ABŞ-ın Corc Vaşinqton Universiteti (The George Washington University) və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində “Təhsil ixtisası” üzrə 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir və bu müddət tam olaraq Azərbaycanda keçirilir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

Proqrama son müraciət tarixi 20 aprel 2021-ci ildir.

İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan (https://bit.ly/3be6Yfz) vasitəsilə tanış olmaq mümkündür.

Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Şərh bildir