İxtisasın qısa təsviri

   Fizioterapiya yunan dilindən tərcümədə “təbiətin gücü ilə müalicə” mənasını verir. İndi demək olar ki, hər xəstəxanada belə bir bölmə var. Fizioterapiya ağrıların və ya fiziki amillərin tətbiqiylə yaranan zədələrin, xəstəliklərin müalicəsi ilə məşğul olur. Fizioterapiyanın əsas məqsədi xəstənin patologiyasına əsaslanaraq fiziki sağlamlığının və normal həyat fəaliyyətinin bərpasını təmin etməkdir. Fizioterapiya tibbi müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən ibarətdir. Fizioterapevtlər  anatomiya, nevrologiya və fiziologiya, proflaktika, diaqnostika üzrə tibbi biliklərə yiyələnirlər. 

Peşənin tarixi

  Tətbiqi fizioterapiyanın vətəni ABŞ-dır. 20-ci əsirin 50-ci illərində Miçiqan ştatının Detroyt şəhərində yaşayan xiropraktik doktoru Corc Qudxard perferik ifliclər zamanı əzələ testlərinin tətqiqi ilə məşğul olan Florence Peterson Kendallın “Muscles, Testing and Function” adlı kitabını və digər kitabları oxuyub, araşdıraraq, əzələ testləri barədə geniş biliklərə yiyələnməyə başladı. Onun şəxsi tibbi təcrübəsi nəticəsində tətbiqi kineziologiyanın ilk üsulu meydana gəldi və  bu üsul “əzələlərin başlanğıç və axır birləşməsi üsulu” adlandırıldı. Bu üsul Denverdəki Amerika Xiropraktika Assosiasiyasının konfransında 1964-ci ildə təqdim olundu. Beləliklə, bununla da, tətbiqi kineziologiyanın elm bölməsi kimi inkişafının əsası qoyuldu. 1974-ci ildə Beynəlxalq Tətbiqi Kineziologiya İnstitutu qurulmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri) 

    Fizioterapiya sahəsində aşağıdakı metodlardan istifadə olunur:

➝ Su ilə müalicə;

➝ Süni günəş işığı ilə müalicə;

➝ Elektriklə müalicə;

➝ Elektromaqnit ilə müalicə;

➝ Mineral sularla müalicə;

➝ Massaj (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.); 

➝ Banka qoyma;

➝ Təzyiqlə müalicə (baroterapiya).

 Qeyd olunan xəstəliklər nümunəsində fizioterapevtin iş öhdəlikləri aşağıdakılardan ibarətdir:

Astma

➝ Döş qəfəsini steteskopla dinləmək;

➝ Pasiyentin tənəffüs fəallığını qiymətləndirmək;

➝ Daha düzgün tənəffüs üsulunu məsləhət görmək;

➝ Fiziki fəallıq haqqında tövsiyyələr verəcək;

➝ Astmayla bağlı siptomların müalicəsinin strategiyasını müəyyən etməyə kömək etmək.

Beldə ağrı

➝ Pasientin kürəyini tədqiq etmək;

➝ Manumal terapiya tətbiq etmək;

➝ Ağrının müalicəsi, bərpanı sürətləndirmək və yenidən yaranmasının qarşısını almaq üçün tədbirlərin görülməsi.

Həmçinin fizioterapevt pasiyentlə bağlı bir sıra məlumatların qeydiyyatını aparmalıdır.Həmin məlumatlara aşağıdakılar daxildir:

➝ Xəstəliyin adı;

➝ Xəstəliyin ağırlıq dərəcəsi;

➝ Xəstənin yaşı, cinsi;

Xəstənin fiziki və psixi xüsusiyyətləri;

➝ Xəstənin yaşayış yeri.

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Azərbaycan Tibb Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

➝ Özəl və dövlət  tibb müəssisələrində

Bu ixtisas üzrə lazım olan bacarıqlar(kompetensiyalar)

➝ Anatomiya, nevrologiya, fiziologiya kimi, proflaktika, diaqnostika kimi elmləri dərindən bilmək;

➝ Biologiya, fizika, kimya, biofizika, biokimya, elektro-radiotexnika sahələri haqqında biliklərə sahib olmaq;

➝ Fizioterapiyada istifadə olunan aparatları istifadə edə bilmək;

➝ Ünsiyyət bacarıqları;

➝ Analiz etmə bacarığı;  

Bu sahənin gələcəyi 

  • Bu sahə Azərbaycanda yeni-yeni tanınan sahələrdən biridir.Fizioterapiya bir çox sahələrlə sıx əlaqədə olduğuna görə və eyni zamanda bəzi xəstəlikləri bıçaqsız,  müəyyən müalicə metodlarından istifadə etməklə sağaltmaq mümkün olduğu üçün bu sahənin digər ölkələrdə olduğu ölkəmizdə də yaxın zamanda sürətlə inkişaf edəcəyi gözlənilir.  Ona görə də bu sahədə ixtisaslı kadrların olmasına ehtiyac vardır. Gələcək 5 ildə bu sahə daha çox inkişaf edib, tanınacaq.

Əmək haqqı

     Bu ixtisas üzrə məvaciblər peşə sahibinin təcrübəsindən, bilik və bacarıqlarından asılı  olaraq, 500 -5000 AZN aralığında dəyişir. 

 
Son yazılar