İxtisasın təsviri

   Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının ümumiləşmiş adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. Ərəb dili və ədəbiyyat filologiyası özlüyündə ərəb dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrədir. Həmçinin, klassik ədəbiyyat nümayəndələrinin əsərləri ilə yanaşı, müasir ədəbiyyat nümunələri ilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Əlavə olaraq, lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

İxtisasın tarixi 

  Filologiya fakültəsi 1919 – cu ildə tarix – filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil – ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Fakültənin ilk dekanı prof. N.A.Dubrovski olmuşdur (1919 -1920).

 Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Filologiya ixtisasında ən başlıca və əsas iş öhdəliklərindən biri də elmi işlərin aparılmasıdır. Elmi işlər: 

  • ➝Dilçiliyi elmi səviyyə öyrənmək və araşdırmaq;
  • ➝Dilin tarixi haqqında  dərindən və elmi səviyyədə tədqiqatlar aparmaq;
  • ➝Ərəb ədəbiyyatını elmi səviyyədə araşdırmaq;
  • ➝Ərəb dili və ədəbiyyatını qarşılıqlı əlaqələrini araşdırmaq;
  • ➝Ərəb dili və ədəbiyyatı ilə Azərbaycan dili və ədəbiyyatını müqayisəli şəkildə araşdırmaq;
  • ➝Bədii, elmi, texniki və müxtəlif ixtisaslaşdırılmış ədəbiyyatın yazılı tərcümələrini etmək;
  • ➝Elmi sənədlərin, dərsliklərin, dillərin öyrənilməsi üçün tədris vəsaitlərinin, lüğətlərin, qrammatikaların, dil təsnifatı sistemlərinin nəzərdən keçirilməsi və nəşrə hazırlanması; 
  • ➝Dilçilik üzrə məsləhətlər vermək;
  • ➝Beynəlxalq toplantılarda, konfranslarda, hökumət iclaslarında və bənzər tədbirlərdə bir dildən digərinə tərcümə;
  • ➝Elmi sənədlərin və hesabatların hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar

  • ➝Bakı Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝Məzunların biliklərini nəzərə alsaq univeristetlərdə,özəl şirkətlərdə və konsulluqlarda iş imkanları vardır.
  • ➝Burada məzunların bilikləri çox böyük rol oyanyır.Əgər məzunlar ixtisasartırma və magistr bitiriblərsə, bir çox universtetlərdə və ya AMEA – da iş tapmaq imkanları vardır.
  • ➝Bir sıra özəl şirkətlərdə tərcüməçi çalışa bilərlər.
  • ➝Həmçinin də ixtisas artırma ilə orta məktəblərdə də müəllim kimi çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

  • ➝ İlk öncə Ərəb dilinə maraq olmalıdır.Ən azından A2 (Elementry)- B1 (Pre-Intermediate) səviyyədə ərəb dili bilikləri olmalıdır;
  • ➝Ərəb dili ədəbiyyatına marağın olması;
  • ➝Yaddaşın güclü olması;
  • ➝Geniş dünya görüşünün olması;
  • ➝Yüksək təhlil etmə bacarığı;
  • ➝ Səbirli olmaq;
  • ➝ Söz bazasının olması (ərəb dili);
  • ➝ Lüğətlərlə işləmək bacarığının olması;
  • ➝Şifahi və yazılı nitq;
  • ➝Zəngin təxəyyül;
  • ➝Analitik düşüncə;
  • ➝Güclü eşitmə və yaddaş;
  • ➝Diqqətlilik.

İxtisasın gələcəyi

Filologiya ixtisası çox şaxəli ixtisaslardan biridir. Bitirən məzunlar bir çox iş imkanı ilə təmin olunur. (Müəllimlik,Filoloq,Tərcüməçi və s).

Əmək haqqı

Əmək haqqı filoloqun işlədiyi sahədən və yerdən asılı olaraq dəyişir. Universitetlərdə, orta məktəblərdə əmək haqqı minimum 400 – 600 AZN – dən başlayır.

Son yazılar