İxtisasın qısa təsviri 

   Praktik tətbiqlər məqsədilə Yer kürəsinin fiziki xüsusiyyətlərinin ölçülməsi, bu ölçümlərin işlənməsi və s . əksər geofiziki araşdırmalar ticarət baxımdan əhəmiyyətli neft, təbii qaz və digər mineralları tapmaq üçün edilir, lakin geofiziki işlər ayrıca yolların, tikinti strukturlarının, anbarlar, tunellərin, nüvə güc stansiyalarının və digər strukturların təməl araşdırmaları üçün yerin təbiətinin əvvəldən təyin olunmasını əhatə edəcək şəkildə mühəndislik mövzularını və geotermal sahələr, su qaynaqları və arxeoloji sahələr üçün araşdırmalar da edir. Adətən bir geofizik mühəndis kəşfiyyat partiyasına qrupun rəhbəri kimi daxil olur, onun tabeçiliyində bir neçə geofizik texniki və işçi çalışır. Buna görə də, universtitetdə qazandıqları biliklərə əlavə olaraq təşkilatçılıq bacarığı, insanlarla işləmək bacarığı, təmkin,habelə fiziki göstəricilər – güc, çeviklik, dözümlülük və s.olmalıdır, cünki iş uzaq ərazilərdə açıq havada həyata keçirilir. Fizika və coğrafiya ilə maraqlananlar üçün uyğun peşədir.

Peşənin tarixi 

  Dağ – mədən və metal axtarışı çox qədim zamana təsadüf edir, lakin bu sahədə tədqiqat işlərinin başlanması 1556 – cı ildə Georgids Aqrikolun «De remetallica» traktatasının dərc olunmasından başlanmışdır. Bu traktata uzun illər sivil xalqların dağ-mədən işlərində əsas sənəd rolunu oynamışdır. Geofizikanın metal axtarışında tətbiqinin ilk addımları 1843 – cü ildə Fon Frede tərəfindən atılmışdır. Fon Frede ilk dəfə olaraq qeyd etmişdir ki, Yerin maqnit sahəsinin variasiyasını ölçmək üçün Lamontun istifadə etdiyi maqnit teodolitindən filiz yataqlarının axtarışında istifadə etmək olar. Ancaq bu ideya professor Robert Talenin 1979 – cu ildə nəşr etdirdiyi «Maqnit üsulu ilə dəmir-filiz yataqlarının öyrənilməsi haqqında» kitaba qədər həyata keçirilməmişdir. İllər keçdikcə dünya xalqlarının sivilizasiyasının geniş vüsət tapması və Yerin təkində olan təbii sərvətlərə insan tələbinin artması bir tərəfdən, Yerin başqa kainat elementləri ilə təmasını öyrənmək isə digər tərəfdən, geofizika elminin 9 hərtərəfli inkişafına olan ehtiyac yeni geofiziki cihaz və avadanlıqların çox sürətlə istehsalına səbəb oldu. XX əsrin ikinci yarısında cihaz və avadanlıqlar daha da təkmilləşmiş və istehsal artmışdır.

Geologiya və Geofizika İnstitutunun yaranma tarixi 1923 – cü ildə Azərbaycanın öyrənilməsi və tədqiqi cəmiyyətinın yaradılması ilə başlamışdır. 1932- ci ildə bu cəmiyyətin bazasına əsaslanaraq Azərbaycanın təbii sərvətlərinin öyrənilməsi məqsədilə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsi (AzFAN) yaradılmışdır. 1935 – ci ildə AzFAN – nın bazasında Geologiya da daxil olmaqla bir sıra elmi istiqamətləri əhatə edən sektorlardan ibarət SSRİ EA-nın Azərbaycan filialı təsis edilmişdir. 1938-ci ildə Azərbaycanın görkəmli alimləri: Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.A.Yaqubovun təklifi ilə (SSRİ EA-nın Rəyasət Heyətinin dəstəyi ilə) Geologiya sektoru bazasında müstəqil elmi-tədqiqat idarəsi Geologiya İnstitutu yaradılmışdır. İnstitutun yaranması və formalaşması Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafı ilə eyni vaxta təsadüf etmişdir. Qeyd edək ki, institutun adı 2014-cü ildə dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • Faydalı qazıntı ələlxüsus neft – qaz yataqlarını axtarır;
  • İstismarının bütün mərhələlərində müxtəlif fiziki sahələrdən istifadə etməklə, riyazi aparatın və kompüter texnologiya vasitəsilə yer qabığının geoloji quruluşunu öyrənir;
  • Ölçü məlumatlarının keyfiyyət səviyyələrini qiymətləndirmək;
  • Yeni texnika və texnologiya tətbiq etməklə geofiziki üsullarla quyu tədqiqatlarını aparmaq;
  • Quyu ağzı avadanlığın, ölçü cihazlarının tədqiqata hazırlığını yoxlamaq, tədqiqat zamanı onları quraşdırmaq, stansiyanı işlək vəziyyətə gətirmək və ayrı-ayrı tədqiqat cihazları ilə ölçü işlərini yerinə yetirmək;
  • Quyuda cərəyan mənbəyi olmadıqda generatordan istifadə etməklə stansiyanın işini təşkil etmək, stansiyanın yerlə əlaqələndirilməsinə nəzarət etmək;
  • Quyu ətrafında cərəyanın olub-olmamasını yoxlamaq.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ⇒Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ⇒Bakı Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • → Socar
  • → BP  
  • Dövlət müəssələrində 

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • Qazıntı aparatları üzrə nəzəri bilikləri və toplmalı;
  •  Mineralların kimyəvi tərkibini və quruluşunu bilməl;i
  • Riyaziyyat, Fizika, Kimya və Coğrafiya, Astronomiya  kimi fənləri dərindən bilməli;
  • Fiziki dözümlülük;
  • Güclü yaddaş;
  • Təşkilatçılıq bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik və məsuliyyət;
  • Məqsədyönlülük;
  • Analitik düşüncə tərzi, proqnoz vermək bacarığı.

Bu sahənin gələcəyi 

  Yeni geofiziklər, adətən, müəyyən ölçü növlərini yerinə yetirərək texniki işçi kimi fəaliyyətə başlayırlar. Tədqiqat və dizayn təşkilatlarında, kəşfiyyat təşkilatlarında, sənaye müəssisələrində və neft şirkətlərində geofiziklər tələb olunur. Burada baş geofizik və  digə rəhbər  vəzifələrə yüksələ bilərsiniz.

Əmək haqqı

  Bu sahə üzrə əmək haqqı 500 – 800 AZN  aralığında  dəyişir.