İxtisasın qısa təsviri

  Kitabxanaçılıq ən qədim sahələrdən biridir. Hazırda informasiya cəmiyyətinə keçid fonunda kitabxana işində informasiya kommunikasiya texnologiyalarının tətbiqinin geniş imkanlara malik olması “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə ixtisaslaşmış kadrlara ehtiyac yaranmışdır. Bu ixtisas məzunları  kitabxanaların qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Kitabxanaçı kitabxana fondunun mənimsənilməsində, kataloqlar, arayış və məlumat fondlarının yaradılmasında, ədəbiyyatın və oxunuşun populyarlaşmasında iştirak edən və əlbəttə ki, kitabxana ziyarətçilərinə xidmət edən bir kadrdır. Bu ixtisas sahiblərinə zəka və erudisiyanın əhəmiyyəti daha çoxdur, çünki bu mütəxəssislər yaxşı oxumalı və hər hansı bir istiqamətə aid məlumatları tapmaq üçün ən optimal variantları seçməyi bacarmalıdır.

Peşənin tarixi

  Kitabxanaçılıq – informasiya fakültəsi Kitabxanaçılıq şöbəsi kimi 1947- 48 – ci tədris illərində BDU-nun Filologiya fakültəsinin nəzdində təşkil olunmuş, bununla da Azərbaycanda ali kitabxanaçılıq təhsilinin əsası qoyulmuşdur. 2003 – cü ildə isə  Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilərək Kitabxanaçılıq və İnformasiya fakültəsi olmuşdur. Dünyada isə 1960 – cı ilin sonlarına qədər yalnız  “kitabxanaçılıq” ixtisası üzrə ali səviyyədə deyil əsasən təlimlər və .s formada təhsil geniş yayılmışdır. 1964 – cü ildə isə  ixtisasın adına” informasiya” sözü də əlavə edilmişdir. Bunu edən ilk universitet isə Pitsburq universiteti olmuşdur

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)  

  • İstifadəçilərin kitabxananın müxtəlif resursları ilə tanış edilməsi;
  • Kitabxanaya daxil olan informasiya resurslarının qeydiyyatının aparılması;
  • Kitabların vəziyyətinə nəzarət. Ədəbi nəşrlərin lazımi təmir işlərinin aparılması.
  • Müəllim və şagird heyətinə elektron biblioqrafik məlumat bazasında axtarışlarda kömək etmək;
  • Bu və ya digər şəkildə ədəbiyyatla əlaqəli seminarlar, sərgilər, mühazirələr, yazıçılarla görüşlər və digər tədbirlər keçirmək;
  • Kitabxana tədbirlərində fəal iştirak etmək;
  • Kitabxana işi ilə bağlı gündəlik işləri yerinə yetirmək;
  • Ziyarətçilərlə ünsiyyət, ehtiyaclarını, ədəbiyyat tövsiyələrini müəyyənləşdirmək. Bütün bunlar yüksək ünsiyyət bacarığı və savadlı bir dialoq aparmaq bacarığı tələb edir;
  • Kitabları çeşidləmək və təsnif etmək üçün bir uyğun metodun yaradılması;
  • Müəssisənin ehtiyaclarına uyğun olaraq yeni kitabların alınması üçün sifariş vermək;
  • Oxu zalında nizamın qorunması təmin etmək;

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Bakı Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti
  • Naxçıvan Müəllimlər İnstitutu

Bu ixtisas üzrə harada çalışmaq olar?

Bu ixtisasın məzunları ölkədə :

  • F.Axundov adına Azərbaycan Milli Kitabxanasından başlamış kənd kitabxanalarına qədər respublikanın bütün kitabxana şəbəkələrində çalışa bilərlər( statistikaya əsasən ölkədə 3000-ə yaxın kütləvi kitabxana fəaliyyət göstərir) ;
  • İxtisas məzunları respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi kitabxanalarında çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • Yüksək ünsiyyət bacarıqları;
  • Analitik düşüncə bacarığı;
  • Təşkilatçılıq bacarıqları;
  • Erudisiya və intellektual inkişafın ümumi səviyyəsinin yüksək olması;
  • Monoton hərəkətlər edərkən konsentrasiyanı uzun müddət saxlaya bilməli bacarmaq;
  • Kitabxananın idarəedilməsində təcrübə və müəyyən biliklər;
  • Elektron kitabxana ilə işləmək üçün bilik və bacarıqlar;
  • Müvafiq kompyüter bilikləri (MS Word, MS Excel, MS Power Point və s.);
  • Azərbaycan dilini mükəmməl bilmək, əlavə olaraq rus və ingilis dilləri( üstünlükdür);
  • Kollektivdə bir komanda olaraq işləmək bacarığı;
  • Kitabxanaçı qəti, sakit, balanslı olmağı bacarmalıdır;

Bu sahənin gələcəyi

  İxtisas sahibləri  bakalavr təhsilindən əlavə olaraq bu ixtisas üzrə təhsillərini magistratura və doktorantura pilələlərində davam etdirərək uğurlu akademik karyera qura bilərlər. Belə şəxslər bu sahə üzrə rəhbər işlərdə, elmi vəzifələrdə çalışa bilərlər. Ümumiyyətlə, 2014 – cü ildən 2018 – ci ilədək ölkədə kütləvi kitabxanaların sayında azalma müşahidə edilmişdir, müasir dövrdə elektron kitabxanaların yaradılması prosesi də sürətli şəkildə davam edir. Bu məsələlər ixtisasın gələcəyi barədə  əsas risk faktorlarından hesab edilir.

Əmək haqqı

  İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və qurumdan  asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq  250 – 700 AZN aralığında dəyişir.

  

Son yazılar