İxtisasın qısa təsviri 

    Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. İngilis dili və ədəbiyyatı filologiyası özlüyündə ingilis dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrədir. Həmçinin,klassik ədəbiyyat nümayəndələrinin əsərlərilə yanaşı müasir ədəbiyyat nümunələrilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Əlavə olaraq,lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

Peşənin tarixi 

    Filologiya fakültəsi 1919-cu ildə tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Fakültənin ilk dekanı prof. N.A.Dubrovski olmuşdur (1919-1920).

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

      Filologiya ixtisasında ən başlıca və əsas iş öhdəliklərindən biri də elmi işlərin aparılmasıdır.Elmi işlər: 

  •   ➝ Dilçiliyi elmi səviyyə öyrənmək və araşdırmaq.
  •   ➝ Dilin tarixi haqqda  dərindən və elmi səviyyədə tədqiqatlar aparmaq.
  •   ➝ İngilis ədəbiyyatını elmi səviyyədə araşdırmaq.
  • ➝ İngilis dili və ədəbiyyatını qarşılıqlı əlaqələrini araşdırmaq.
  •   ➝ Ümumilikdə  müqayisəli filologiya da var. Burada ingilis dili və ədəbiyyatı ilə azərbaycan dili və ədəbiyyatını müqayisəli şəkildə araşdırmaq aiddir.
  •   ➝ Bədii, elmi, texniki və müxtəlif ixtisaslaşdırılmış ədəbiyyatın yazılı tərcümələrini etmək;
  •   ➝ Dilçilik üzrə məsləhətlər vermək;
  •   ➝ Elmi sənədlərin, dərsliklərin, dillərin öyrənilməsi üçün tədris vəsaitlərinin, lüğətlərin, qrammatikaların, dil təsnifatı sistemlərinin nəzərdən keçirilməsi və nəşrə hazırlanması; 
  •   ➝ Beynəlxalq toplantılarda, konfranslarda, hökumət iclaslarında və bənzər tədbirlərdə bir dildən digərinə tərcümə;
  • ➝ Elmi sənədlərin və hesabatların hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar?

  •     Azərbaycan Dillər Universiteti.
  •     Bakı Avrasiya Universiteti.
  •     Bakı Slavyan Universiteti.
  •     Qərbi Kaspi Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Özəl şirkətlərdə və konsulluqlarda;
  • →İxtisasartırma proqramları və magistratura məzunları üçün bir çox universtetlərdə və ya AMEA-da;
  • Bir sıra özəl şirkətlərdə tərcüməçi kimi;
  • Həmçinin də ixtisas artırma ilə orta məktəblərdə  müəllim kimi.
  •  

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  •    ➝  İlk öncə İngilis dilinə maraq olmalıdır.Ən azından A2 (Elementry)- B1 (Pre-Intermediate) səviyyədə İngilis dili bilikləri olmalıdır;
  •   ➝ İngilis dili ədəbiyyatına marağın olması;
  •   ➝ Yaddaşın güclü olması;
  •   ➝  Geniş dünya görüşünün olması;
  •    ➝ Yüksək təhlil etmə bacarığı;
  •   ➝  Səbirli olmaq;
  •   ➝ Söz bazasının olması (ingilis dili);
  •   ➝ Lüğətlərlə işləmək bacarığının olması;
  •   ➝ Şifahi və yazılı nitq;
  •   ➝ Zəngin təxəyyül;
  •   ➝ Analitik düşüncə;
  •   ➝ Güclü eşitmə və yaddaş;
  •   ➝ Diqqətlilik.

Bu sahənin gələcəyi

    Filologiya ixtisası çox şaxəli ixtisaslardan biridir.Bitirən məzunlar bir çox iş imkanı ilə təmin olunur.(Müəllimlik,Filoloq,Tərcüməçi və s)

Əmək haqqları

    Bu sahə üzrə məvaciblər filoloqun işlədiyi sahələrdən və yerlərdən asılı olaraq dəyişir.Universitetlərdə,orta məktəblərdə isə əmək haqqları minimum 400-600 AZN-dən başlayır.

Son yazılar