İxtisasın qısa təsviri

  İxtisas dənizçilik ixtisasları qrupuna daxil olan, mühəndislik ixtisasıdır. İxtisas məzunları gəmi inşasında çertyojların çəkilməsi və mühüm hesabatların aparılması üzrə ixtisaslı kadr olaraq hazırlanırlar. İxtisas “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr ümumpeşə hazırlığı fənləri ilə yanaşı ixtisaslaşmaya aid gəmilərin quruluşunu, üzmə keyfiyyətlərini, gəmi gövdəsinin konstruksiyalarını, gövdə konstruksiyalarının qaynaq texnologiyasını, gövdənin korroziyadan mühafizə tədbirlərini, gəmi inşaat mexanikasını, gəmiqayırma və gəmi təmiri texnologiyasını, gəmilərin layihələndirilməsini, avtomatik layihələndirmə sistemlərini və bu sahədə tətbiq edilən xüsusi müasir proqram təminatlarını (CADMATIC, Autodesk Inventor, AutoCad) öyrənirlər.

Peşənin tarixi

  Sahənin tarixi İngiltərədə gəmi ilə şərab daşınmasının inkişafı ilə bağlı olmuşdur.  Sonradan XIII əsrin sonlarına yaxın davamlılıq və digər prinsiplər əsas götürülərək  bu sahə inkişaf etdirilmişdir. Bu vaxta qədər taxtadan inşa olunan gəmilər, artıq tədricən metaldan hazırlanmağa başlanıldı.

  Ölkəmizdə akademiya (Azərbaycan Dövlət Dəniz Akademiyası) 1996-cı ildən fəaliyyət göstərir və 2013-cü ildə ilk gəmiqayırma zavodu tikilib(bundan əlavə daha 2 təmir zavodu var).

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə məzun olanlar bu sahədə fəaliyyət göstərən müəssiə və təşkilatlarda mühəndis, texnoloq, konstruktor və s. vəzifələrdə çalışa bilərlər. İlk olaraq məzunl zavodda fəhlə(qaynaqçı) kimi işə başlayır və gəmi hissələrinin təmiri və
ya tikintisi işləri ilə birbaşa məşğul olur. Daha sonra isə baş mühəndisə qədər yüksəlmək imkanı əldə edirlər. Qeyd olunan vəzifələrdən asılı olaraq  iş öhdəliklərini   iş öhdəliklərini aşağıdakı kimi ümumiləşdirmək olar:

  • ➝ Gəmi hissələrinin təmiri , tikintisi  və qaynaq işlərinin həyata keçirilməsi;
  • ➝Təmir işlərinin aparılması, işlərin keyfiyyətli və vaxtında yetirilməsi, işin gedişi ilə bağlı gündəlik hesabatın hazırlanması;
  • ➝Gəmi tikintisi və təmiri ilə bağlı layhiləndirmə işləri, xüsusi proqramlar vasitəsilə çertyojların hazırlanması.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝Azərbaycan Dövlət Dəniz Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

İxtisasa yiyələnmiş şəxslər:

  • ➝“Bakı Gəmiqayırma Zavadu”
  • ➝Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nəzdində olan təmir və tikinti zavodlarında;
  • ➝“Palmali” şirkətlər qrupu və digər özəl şirkətlərdə;
  • ➝XDNLA-ETİ (layihə institutu)

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Analitik düşünmə bacarığı;
  • ➝ Hesablama bacarığı;
  • ➝ Analiz etmək bacarığı;
  • ➝ Əl qabiliyyətinin yaxşı olması (çertyoj çəkmək üçün)
  • ➝Avtomatik layihələndirmə sistemlərini və bu sahədə tətbiq edilən xüsusi müasir proqram təminatları (CADMATIC, Autodesk Inventor, AutoCad) üzrə biliklər;
  • ➝Kompüter bilikləri.

Bu sahənin gələcəyi

 Bu sahə ölkədə yeni sektordur, inkişaf etməkdədir. Xəzər hövzəsindəki ən böyük zavodlar  bizimdir, və nəticə etibari ilə  çox sayda  sifarişlər həyata keçirilir. Bu sahə günü-gündən inkişaf edir və savadlı kadrlara ehtiyac artır.  

Əmək haqqı 

Bu sahə üzrə başlanğıc əmək haqqı 600 AZN civarındadır. Məbləğ təmirə gələn gəmilərin sayından (eləcə də tikilən gəmilərin) və s.  asılı olaraq artır.

Son yazılar