İxtisasın  təsviri

   Energetika mühəndisliyi ixtisası 2019-2020-ci tədris ilinə qədər Azərbaycan universitetlərində “İstilik energetikası mühəndisliyi” və “ Elektroenergetika mühəndisliyi” olaraq ayrı ixtisaslar şəklində tədris edilirdi və 2020-ci ildən bu ixtisaslar birləşdirilərək “Energetika mühəmdisliyi” ixtisası yaradılmışdır. Energetika elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və onun təchizatından ibarət sistemdir. Energetika mühəndisləri enerji istehsalının daha effektiv və yenilikçi yollarını tapmaq üçün layihələr həyata keçirməklə məşğul olur və eyni zamanda maliyyə xərclərini aşağı salmaq, karbon tullantılarını və ətraf mühitə dəyən ziyanı azaltmağın yollarını araşdırırlar.

İxtisasın tarixi

  Energetikanın başlanğıcını hələ insanların ilk dəfə oddan istifadə etməyə başladığı dövrlərdən qoyulduğunu söyləyə bilərik. Enerjinin uzun müddət ağac və kömürdən alınmasından sonra qədim yunanlar külək və sudan istifadə etməklə enerji əldə etməyi bacara bilmişdilər. 18-ci əsrdən başlayaraq isə buxardan enerjinin əldə edilməsi inqilabi hadisə idi. Daha sonralar isə üzvi-mənşəli yanacaq vasitələrindən istifadə genişləndi və hazırda günümüzdə tükənməyən enerji mənbələrinin istifadəsinin artırılması bu sahədəki əsas trendlərdəndir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Daha effektiv və yüksək enerji tutumuna malik enerji mənbələri tapmaq;
  • ➝ Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
  • ➝ Əsas və köməkçi energetika avadanlıqlarının (buxar və qaz turbinləri, daxili yanma mühərrikləri, buxar qazanları, generatorlar, transformatorlar, bəsləyici, kondensat və dövran nasosları və s) istismarını, texniki xidmətini və təmirini öyrənmək;
  • ➝ Elektrik-quraşdırma işlərinin tikintisinin tikinti norma və qaydalarına uyğun təşkili və nəzarəti;
  • ➝ Cəmiyyətin bütün elektrik təsərüfatına nəzarət və s.

Harada bu ixtisasa sahiblənmək olar?

“Energetika mühəndisliyi”ixtisası Nazirlər Kabinetinin 2019-cu il 15 sentyabr tarixli qərarına əsasən iki ixtisasın birləşməsi nəticəsində yeni yaradılmış ixtisaslardan biridir.Bu səbəbdən  ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə dəqiq məlumat hələlik mövcud deyil. 

Bu ixtisas üzrə harada çalışmaq olar?

İxtisas üzrə:

  • ➝ Azərbaycan Respublikası Energetika Nazirliyi;
  • ➝ AzərEnerji ASC;
  • ➝ SOCAR;
  • ➝ BP;
  • ➝ Su və istilik elektrik stansiyalarında və s. işləmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • ➝ Fizika və riyaziyyat bilikləri;
  • ➝ Yüksək konsentrasiya qabiliyyəti; 
  • ➝ Qrupla birgə işləməyi bacarmaq;
  • ➝ Problemlərə yenilikçi və yaradıcı həll yolları irəli sürmək;
  • ➝ Analitik düşünmə qabiliyyəti.

İxtisasın gələcəyi 

    Daha öncə də qeyd etdiyimiz kimi hazırda bu sahədə alternativ enerji mənbələrindən istifadə əsas trend halına gəlməkdədir və xüsusilə üzvi-mənşəli yanacaq vasitələrindən istifadənin gələcək illərdə aradan qalxacağı ehtimalı var. Hazırda ölkəmizdə energetika mühəndisliyi ixtisası üçün kifayət qədər imkanlar mövcud olsa da, gələcək illərdə bu imkanlar qeyd etidiyimiz kimi alternativ enerji mənbələri üzrə təhsil almış və ixtisaslaşmış şəxslər üçün daha çox ola bilər.

Əmək haqqı 

  İxtisas sahiblərinin əmək haqqları onların bilik və bacarıqlarından və vəzifələrindən asılı olaraq 500-5000 AZN aralığında dəyişməkdədir.

Son yazılar