Peşə Təhsili üzrə Dövlət Agentliyi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkil etdiyi “İnformasiya Texnologiyaları üzrə texniki dəstək operatoru (IT Helpdesk)” təlimlərinə müraciətlər qəbul olunur. Təlimin iştirakçıları təlim müddətində (50 saat) kompüterdə yaranan texniki, proqram təminatı, əməliyyat sistemləri, şəbəkə ilə bağlı nasazlıqları təyin edib aradan qaldırmağı, eyni zamanda Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etməyi öyrənəcəklər.

Seçim meyarları: Başlanğıc səviyyə ingilis dili, kompüterdən istifadənin əsasları, əməliyyat sistemləri ilə tanışlıq.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət sertifikatı təqdim olunacaq. İlk uğurlu 20 namizədin təlimdə iştirakı üçün tam təqaüd veriləcəkdir.

Müraciətləri 02 mart, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz: (https://cutt.ly/vlvIZjJ). Əlavə sualınız yarandığı təqdirdə telim@vet.edu.az ünvanına müraciət mümkündür.

Mənbə: Peşə Təhsili üzrə Dövlət Agentliyi

Şərh bildir