İxtisasın təsviri

  Yeni adı ilə desək , Xüsusi təhsil – müxtəlif ölkələrdə Özel eğitim, Special Education, Korreksion psixologiya və s. adlanır. İxtisasın əsas tədris məqsədi psixi, əqli, fiziki cəhətdən inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim, tərbiyə, təhsil, sosial adaptasiyası, reabilitasiyası, uşaqlarda baş vermiş pozulmaların və profilaktikasının öyrənilməsidir. Korreksiyaedici, uşaq davranışının bəzi yolverilməz və ya dağıdıcı növlərini (təcavüz, neqativizm, qorxu) yatırtmaq və ya dəyişdirməyə yönəlmişdir, inkişaf edən isə yeni bacarıqların inkişaf etdirilməsinə və mövcud olanların (məsələn, nitq inkişafı, bədən tərbiyəsi, rəsm dərsləri) inkişaf etdirilməsinə yönəlmişdir. Özlüyündə 4 sahəyə ayrılır : 

  • 1) Surdopedoqogika – eşitmə məhdudiyyətli şəxsləri öyrənir. 
  • 2) Tiflopedoqogika – görmə məhdudiyyətli şəxsləri öyrənir.
  • 3) Oliqafrenpedaqogika – intellektual çatışmamazlığı olan şəxsləri öyrənir. 
  • 4) Loqopediya – nitq pozulmalarını öyrənir.

Burada uşaqlara çox böyük  məhəbbət, fərdiliyi görmək və hiss etmək, onun inkişafına töhfə vermək tələb edilir. Bu ixtisas psixologiya və təlim tərbiyyə ilə maraqlanan üçün uyğundur.

Peşənin tarixi

  Qədim dövrlərdə qüsurlu dünyaya gələn uşaqlara münasibət birmənalı olaraq yaxşı deyildi. Çox zaman onlar öldürülür, diri – diri torpağa basdırıldı. İslam və Xristian idealogiyasının yayılması ilə bu növ problemli insanlara baxış bucağı da dəyişdi. Beləliklə, bu ixtisas elm kimi formalaşmağa başladı. Ölkəmizdə tədris tarixinə nəzər salsaq, görərik ki, 2017 -ci ilə qədər yalnız ADPU-da tədris edilib, 2018 -ci ildən etibarın isə həm də BDU – də də tədris edilməyə başlanıb. III ixtisas qrupunda yer alır.

Bu ixtisas sahibi nə işlə məşğul olur ?(iş öhdəlikləri) 

  İxtisasa yiyələnən şəxs yuxarıda qeyd edilən sahələrdən biri və ya bir neçəsi üzrə mütəxəssis olduğundan, iş öhdəlikləri də bunlara müvafiq olaraq dəyişir. Amma əsas öhdəliklər bir qayda olaraq dəyişməzdir.    

  • Hər bir şagirdə individual tədris və inkişaf proqramının tərtib edilməsi.
  • Şagirdlərin şəxsi inkişafını dəstəkləmək, güclü və zəif tərəflərini, maraqlarını, meyllərini müəyyənləşdirmək;
  • Uşaqların şəxsi – sosial xüsusiyyətlırinin formalaşdırılması;
  • Pedaqoji prinsiplərə riayət etməli;
  • Şagirdlərin yaradıcı potensialının, qabiliyyətlərinin və imkanlarının aşkara çıxarılmasına yardım;
  • Şagirdlərdə şəxsiyyətinin formalaşmasına kömək etmək;
  • Şagirdlərlə didaktik materiallar, testlər uşaqların tez inkişafı və böyüməsi üçün psixoloji oyunlar və s etməli;
  • Obrazlı təfəkkürün, təxəyyülün, məntiqi təfəkkürün inkişafı.
  • Uşaqların müəyyən edilmiş qaydalara riayət etmək bacarığının inkişafı.
  •  Özünüqiymətləndirmənin formalaşması.
  • Ünsiyyət bacarığının formalaşdırılması.
  • Valideynlər ilə davamlı əlaqədə olmaq.
  • Düzgün diaqnostikanın aparılması.
  • Psixoloji konsultasiyaların mütəmadi aparılması.

Harada bu ixtisasa yiyələnmək olar?

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Bakı Dövlət Universiteti
  • Kurslar:
  •  Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu
  •  Buta Tədris Mərkəzi
  •  Stimul Education & Consulting
  • Tərəqqi 1
  •  Elite  Education  & Career Center
  •  SABBA – 97
  •  Elbite courses və s.

Harada bu sahə üzrə işləmək olar?

  •  Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli xüsusi internat məktəbi
  •  Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi
  • E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbi
  • 11 nömrəli xüsusi internat məktəbi
  •  Respublika Daun Mərkəzi
  •  Psixi Sağlamlıq Mərkəzi
  • Psixo-nevroloji uşaq evi və s. kimi dövlət müəssisələri.

Özəl müəssisələrdən isə aşağıdakıları misal göstərə bilərik.

  •  Narınc Uşaq Psixologiya Mərkəzi
  • Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi
  •  Qüsursuz Nitq İnkişaf Mərkəzi
  • Bakı Autizm Mərkəzi
  • Mədinə Tibb Mərkəzi
  •  Peşəkar Psixologiya Mərkəzi

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • Pedaqoji ve psixoloji biliklərin olması  
  • Səbrli və təmkinli xarakterə sahib olmaq
  • İşə məsuliyyətli yanaşmağı bacarmaq 
  • Analitik düşüncə qabiliyyətin olması
  • Fikrini rahat ve qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabilliyəti 
  • Daim yenilikçi olmaq
  • Sosial yönümlü olmaq
  • Empatiya bacarığı 
  • Yüksək motivasiya ilə yanaşma  
  • Şagirdlərin nə istədiyini anlamalı
  • Azyaşlı uşaqlarla çalışma bacarığı.
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.
  • Öyrənməyi və öyrətməyi bacarmalı
  • Bildiklərinin tətbiqini bacarmalı

Bu sahənin gələcəyi

  Bioloji, sosial və pedaqoji amillərlə bağlı ixtisaslı və bu sahədə mütəxəssis kadra tələbat olduqca yüksəkdir.

Əmək haqqı

  Dövlət müəssisələrində maaş ortalama 300 AZN dən başlayır, özəl müəssisələrdə isə maaş olduqca yüksəkdir, bəzi müəssisələr isə hər şagirdə görə verilən faiz hesabına maaş təyin edilir.

Son yazılar