İxtisasın qısa təsviri 

 

 Qloballaşan, yəni dövlətlərin bir-biriləri ilə əlaqələrinin genişləndiyi və çoxşaxəli olduğu zamanda “İctimai təhlükəsizlik və idaetmə” ixtisasının böyük əhəmiyyəti vardır. İxtisasın özünü başa düşmək üçün əvvəlcə anlayışları təhlil etmək lazımdır. 

İctimai təhlükəsizlik: bir dövlətdə cəmiyyətin- xalqın, əhalinin və s. daha ümumi şəkildə ictimaiyyətin, yeni dövlət anlayışının özü də daxil olmaqla onun tərkibində olan əhali qruplarının sosial,iqtisadi,siyasi, mədəni, psixi vəziyyətinin təhlükələrdən, təhdidlərdən qorunması və habelə buna hazır olması deməkdir. Cəmiyyətin məlumatlı olması və yaxşı idarəçilərin olması bu baxımdan çox vacibdir. 

İdarəetmə – bu anlayış bir insanın idarəedilməsindən tutmuş dünyanın idarə edilməsinə qədər geniş məna daşıyır. Qısaca, idarəetmə A şəxsinin B qrupu üzərində ağıllı, düşünülmüş, planlaşdırılmış, vəziyyətə uyğunlaşdırılan təsiri, onları yönəltməsi və s. deməkdir.

  Beləliklə, ixtisas dövlətdə cəmiyyətin, əhalinin və ümumən dövlətin ictimai sabit-yəni yaxşı vəziyyətinin qorunmasının idarə olunmasını təşkil etməkdən ibarətdir. Yəni, bu ixtisasa sahiblənmiş şəxs öz ölkə üçün təhlükələri əvvəlcədən bilib, onların qarşısını alıb həll edərək idarə edə bilməlidir. 

Peşənin tarixi

 Dünyada siyasi və ictimai elmlərin tədrisi II Dünya Müharibəsindən sonra geniş yayılır və Amerika Birləşmiş Ştatlarında ixtisaslaşır. Hal-hazırda bu elmlərin tədrisində statistikalara görə Amerika Birləşmiş Ştatları, o cümlədən Qərbi Avropa təhsil müəssisələri liderlik edir. 

 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

 Əhalinin sağlamlıq, təhsil, qida, psixoloji vəziyyəti ilə bağlı mənfi təsirə malik ola biləcək şəxsləri və qrupları müəyyənləşdirmək, onların qanun çərçivəsində zərərsizləşdirilməsi üçün tədbirlər görmək;

 Daxili siyasətdə (yəni cəmiyyətlə dövlətarası münasibətlər) sabitliyin qorunması üçün təhlükələrin qarşısını almaq;

 Yuxarıda qeyd edilənlərlə əlaqədar təhsillə bağlı tədbirlər görmək;

 Dövlətin nüfuzuna və cəmiyyətə zərər vura biləcək təhlükə və təhdidləri neytrallaşdırmaq, onları prqnozlaşdırmaq və qarşısını almaq;

 Xarici siyasətdə dövlətin nüfuzunu müdafiə etmək üçün real təhlükələri əvvəlcədən görmək və qarşısını almaq.

Harada bu ixtisasa sahiblənmək olar?

“İctimai təhlükəsizlik və idarəetmə”ixtisası Nazirlər Kabinetinin 2019-cu il 15 sentyabr tarixli qərarına əsasən yeni yaradılan ixtisaslardan biridir. Bu səbəbdən ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə məlumat hələlik açıqlanmayıb.

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

 

  •  Bu ixtisas üçün ən uyğun yerlər birinci növbədə dövlət müəssisələri ola bilər: Dövlət qulluğu sistemində( Prezident Adminstrasiyasından tutmuş yerli icra orqanları və bələdiyyə, dövlət agentlikləri və s. ), o cümlədən siyasi qurumlarda;
  • Beynəlxalq təşkilatlarda: BMT Azərbaycan və onun ixtisaslaşdırılmış qurumları, UNESCO kimi. 

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

 Yaxşı müşahidə qabiliyyəti;

 Xüsusilə dövlətdaxili siyasi, sosial, iqtisadi prosesləri izləmək və buna maraqlı olmaq;

 Analiz qabiliyyəti;

 Qərarvermə və problem həll etmə bacarığı;

 Siyasi və sosioloji biliklər

Bu sahənin gələcəyi

 Təhsil eksperti Kamran Əsədov: “ <<İctimai təhlükəsizlik və idarəetmə ixtisası>>” da son dövlər ortaya çıxan, əmək bazarında ehtiyac olan ixtisaslardandır. Çünki bu sahə üzrə peşəkar kadrlara ehtiyac var. Nəzərə alsaq ki, ölkəmiz müharibə şəraitində yaşayır, deməli ictimai təhlükəsizlik və idarəetmə üzrə ixtisası üzrə kadr hazırlığı mühüm əhəmiyyət kəsb edir”.

  Ölkəmizin perspektivdə dövlətin müxtəlif sahələrdəki siyasətinin həyata keçirilməsinə dayaq verəcək istedadlara ehtiyacının olması da, bu sahənin perspektivli gələcəyə malik olmasından xəbər verir.

Əmək haqqı 

 İxtisas üzrə əmək haqqları ixtisas sahibinin işlədiyi müəssisədən və bilik-bacarıqlarından asılı olaraq 300-2500 AZN aralığında dəyişir.

Son yazılar