Baytarlıq və ya baytarlıq təbabəti – türk və fars sözlərinin birləşməsindən əmələ gəlib, əsasən (Bay – bəy, var dövlət, tar – sahib olmaq, əlində saxlamaq mənasını verir) heyvanların xəstəliklərini öyrənən, onların məhsuldarlığının artırılması ilə məşğul olan, həmçinin insanları zoonoz (heyvan mənşəli) xəstəliklərdən qoruyan peşə sahibləridir. Latın dilində baytar – veterinarus adlanır ki, bunun da mənası “malabaxan” deməkdir. Həmçinin baytarlıq termini altında dövlət və tək sağlamlıq prinsiplərinin tədbirləridə birləşir. Baytarlıq təbabəti – anatomiya, histologiya, fiziologiya, farmakologiya, klinik diaqnostika, cərrahiyyə, epizootologiya, virusologiya, mikrobiologiya, biotexnologiya, immunologiya, sanitariya, toksikologiya, zoogigiyena, baytar sanitar ekspertiza və s. Sahələrə bölünürlər. Baytarlıq təbabəti üçün ən ümdə məsələ insan və heyvanlar üçün ümumi olan xəstəliklər ilə mübarizədir.

    Bütün sahələrdə olduğu kimi bu sahədə də uğurlu olmaq üçün öz ixtisasını sevməlisən, bu sahədə bilik və bacarıqlarını daim artırmalısan, elmi nəaliyyət və ixtiraları izləməli beynəlxalq və inkişaf etmiş ölkələrin milli trendlərini nəzarətdə saxlamalıdır. Müasir elmi nəaliyyətlər əsasən  ingilis dilində olduğu üçün bu dilədə mütləq şəkildə sahib olub, beynəlxalq baytarlıq sahəsində olan cəmiyyət və birliklərə inteqrasiya edilməlidir. Ümumiyyətlə, uğurlu olmaq üçün 6 addıma riayət etmək lazımdır.

  1. Məqsəd müəyyənləşdiirmək lazımdır. Bunu üçün hər bir peşə sahibinin bir ümumi məqsədi olmalıdır və həmin məqsədə çatmaq üçün isə pilələr və ya kiçicik məqsədləri olmalıdır.
  2. İnsanın həmin məqsədə çatmağa əngəl olan maneələri təyin etmək lazımdır. Çünki məqsədə çatmaq yolunda gözləyən bütün maneələrdən xəbərdar olsaq, onların öhdəsindən gəlmək daha asan olacaq. Yaxşı planlaşdırılmış məqsəd – artıq işin yarısını həll etmək deməkdir. Qarşılaşa biləcəyinizi fikirləşdiyiniz hər bir problemin həll variantlarına hazır olmaq lazımdır.
  3. Məqsədə çatmaqda addımlar olduğu kimi, maneələri də qaldırmaqda pilələr formalaşdırmaq lazımdır
  4. Qrup formalaşdırmaq. Qrup uğurlu insanların məqsədlərinə çatmaq üçün bir vasitədir. Ətrafınızda sağlam insanlardan ibarət qrup formalaşdırmaq lazımdır.
  5. Qorxu hissinə qələbə çalmaq lazımdır. Həqiqətəndə məqsədə doğru addımladıqda hər şey planlaşdırdığımız kimi getmir, gözlənilməz hadisələr və s baş verir və biz qabaqcadan bu hadisələrə hazır olmalıyıq. Yəni hər hansı çətinlikdən qorxub yarı yoldan qayıtmamalıyıq.
  6. Hər zaman məqsədə çatmaq üçün alternativ plana hazır olmalıyıq. Unutmamalıyıq ki, məqsədə çatmaq üçün yalnız bir yol yoxdur.

    Ümumiyyətlə, xaricdə təhsil olmaq üçün 3 zərurətin olması lazımdır.

    1. Universitetin səviyyəsindən onun beynəlxalq aləmdə reytinqindən;
    2. Maddi texniki bazasından;
    3. Tələbənin çalışqanlığı üçün əlverişli şəraitdən.

Azərbaycanda çox təəssüf ki, baytarlıq ixtisası verən yalnız bir universitet mövcuddur. Bu da ölkə daxili rəqabət qabiliyyətini azaltmaq ilə bərabər həmçinin  inkişaf etmiş ölkələrin universitetlərindən maddi texniki bazası və mütəxəssis cəhətdən geri qalır. Bunun üçün də daha yaxşı təhsil alıb müasir baytarlıq elminə yiyələnmək üçün bu sahədə inkişaf etmiş universitetlərdə təhsili davam etdirmək zəruridir. Yaxud da innovativ texnologiyalar ilə işləmək üçün inkişaf etmiş universitetlərdə kurs seminar və ya təhsil almaq labüddür.

    Karyera planlaması üçün əsasən tələb, universitetin ilk illərindən baytarlıq təbabətinin hansı sahəsində ixtisaslaşmaq istəyirsə, o sahəyə daha çox vaxt ayırmalıdır. Əlaqələr qurmağı bacarmalı, müasir texnologiyalar ilə işləmək vərdişlərinə sahib olmalı, Azərbaycanda və ya xaricdə ixtisas profilinə uyğun qurumları tanımalı və ya doğru əlaqələr qurmalıdır. Bu ixtisas sahəsində seminar, konferans tədbirləri izləməli və mütəmadi iştirak etməlidir. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar, fermer təsərrüfatları, birliklər, dövlət  qurumları ilə daim əlaqə saxlamalı bu sahələrdə çalışan mütəxəssislər ilə dialoqa girməklə fikir mübadiləsi aparmağı bacarmalıdır. Yerli və beynəlxalq qurumların təşkil etdiyi təqaüd proqramları haqqında daim mütəmadi məlumat əldə etmək və bu proqramlarda iştirak etməyə çalışmaq lazımdır. Praktik təcrübələrə yiyələnmək və ya mütəxəssislərin yanında praktik təcrübələr keçmək, özəl və dövlət qurumlarının təşkil etdiyi təcrübə proqramlarıda iştirak etmək lazımdır. Bu sahədə nailiyyət əldə etmiş məzunlar ilə görüşlər keçirməlidir.

    Əgər tələbə mütəxəssis kimi universitet illərindən özünü formalaşdırsa, dövlət və özəl bölmə ilə yaxşı əlaqələrə sahib olsa, dil və müasir texnologiyalar sahəsində bilik və bacarığa yiyələnsə, ən əsası yaxşı əlaqələrə sahib olsa belə insan üçün iş tapmaq çətin olmayacaq.

  Asəf Ömərov
    Baytar həkim, epizootoloq

2 şərh

  1. Dəyərli alim və gözəl insan salamlar!
    Ümumimilli Liderimiz bütün sahələrdə olduğu kimi BEB-in sədri Azərbaycanda olarkən baytarlıq haqqında söylədiyi kəlamı xatırlatmaq istəyirəm: – Sivilizasiyanın yüksək mərhələyə çatdığı indiki dövrdə rolu xeyli artmış baytarlıq xidməti epizootiya və xəstəliklərə qarşı mübarizə aparmaqla yanaşı insanlar üçün zəruri sayılan qida məhsullarının sağlam və keyfiyyətli olmasını daim nəzarətdə saxlamaqla bütünlüklə bəşəriyyətin sağlamlığinı qoruyur.
    Veterinar sözü isə xəstə heyvanın müalicəsi deməkdir.Malabaxan çobana deyilir.
    Nəzərə almağınızı xahiş edirəm.
    Hörmətlə,Fəxrəddin!

Şərh bildir