İxtisasın təsviri 

     Filologiya hər hansı bir xalqın dil və ədəbiyyatını öyrənən elmlərin hamısının birlikdə adıdır. Filoloq, mətnlərin öyrənilməsi yolu ilə bir dilin xüsusiyyətlərini araşdıran ixtisas sahibidir. Dil haradan əmələ gəlib, necə inkişaf edib, necə qurulub, necə görünür və digər dillərdən nə ilə fərqlənir, qədim və müasir dillər arasında hansı əlaqə var kimi suallara cavab verməyə çalışır. Türk dili və ədəbiyyatı filologiyası özlüyündə türk dilinin düzgün üslubiyyatını, akademik yazı qaydalarını öyrədir. Həmçinin,klassik ədəbiyyat nümayəndələrinin əsərlərilə yanaşı müasir ədəbiyyat nümunələrilə, yazıçıların bioqrafiyası, onların üslub xüsusiyyətlərilə tanış edir. Əlavə olaraq,lirik və epik əsərləri təhlil etməyi və ədəbiyyat nəzəriyyəsini öyrədir. Bu ixtisas dil və ədəbiyyata maraq göstərənlər üçün uyğundur.

İxtisasın tarixi 

    Filologiya fakültəsi 1919-cu ildə tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Fakültənin ilk dekanı prof. N.A.Dubrovski olmuşdur (1919-1920).

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  •   ➝ Dilçiliyi elmi səviyyə öyrənmək və araşdırmaq.
  •   ➝ Elmi səviyyədə tədqiqatlar aparmaq.
  •   ➝ Dilin tarixi haqqda  dərindən və elmi səviyyədə tədqiqatlar aparmaq.
  •   ➝ Türk ədəbiyyatını elmi səviyyədə araşdırmaq.
  •   ➝ Türk dili və ədəbiyyatını qarşılıqlı əlaqələrini araşdırmaq.
  •   ➝ Ümumilikdə müqayisəli filologiya da var.Burada türk dili və ədəbiyyatı ilə azərbaycan dili və ədəbiyyatını müqayisəli şəkildə araşdırmaq aiddir.
  •   ➝ Bədii, elmi, texniki və müxtəlif ixtisaslaşdırılmış ədəbiyyatın yazılı tərcümələrini etmək;
  •   ➝ Dilçilik üzrə məsləhətlər vermək;
  •   ➝ Elmi sənədlərin, dərsliklərin, dillərin öyrənilməsi üçün tədris vəsaitlərinin, lüğətlərin, qrammatikaların, dil təsnifatı sistemlərinin nəzərdən keçirilməsi və nəşrə hazırlanması; 
  •   ➝ Beynəlxalq toplantılarda, konfranslarda, hökumət iclaslarında və bənzər tədbirlərdə bir dildən digərinə tərcümə;
  •  ➝ Elmi sənədlərin və hesabatların hazırlanması;

Harada bu ixtisasa sahiblənmək olar ?

  • ➝Bakı Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  •     İlk öncə təbii ki,məzunların biliklərini nəzərə alsaq univeristetlərdə,özəl şirkətlərdə və konsulluqlarda iş imkanları vardır
  •     Burada məzunların bilikləri çox böyük rol oyanyır.Əgər məzunlar ixtisasartırma və magistr bitiriblərsə bir çox universtetlərdə və ya AMEA-da iş tapmaq imkanları vardır.
  •     Bir sıra özəl şirkətlərdə tərcüməçi çalışa bilərlər.
  •     Həmçinin də ixtisas artırma ilə orta məktəblərdə də müəllim kimi çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)  

  •   ➝  İlk öncə Türk dilinə maraq olmalıdır.
  •   ➝ Ən azından A2 (Elementry)- B1 (Pre-Intermediate) səviyyədə Türk dili bilikləri olmalıdır
  •   ➝ Türk dili ədəbiyyatına marağın olması.
  •   ➝ Söz bazasının olması (türk dili)
  •   ➝ Lüğətlərlə işləmək bacarığının olması.
  •   ➝ Geniş dünya görüşünün olması
  •   ➝  Yüksək təhlil etmə bacarığı
  •   ➝  Səbirli olmaq
  •   ➝ Şifahi və yazılı nitq;
  •   ➝ Əngin təxəyyül;
  •   ➝   Analitik düşüncə;
  •   ➝   Güclü eşitmə və yaddaş;
  •   ➝   Diqqətlilik.

İxtisasın gələcəyi

    Filologiya ixtisası çox şaxəli ixtisaslardan biridir. Məzunlar üşün bir çox iş imkanları vardır(Müəllimlik,Filoloq,Tərcüməçi və s).

Əmək haqqı

    Maaşlar filoloqun işlədiyi sahələrdən və yerlərdən asılıdır.Universitetlərdə, orta məktəblərdə maaşlar minimum 400-600 AZN-dən başlayır.

Son yazılar