​İxtisasın təsviri

  Fəlsəfə – varlığın, insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elmdir. Fəlsəfə sözünün yunan əsli “philosophia”-dır və iki ayrı sözdür: “Philio” sevgi mənasını verər: “sophia” isə, “müdriklik” ya da ümumiyyətlə, “bilik” deməkdir. “Philosophia”, bilik və müdriklik sevgisi, eşqi mənasını verər. ” Philosophos (filosof ) da, “müdrikliyi sevən”, “məlumatı axtaran və ona çatmaq istəyən”dir. Fəlsəfənin beş bölməsi var:

  • ➝ Ontologiya – varlıq haqqında təlim
  • ➝ Qnosiologiya – idrak haqqında təlim
  • ➝ Sosiologiya – cəmiyyət haqqında təlim
  • ➝ Praksiologiya – insanın əməli haqqında təlim
  • ➝ Aksiologiya – insanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlim.

   Fəlsəfə fakültəsində etika, ritorika, estetika, qədim dillər, məntiq və bir çox təbiət elmlərini öyrənirlər. Fəlsəfə kafedrasının müəllimləri tələbələrə elmin əsasları ilə tanış olmağa və analitik iş bacarıqlarını inkişaf etdirməyə kömək edir. Bu gün filosoflar olduqca tələb olunandır, bu isə hərtərəfli inkişaf etdikləri və strateji düşünməyə qadir olduqları üçün. “Fəlsəfə”, əslində, universal bir ixtisasdır ki, bu da təhsil sistemindən tutmuş dövlət orqanlarına qədər müxtəlif sahələrdə karyera qurmağa kömək edir.

​İxtisasın tarixi

   Fəlsəfənin elm kimi yaranma tarixi miladdan öncə VI əsrə təsadüf edir. “Filosof ” adını ilk dəfə Pifaqor (mö.570 -495) istifadə etmişdir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  Filosofun fəaliyyəti, iş mövqeyi və peşə sahəsindən asılı olaraq elmi-tədqiqat və ya praktiki ola bilər.

  • ➝ Elmi əsərlər yazırması;
  • ➝ Araşdırmalar aparmaq;
  • ➝ Sosial – iqtisadi və ictimai – siyasi prosesləri izlənməsi və təhlili;
  • ➝ İnsan dünyagörüşünü və fikir sistemlərini, dünyaya baxışını öyrənmək;
  • ➝ Bəşəriyyətin əsas problemləri: mədəniyyət fəlsəfəsi, elm fəlsəfəsi, bilik fəlsəfəsi, varlıq və dil haqqında tədqiqatlar aparmaq;
  • ➝ Təşkilati və idarəetmə: Elm, təhsil və sosial institutlar sahəsinin təşkilatı və idarəetməsində iştirak etmək;
  • ➝ Təhsil (pedaqoji): orta ixtisas məktəblərində fəlsəfə, etika, məntiq və digər fəlsəfi fənlər tədris edir;
  • ➝ Məsləhət və koordinasiya: sosial və mədəni işlər sahəsində əlaqələndirmələr etmək və məsləhət vermək, dövlət və ticarət strukturlarında sosial analitik fəaliyyət;
  • ➝ Tədqiqat – müasir cəmiyyətin aktual problemləri üzrə tədqiqat layihələrində iştirak;

Harada bu ixtisasa sahiblənmək olar

  • Bakı Dövlət Universiteti
  • ➝ Qərbi Kaspi Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  Fəlsəfənin ictimai – siyasi xarakterini nəzərə alsaq, bu ixtisası bitirənlər sosioloq, politoloq, peşəkar siyasətçi, psixoloq kimi fəaliyyət göstərməklə yanaşı, ali təhsil müəsisələrində fəlsəfə müəllimi kimi də işləyə bilər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • Obyektivlik;
  • Analitik düşüncə və məntiqi təfəkkür;
  • Tənqidi yanaşma bacarığı;
  • Güclü yaddaş;
  • Erudisiya;
  • Yüksək nitq qabiliyyəti;
  • Dini və mədəni baxımdan tolerant olmaq;
  • Empatiya;
  • Pedaqoji bacarıqlar;
  • Tədqiqat bacarığı;
  • Liderlik bacarıqları;
  • İnandırmaq qabiliyyəti.

​İxtisasın gələcəyi

  Fəlsəfə cəmiyyətin inkişaf və istehsal münasibətlərinin forma və məzmunundan biləvasitə asılıdır. Cəmiyyətin istər sosial, istərsə də hüquqi istiqamətdə inkişafını düzgün yönləndirmək üçün fəlsəfə elmi zəruridir.

Əmək haqqı

   Fəaliyyət sahəsindən  asılı olaraq əmək haqqı dəyişsə də, ortalama 300 – 1000 AZN aralığındadır.