İxtisasın qısa təsviri 

 Kommunikasiya sistemləri mühəndisi informasiyanın şəbəkələr üzərindən işlənməsi, ötürülməsi və istifadə edilməsi üçün lazım olan sistemi quran peşə sahibidir. Xəbərləşmə sektorunda yer alan kommunikasiya mühəndisliyinin tətbiq sahəsi olduqca genişdir, odur ki, bir şirkətdə kommunikasiya mühəndisləri yeni şəbəkə və kommunikasiya sistemlərinin dizaynı və yaradılması ilə məşğul olduğu təqdirdə, başqa bir şirkətin tələbindən asılı olaraq mövcüd sistemlərin qorunması və onlara xidmət göstərilməsindən məsul ola bilərlər.

Peşənin tarixi

 Kommunikasiya prosesi kiçik bir informasiya mübadiləsindən tutmuş, söhbətlər və ya hətta böyük həcmli data mübadiləsi kimi başa düşülə bilər. Odur ki, proses olaraq kommunikasiyanın təməli günümüzdən 500 000 il əvvələ qədər gedib çıxır və zaman-zaman yazının yaranması ilə daha da inkişaf edir.Bir sahə olaraq isə teleqrafların, fonoqrafların, telefonların, radio və televiziyanın yaranması ilə bərabər təməli qoyulur  və internet anlayışının ortaya çıxması ilə birlikdə özünün ən pik mərhələsinə qədəm qoyur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

➝ Şəbəkə və kommunikasiya sistemlərini dizayn etmək;

➝ Şəbəkə və kommunikasiya sistemləri yaratmaq;

➝ Sorğular aparmaq;

➝ Mövcud sistemlərin çatışmazlığını müəyyənləşdirmək və aradan qaldırmaq;

➝ Zərər görmüş sistemləri bərpa etmək və s.

Harada bu ixtisasa sahiblənmək olar?

“Kommunikasiya sistemləri mühəndisliyi”ixtisası Nazirlər Kabinetinin   2019-cu il 15 sentyabr tarixli qərarına əsasən yeni yaradılan ixtisaslardan biridir. Bu səbəbdən  ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə məlumat hələlik açıqlanmayıb. 

Bu ixtisas üzrə harada çalışmaq olar? 

     İxtisas sahibləri :

➝ Televiziya;

➝ Radio;

➝ İnternet;

➝ Radar sistemləri;

➝ Peyk xəbərləşmə;

➝ Mobil kommunikasiya və s. sahələrdə işləyə bilərlər.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

➝ Problem-həlletmə bacarığı;

➝ Analitik düşünmə qabiliyyəti;

➝ Texniki biliklər;

➝ Şəbəkə və kommunikasiya sistemləri haqqında dərin biliklər;

➝ Komandada işləyə bilmək bacarığı;

➝ Kreativlik; 

➝ Təşkilati və idarəetmə bacarıqları;

➝ Stress altında işləməyi bacarmaq.

 

Bu sahənin gələcəyi 

 İxtisasın bir çox tətbiq sahələri olduğundan onun gələcəyi də daha çox hansı sahə üzrə ixtisaslaşmaqdan asılıdır .Belə ki, günümüzdə ən çox gələcək vəd edəcək sahələrinin daha çox internetlə, bulud sistemləri ilə bağlı olan sahələr olduğunu deyə bilərik.

Əmək haqqı  

 İxtisas sahiblərinin bilik və bacarıqlarından, tutduqları vəzifə və işlədikləri şirkətlərdən asılı olaraq məvaciblər aylıq olaraq ortalama  450-1500 AZN arasında dəyişməkdədir.

 
Son yazılar