İxtisasın qısa təsviri

Bu sahə  Azərbaycan musiqisini, milli xalq mahnılarını, ən əsası milli muğamını öyrənir. Tələbə istənilən hər hansısa musiqini, əsəri dinləyir, təhlil edir və öz bacarıqlarını xalq çalğı alətlər ixtisasında təkmilləşdirir. Bəstəkarın yazdığı bəstəyə özü qiymət verir, təhlil edir. Lakin hər bəstəyə bunu aid etmək olmur. Məsələn, ixtisasa uyğun olaraq muğam özü ilahi musiqi olduğu üçün onun necə yaranması, formalaşması məlum olmadığı üçün mümkün deyildir. Yerli musiqi mədəniyyəti, səs, xarakteri, bənzərsiz, orijinal üslubu xalq musiqisinin, xalq çalğı alətlərinin və xalq mahnılarının təsiri altında inkişaf edir. Xalq çalğı alətləri unudulmazsa və xalqın yaddaşında yalnız tarixin, arxaizmin elementi olaraq qalacaqsa, yerli musiqi mədəniyyətinin özünəməxsus səsə sahib olacağını gözləmək olmaz. Azərbaycan xalq çalğı alətləri uzun bir inkişaf yolu keçdi, tariximizin, həyatımızın və mədəniyyətimizin bir parçasıdır, öz xüsusiyyətlərinə, xüsusi səsə sahibdirlər! Bu gün Azərbaycanın istedadlı musiqiçiləri xalq çalğı alətlərinə yeni həyat bəxş edir, müasir musiqi mədəniyyətinə ahəngdar şəkildə toxunur, yeni istiqamət, yeni üslub yaradırlar.

Peşənin tarixi

  Azərbaycan musiqisində  şifahi ənənəli peşəkar musiqi sənəti Muğam janrı şərq həyatında onların mənəvi dünyasının formalaşmasında həlledici rol oynadığı üçün bu ölkələrin musiqi salnaməsində dərin iz buraxmışdır. Muğam Şərqin ən qədim musiqi janrlarından olduğu üçün daima dünya musiqişünaslarının, sənətsevənlərin diqqət mərkəzində olmuşdur. Qədim və orta şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlili obyektinə çevrilmişdir. Muğamın bir janr kimi formalaşması XII – XIII əsrlərə “Müsəlman Renessansı” dövrünə aiddir. Bu dövrdə Nizami Gəncəvi, Xaqani Şirvani , İmadəddin Nəsimi , Məhəmməd Füzuli və b. muğamın da inkişafına təkan verdi.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • Müxtəlif əsərlərə üstünlük vermək. Əsərlərdə həmçinin xalq mahnılarının da burada rolu böyükdür. Nəticədə el şənliklərində, məclislərdə ifa etmək;
  • Hər il yay aylarında bir çox festivallarda (Qəbələ Musiqi Festivalı,Beynəlxalq Muğam festivalı,Hacıbəyov musiqi festivallarında) iştirak etmək;
  • Müxtəlif üsullardan istifadə edərək musiqi əsərlərinin ifası;
  • Musiqi əsərlərinin yaradılması;
  • Ümumi performans keyfiyyətini yüksəltmək üçün mütəmadi olaraq məşqlər aparmaq;
  • Müğənniləri, müşayiət etmək;
  • Konsert konsepsiyasının hazırlanmasında və repertuarın tərtibində iştirak etmək;
  • Məşqlər və tamaşalar cədvəlinə ciddi riayət etmək;
  • Səsyazma avadanlığı ilə işləmək;
  • Klassik və müasir musiqinin ansamblında (duet, trio, kvartet) çalışmaq.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Azərbaycan Milli Konservatoriyası
  • Bakı Xoreoqrafiya Akademiyası
  • Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Musiqi məktəblərində;
  • Musiqi kolleclərində;
  • Azərbaycan Milli Konservatoriyasında;
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində çalışmaq mümkündür.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • İxtisas üzrə ən önəmli amil pedaqoji cəhətdən hazır olmalı;
  • Hər bir vacib şərtləri nəzərə alaraq bu sahədə addımlamalı;
  • Pedaqoji cəhətdən bilikləri,qabiliyyəti olmalı;
  • Xüsusi musiqi duyumu,ifa tərzi olmalı;
  • Özünü tənqid etmək bacarığı;
  • Məsuliyyətli olmaq;
  • Güclü yaddaş;
  • Detallara diqqət yetirməyi bacarmaq;

Bu sahənin gələcəyi

  •   Hər bir peşədə olduğu kimi, instrumental  ifaçılıq ixtisası üzrə  biliyiniz, bacarığınız, istedadınız varsa, ixtisas üzrə gələcək parlaqdır. Dövr üçün bu ixtisas gərəkli və prestijli sahə olduğundan  gələcəyini də perspektivli hesab etmək olar.

Əmək haqqı

 Bu ixtisas üzrə əmək haqqları təqribən 350 – 400 AZN arasında dəyişir.

 

 

 

 

 

 

Son yazılar