İxtisasın qısa təsviri

 

  İxtisas Müdafiə Sənayesi Nazirliyinın nəzdində olan zavodlarda və  digər sənaye zavodlarında kompozit materialların hazırlanması üçün kadr hazırlayan bir ixtisasdır. İxtisas əsasən verilmiş məmulatın əsas hissələrinin metal kimi ağır və sərmayesi baha başa gələn elementlərdən deyil, daha ucuz başa gələn və ağırlığı az olan materiallardan hazırlanmasından ibarətdir.

Peşənin tarixi

  Kompozisiya materiallarının tarixi minilliklər boyu var olmuşdur. Lakin yazılı olaraq dərsliklərdə ixtisasın tarixi barədə qeyd edilən məlumatlara əsasən kompozisiya materiallarında inkişaf 40-cı illərin əvvələrində, ilk yüksək möhkəmlikli kompozitlərin yaradılması ilə başlamışdırş Hələ 2-ci dünya müharibəsindən əvvəl kompozisiya materialları konstruksiya materialları ilə rəqabət apara bilirdi. İlk dəfə olaraq dövlət səviyyəsində kompozisiya materialları 1941-1942-ci illərdə fenol qətranı ilə hopdurulmuş liflərin və aşağı təzyiqdə presləmə metodu ilə poliefirlərin hazırlanması ilə ABŞ-da başlanmışdır. İndiki zamanda texnikanın elə bir sahəsi yoxdur ki, orada kompozisiya materiallarından istifadə olunmasın. 

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

➝ Metal və qeyri-metal əsaslı kompozisiya materiallarından hərbi təyinatlı məmulatların hazırlanması;

➝ İstesalat texnologiyasının işinə nəzarət etmək;

➝ İstehsalat işinə nəzarət olunması;

➝ Hərbi vəsaitlərin sınaqdan keçirilməsi ilə məşğul olmaq.

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Azərbaycan Texniki Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

➝ Müdafiə Sənayesi Nazirliyinın nəzdində olan İqlim, Alov, Avia-Aqreqat zavodlarında;

➝ Metallurgiya zavodlarında;

➝ Maşınqayırma zavodlarında;

Aviasiya sənayesi zavodlarında;

➝ Azərbaycan Milli Aerokosmik Agentliyində;

➝ Elmi tədqiqat İnstitutunda;

➝ Digər sənaye zavodlarında işləmək olar.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

➝ Ən əsası Nanotexnologiya, Fizika, Kimya, Riyaziyyat, Mühəndis qrafikası kimi elm sahələri üzrə biliklər;

➝ 3ds Max, AutoCAD kimi  proqramlar üzrə biliklər;

➝ Ən əsası isə Metallurgiya, Metalşünaslıq, Kompozisiya materiallarının texnologiyası kimi elmləri dərindən mənimsəmək lazımdır.

Bu sahənin gələcəyi 

  Kompozisiya materialları sahəsi çox şaxəli sahə olduğu üçün yəni ,sadəcə metal elementləri ilə məhdudlaşmadığı, həm də, plastik materiallardan, dispers möhkəmlənən və lifli armaturlaşdırılmış materiallardan və ən əsası ovuntu kompozisiya materiallarından(sahənin əsası hesab olunur) çox istifadə oluduğu üçün gələcəyi  perspektivlidir və geniş iş imkanlarına malikdir.

Əmək haqqı  

  Bu sahə üzrə ilkin əmək haqqı(təcrübəsi olmayanlar üçün) 400 AZN- dən başlayır. Müəyyən vaxtdan sonra təcrübə artdıqca  əmək haqqı da artır. .Orta aylıq əmək haqqı isə 700-800 AZN aralığında dəyişir.

 
Son yazılar