İxtisasın qısa təsviri 

    İdman menecmenti və kommunikasiyası üzrə bakalavr proqramı öz karyerasını peşəkar kommunikasiya bacarıqları ilə idmanda inzabatçılıq, planlaşdırma, təşkiletmə və marketinq yönümlü peşələrə yiyələnmək istəyənlər üçün geniş imkanlar açır.

    Azərbaycan regionun aparıcı idman ölkəsi olaraq tanınır. Bundan irəli gələn tələblərə uyğun olaraq beynəlxalq idman sektorunda rəqabətə davamlı, səriştəli, peşəkar kadr hazırlığına təlabat var. Proqramın məzunları çoxsaylı dövlət və qeyri dövlət sektorunda fəaliyyət göstərən idman təşkilatlarında, eləcə də qeyri-idman sektorlarında sosial layihələrin həyata keçirilməsi sahəsində də hazırlıqlı kadr olaraq fəaliyyət göstərəcəklər.

Peşənin tarixi

   Müasir idman menecmenti və kommunikasiyasının yarandığı ölkə Böyük Britaniya hesab olunur. 18-ci əsrdə ingilis aristokratlarının idman klublarını yaratması və 19-cu əsrdə bu klubların daha da inkişaf edərək agendalar tərtib etmələri, ümumi oyun qaydalarını yaratması və s. ilə bu sahənin ilk təməlləri atılmışdır.Akademik proqram olaraq isə ilk dəfə 1957-ci ildə Ohayo Universitetində magistr proqramı kimi tədris edilməyə başlamışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

➝ Cədvəllər tərtib etmək;

➝ Müxtəlif media vasitələri ilə müştərilər cəlb etmək; 

➝ Danışıqlar aparılaraq müqavilələrin imzalanmas;

➝ İctimaiyyətlə əlaqələrin qurulması və idman klublarının imiclərinin formalaşdırılması;

➝ İdman yarışlarının, planlarının hazırlanması; 

➝ Maliyyə analizlərinin aparılması və s.

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 

Bu ixtisas üzrə harada çalışmaq olar?

➝ İdman və Gənclər Nazirliyi;

➝ İdman federasiyaları;

➝ Milli Olimpiya Komitəsi;

➝ Özəl idman klublarında və s. işləmək mümkündür.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

➝ İqtisadi biliklər; 

➝ İdman sahəsinə maraq və fundamental biliklər;

➝ Komanda ilə işləyə bilmək;

➝ Analitik düşünmə; 

➝ İdarəetmə bacarıqları;

➝ Zamandan düzgün istifadə edə bilmək və s.

Bu sahənin gələcəyi

  Son illər Azərbaycanın bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, bu ixtisasa böyük tələbatın yaranmasına gətirib çıxarmışdır və hazırda əmək bazarında ciddi kadr çatışmazlığı müşahidə edilməkdədir.Gələcək illərdə ixtisasa olan tələbatı isə öncədən təxmin etmək bir qədər çətindir, çünki bu birbaşa dövlətin bu sahədəki siyasətindən asılı olaraq dəyişə bilər.

Əmək haqqı 

 

  İxtisas sahiblərinin məvacibləri malik olduqları bilik və bacarıqlardan, tutduqları vəzifədən asılı olaraq 500-5000 AZN aralığında dəyişməkdədir.

Son yazılar