İxtisasın qısa təsviri 

  Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır.  Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. Fransız dili və ədəbiyyatı filologiyası özlüyündə fransız dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrənir. Həmçinin, klassik ədəbiyyat nümayəndələrinin əsərləri ilə yanaşı, müasir ədəbiyyat nümunələri ilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətləri ilə tanış edir. Əlavə olaraq, lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrənir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi

  Filologiya fakültəsi 1919 – cu ildə tarix – filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil – ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Fakültənin ilk dekanı prof. N.A.Dubrovski olmuşdur (1919-1920).

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Filologiya ixtisasında ən başlıca və əsas iş öhdəliklərindən biri də elmi işlərin aparılmasıdır.Elmi işlər: 

  • ➝Dilçiliyi elmi səviyyədə öyrənmək və araşdırmaq.
  • ➝Dilin tarixi haqqında  dərindən və elmi səviyyədə tədqiqatlar aparmaq.
  • ➝Fransız ədəbiyyatını elmi səviyyədə araşdırmaq.
  • ➝Fransız dili və ədəbiyyatını qarşılıqlı əlaqələrini araşdırmaq.
  • ➝Fransız dili və ədəbiyyatı ilə Azərbaycan dili və ədəbiyyatını müqayisəli şəkildə araşdırmaq aiddir.
  • ➝Bədii, elmi, texniki və müxtəlif ixtisaslaşdırılmış ədəbiyyatın yazılı tərcümələrini etmək;
  • ➝Elmi sənədlərin, dərsliklərin, dillərin öyrənilməsi üçün tədris vəsaitlərinin, lüğətlərin, qrammatikaların, dil təsnifatı sistemlərinin nəzərdən keçirilməsi və nəşrə hazırlanması; 
  • ➝Beynəlxalq toplantılarda, konfranslarda, hökumət iclaslarında və bənzər tədbirlərdə bir dildən digərinə tərcümə;
  • ➝Dilçilik üzrə məsləhətlər vermək;
  • ➝Elmi sənədlərin və hesabatların hazırlanması

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dillər Universiteti.
  • Bakı Dövlət Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝Univeristetlərdə;
  • ➝Özəl şirkətlərdə;
  • ➝Konsulluqlarda ;
  • ➝Əgər məzunlar ixtisasartırma və magistr bitiriblərsə, bir çox özəl və dövlət universtetlərdə və ya AMEA – da iş tapmaq imkanları vardır;
  • ➝Bir sıra özəl şirkətlərdə tərcüməçi kimi;
  • ➝Həmçinin, ixtisas artırma ilə orta məktəblərdə də fransız dili müəllimi kimi çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

  • ➝ İlk öncə Fransız dilinə maraq olmalıdır. Ən azından A2 (Elementry)- B1 (Pre-Intermediate) səviyyədə Fransız dili bilikləri;
  • ➝ Fransız dili və  ədəbiyyatına marağın olması;
  • ➝ Yaddaşın güclü olması;
  • ➝ Geniş dünyagörüşünün olması;
  • ➝ Yüksək təhlil etmə bacarığı;
  • ➝Səbirli olmaq;
  • ➝Söz bazasının olması (fransız dili);
  • ➝ Lüğətlərlə işləmək bacarığının olması;
  • ➝Şifahi və yazılı nitq;
  • ➝Zəngin təxəyyül;
  • ➝Analitik düşüncə;
  • ➝Güclü eşitmə və yaddaş;
  • ➝Diqqətlilik.

Bu sahənin gələcəyi

  Filologiya ixtisası çoxşaxəli ixtisaslardan biridir. İxtisas məzunları üçün bir çox sahələrdə iş imkanları vardır(Müəllimlik,Filoloq,Tərcüməçi və s)

Əmək haqqı

Əmək haqqı filoloqun işlədiyi sahələrdən və yerlərdən asılı olaraq dəyişir.Universitetlərdə, orta məktəblərdə maaşlar minimum  400 – 600 AZN  aralığındadır.

Son yazılar