İxtisasın qısa təsviri 

  Bu gün informatika demək olar ki, bütün peşələrin ayrılmaz tərkib hissəsinə çevrilib. Bütün təhsil sisteminə və hətta mədəniyyətə fəal şəkildə nüfuz etdi. İnkişaf o yerə çatdı ki, bu gün hər kəs bir kompüterdə ən azı elementar əməliyyatları yerinə yetirməli və kompüter elminin əsaslarını bilməlidir. Hazırda informatika müəllimi təhsil prosesinin səmərəli qurulması, müasir tədris vasitələrindən istifadə, dərs və dərsdənkənar fəaliyyətlərin inteqrasiyası və tələbələrin tədqiqat və dizayn işlərinə cəlb edilməsi yolu ilə dəyişən yaşayış şəraitinə uyğunlaşa bilən, məlumatlı insanın təlim və tərbiyəsini təmin edən bir müəllimdir. Müəllim tələbələr arasında məntiqi təfəkkürü inkişaf etdirir, alqoritmlər və ardıcıllıqlar qurmağı öyrədir. 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • Müəllim – şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • Qoyulmuş əmək normalarını yerinə yetirmək;
  • Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • Özünü ləyaqətli aparmaq;
  •  Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  •  Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə,direktora )məlumat verməyə borcludur;
  • İnformatika və kompüter texnologiyaları üzrə akademik kurslar üçün tədris proqramlarının hazırlanması və həyata keçirilməsi;
  • Tələbələrin İnformatika və kompüter texnologiyaları sahəsində nəzəri biliklərinin və praktik bacarıqlarının formalaşması;
  • Tələbələrin İnformatika və kompüter texnologiyaları sahəsində öz-özünə təhsil və özünü inkişaf etdirmə bacarıqlarını mənimsəmələri üçün şərait yaratmaq;
  • Tədris informatika və kompüter texnologiyalarının digər fənn sahələri ilə inteqrasiyası;
  • İnformatika kabinetində hesablama texnologiyası prosesinin təşkili və nəzarəti;
  • İnformatika kabinetində tədris prosesi üçün sağlam və təhlükəsiz şərait yaratmaq üçün təşkilati və texniki tədbirlərin həyata keçirilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Bakı Dövlət Universiteti
  • Bakı Dövlət Universiteti (Qazax filialı) 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Orta ümumtəhsil məktəblərində
  • Təlim – tədris mərkəzlərində
  • Liseylərdə
  • Magistr təhsili alaraq universitetlərdə müəllim olaraq fəaliyyət göstərə bilərlər

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

  • Təşkilatçılıq  qabiliyyətləri. Bu  qabiliyyət  müəllimin uşaqları  birləşdirmək, onları məşğul  etmək, vəzifələri bölüşdürmək, işi  planlaşdırmaq, görülən işə yekun vurmaq və s. Bacarığında  özünü göstərir.
  • Didaktik  qabiliyyətlər. Buraya  tədris materialını, əyani  vasitələri, avadanlıqlığı seçmək  və hazırlamaq, tədris materialını  başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı  və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi  tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını  yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  • Perspektiv  qabiliyyətlər. Bu, şagirdlərin daxili  aləmini görmək bacarığında, onların  emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • Kommunikativ  qabiliyyətlər. Bu  qabiliyyətlər  müəllimin şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin rəhbərliyi ilə pedaqoji  cəhətdən məqsədyönlü münasibət yarada bilməsində  özünü göstərir.
  • Suqqestiv (təlqinedici )  qabiliyyətlər. Bu, şagirdlərə  emosional-iradi təsir  göstərməkdən ibarətdir.
  • Tədqiqat bacarıqları. Bu,  pedaqoji  situasiyaları  və prosesləri dərk etmək  və obyektiv qiymətləndirmək  bacarığında özünü göstərir.
  • Elmi – idrakı  qabiliyyətlər. Bu, seçdiyi  sahə üzrə elmi  bilikləri mənimsəmə  qabiliyyətidir.
  • İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları.
  •  
  • Qeyd: Müəllim  praktiki fəaliyyət  üçün bu qabiliyyətlərin  hamısı eyni dərəcədə vacib deyil. Son illərin  elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər  içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan  çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri  aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

Bu sahənin gələcəyi 

  Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən – ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin əməkhaqqısındakı ciddi  artım, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Əmək haqqı

  Bu ixtisas üzrə məvaciblər aylıq əmək haqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq, həftəlik dərs yükünə görə təyin edilir.

  • Pedaqoji təcrübə 3 ilə qədər olduqda – 462 AZN
  • Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda – 496 AZN
  • Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda – 522 AZN
  • Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda – 554 AZN
  • Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.
Son yazılar