan Əczaçılıq İnstitutu Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə çevrilmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur ?(iş öhdəlikləri) 

  • ➝Əczaçı mövcud dərman maddələrini inkişaf etdirmək və yaxşılaşdırmaq; ➝Müxtəlif dərmanlar hazırlamaq.Bu tablet, toz və ya məlhəm ola bilər;
  • ➝Dərman maddələrinin hazırlanması texnologiyasını mənimsəmək və təkmilləşdirmək;
  • ➝Əczaçı olaraq pasiyentlərin sizə təqdim etdiyi reseptlərə uyğun şəkildə onu dərmanla təmin etməli;
  • ➝Reseptsiz şəkildə müraciətlərdə onları şikayətlərinə uyğun şəkildə dərmanla təmin  olunması  və ya problemin ciddi olduğu zamanlarda onların həkimə yönləndirilməsi;
  • ➝Analitik ekspertiza mərkəzi başqa laboratoriya, zavod və s.kimi yerlərdə verilmiş kimyəvi maddələri yoxlamadan keçirir ya da verilən tapşırıqlara əsasən analizlər edilir(şöbəyə, tələbata uyğun olaraq);
  • ➝Dərman və tibbi məhsullarının sifarişi və satışı;
  • ➝Əczanədə malların nümayişi və sifarişin aparılması;
  • ➝Müştəri ilə məsləhətləşmə;
  • ➝Xidmət standartlarına uyğunluq;
  • ➝Dərmanların raf ömrünə nəzarət;
  • ➝Dərmanların keyfiyyətinə nəzarət etmək;
  • ➝Dərmanlarının tanıtımında iştirak etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Tibb Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Avromed;
  • Avis;
  • Zəfəran apteklər şəbəkəsi;
  • Azerimed;
  • Buta;
  • Vita və s. apteklərdə;
  • Analitik ekspertiza mərkəzi;
  • Laboratoriyalarda.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • ➝Dərman maddələrinin fiziki və kimyəvi xassələrini, kimyəvi tərkibini, biokimyəvi xüsusiyyətlərini dərindən və mükəmməl bilməlidir;
  • ➝Kimya və biokimya fənlərinin məlumatlarından istifadə etməyi bacarmalıdır;
  • ➝Dərmanşünaslıqda məlum olan dərman maddələrinin insan və heyvan orqanizminə təsiri barədə əczaçı zəruri olan bütün məlumatlara malik olmalıdır;
  • ➝Kompüter proqramları ilə bağlı baza bilikləri;
  • ➝Dəqiq və diqqətli olmaq;
  • ➝Güclü yaddaş;
  • ➝Gülərüz və nəzakətli olmaq;
  • ➝Yüksək ünsiyyət bacarıqları;
  • ➝Çox sayda məlumatla işləmək bacarığı;
  • ➝Psixologiyanın əsaslarını bilməli, empatiya qurmağı bacarmaq;
  • ➝Məsulliyətli olmaq;
  • ➝Problemləri, dəqiq şəkildə müəyyən etmək;

Bu sahənin gələcəyi 

  Sahənin gələcəyi parlaqdır. Çünki həm ölkəmizdə, həm də digər ölkələrdə hal -hazırda ən çox diqqət yetirilən və inkişaf da olan bir sahədir.

Əmək haqqı

  Apteklərdən başlayaraq şirkət, iş növbəsi və təcrübədən asılı olaraq məvaciblər dəyişir. Məsələn, Azerimed şirkəti 350 AZN, Avromed şirkətinin Buta və Vita şəbəkələrində 360 – 370 AZN , həmçinin Avisdə də, təxmini bu aralıq olur. Lakin premyalar  və dərmanların üzərində müəyyən faizlər  gəldikcə əmək haqqı 1000 AZN -ə  qədər  dəyişə bilir. Digər laboratoriya, ekspertiza mərkəzlərində isə minimum əmək haqqı 300 AZN təşkil edir. Dərman şirkətlərində menecer və digər vəzifələrdə isə  başlanğıc əmək haqqı  700 AZN civarında dəyişir.