dili

  Salam, mənim ixtisasım Filologiyadır (İngilis dili və Ədəbiyyatı). Bu ixtisasda inglis dilini və eyni zamanda ingilis ədəbiyyatını, həmçinin əlavə olaraq ingilis tarixini, həyat tərzini öyrənirəm. İxtisasımın üstün cəhəti odur ki, özündə bir neçə sahəni birləşdirir. Yəni, mən gələcəkdə elmi işçi (filoloq) də ola bilərəm, dil və ədəbiyyat müəllimi də, tərcüməçi də, hətta yeni çıxan qərara əsasən əlavə kurs keçməklə məktəblərdə inglis dili müəllimi də. 

  Hər bir sahədə olduğu kimi, mənim ixtisasımda da uğur qazanmaq üçün əlindən gəldiyi qədər çalışmaq lazımdır. Yəni, əgər sən gələcəkdə uğurlu bir inglis dili filoloqu olmaq istəyirsənsə, öncəliklə, inglis dilini çox yaxşı bilməlisən ki, ingilis ədəbiyyatı nümunələrin oxuya, öyrənə, onları təhlil edə, onlar da haqqında fikirlərini bildirə biləsən. 

  Bu sahədə daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün yenə də dili və dünyagörüşünü artırmaq lazımdır. Yəni istər kursa, conversation (danışıq klubuna) dərslərinə getmək, ya da elə evdə ingilis dilində kitablar oxumaq, filmlər izləmək, musiqi dinləmək ya da biri ilə ingiliscə danışmaqla.

  Əgər sən bu ixtisas üçün xaricdə təhsil almaq istəyirsənsə, bu çox əla fikirdir. İxtisasın xarici dildə olduğu üçün gedəcəyin ölkədə daha geniş imkanlar olduğu üçün (ölkədən-ölkəyə fərq ola bilər) bunu daha dərindən öyrənə bilərsən. Eyni zamanda çox savadlı bir ədəbiyyatçı alim olacaqsan. 

  Karyera planlamasını edəkən ilk növbədə özünün hansı sahəyə marağının olduğunu bilməlisən. Əgər sən Filologiya (İnglis dili və Ədəbiyyatı) ixtisasında oxuyursansa, yuxarıda sadaladığım sahələrdən hansına yiyələnmək istədiyini qarşına məqsəd qoymalısan. Məsələn, sən elə filoloq olmaq istəyirsənsə, karyera planlamasın necə qura bilərsən: daha tələbə ikən ədəbiyyat nümunələrin araşdır, oxu, universitetin tələbə elmi cəmiyyəti üçün tezislər yaz, ingilis dili tələb olunan könüllülük fəaliyyətlərində iştirak et və s. 

  İş məsələsinə gəldikdə, ilkin iş kimi xarici dil kurslarında, tədris mərkəzlərində dərs deyə bilərsiniz, elə tələbə ola-ola və ya şirkətlərdə, mərkəzlərdə tərcüməçilik edə bilərsiniz, kurs keçib məktəblərdə inglis dili müəllimi də ola bilərsiniz. Müəyyən akademik dərəcəni aldıqdan sonra isə artıq filoloq elmi işçi və ya universitet professoru da ola bilərsiniz.

 

Səmra Novruzova

Azərbaycan Dillər Universiteti 3-cü kurs tələbəsi

 

Şərh bildir