İxtisasın  təsviri

  Sənaye və məişətin müxtəlif sahələrində çox çeşiddə, miqyasda və təyinatda maşınqayırma avadanlıqlarından, vasitələrindən istifadə olunur. Eyni adlı və təyinatlı masinqayırma məhsulları, bir məmulun müxtəlif hissələri müxtəlif müəssisələrdə və hətta müxtəlif ölkələrdə istehsal olunur. Buna baxmayaraq, onlar bir-birlərini bərabər səviyyədə əvəz edə bilməlidirlər. Maşın mühəndisliyi ixtisası məhz bu sahədə ixtisaslı kadrların hazırlanması məqsədi ilə yaradılmışdır. Maşın mühəndisi bütün növ maşınqayırma avadanlıqlarının, vasitələrinin qəbul olunmuş kriteriyalar əsasında dizaynlaşdıran, istehsalını planlaşdıran istehsal texnologiyalarını inkişaf etdirən və  test edən şəxslərdir. Bu ixtisas fizika, riyaziyyat, rəsm və kompüter elmləri ilə maraqlananlar üçün uyğundur.

İxtisasın  tarixi

  Bu sahə üzrə  ilk ali təhsil müəssisələrindən biri Amerika Birləşmiş Ştatlarında 1817-ci ildə indiki adı ilə Norwich  Universiteti olmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Məmulun dizaynının hazırlanması üçün bu məmmulların prototiplərinin araşdırılması və analizi;
  • ➝ Məmulun qrafik təsvirlərinin yaradılması;
  • ➝ İstehsalın səmərəliliyinin artırılması üçün yeni metodların işlənib hazırlanması;
  • ➝ İnkişaf və ya istehsal layihələri üçün texniki və ya resurs tələblərini qiymətləndirin;
  • ➝ Məmulun istehsalının planlaşdırılması, həyata  keçirilməsi və test edilməsi;
  • ➝ Müvafiq biliklərin yenilənməsi və istifadəsi;
  • ➝ Standartlara uyğunluğunu müəyyənləşdirmək üçün məlumatların qiymətləndirilməsi;
  • ➝ İşi planlaşdırmaq üçün texniki sənədlərin nəzərdən keçirilməsi;
  • ➝ Dizayn və ya əməliyyat planlarını hazırlamaq üçün texniki heyətlə məsləhətləşmə;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti;
  • ➝ Azərbaycan Texniki Universiteti;
  • ➝ Bakı Mühəndislik Universiteti;

Bu ixtisas üzrə harada çalışmaq olar?

  Maşın mühəndisliyi ixtisasının məzunları bu sahə üzrə müxtəlif istiqamətlərdə ixtisaslaşmadan asılı olaraq müxtəlif sahələrdə çalışa bilərlər. Bu ixtisas üzrə məzunlar: 

   Fəaliyyəti maşınqayırma  avadanlıqlarının istehsalı və istifadəsi ilə bağlı olan özəl və dövlət sənaye müəssisələrində çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ İxtisas üzrə nəzəri biliklərə sahib olmalıdır;
  • ➝ Riyaziyyat və fizika elmləri üzrə güclü bazaya malik olmalıdır;
  • ➝ İnkişaf etmiş dizayn və vizuallaşdırma bacarıqları olmalıdır;
  • ➝ Bu sahədə istifadə olunan avadanlıq və proqramlardan istifadə bacarığı (Əsasən AutoCAD ,SolidWorks və ya Inventor proqramları) olmalıdır;
  • ➝ Microsoft Office Proqramları;
  • ➝Təhlil bacarığı – işlə əlaqəli texniki sənədləri düzgün təhlil etməyi bacarmaq;
  • ➝Tənqidi Düşüncə – Alternativ həll yollarının, nəticələrin və ya problemlərə yanaşmanın güclü və zəif tərəflərini müəyyənləşdirmək üçün məntiq və düşüncədən istifadə etməyi bacarmaq;
  • ➝ Əməliyyat monitorinqi – bir maşının düzgün işlədiyinə əmin olmaq üçün ölçmə cihazlarını, yığımları və ya digər göstəriciləri izləyə bilməlidir;
  • ➝ Kompleks Problemlərin Həll edilməsi – Mürəkkəb problemlərin müəyyənləşdirilməsi və variantları inkişaf etdirmək, qiymətləndirmək və həllini həyata keçirmək üçün əlaqəli məlumatları nəzərdən keçirməyi bacarmaq;

İxtisasın gələcəyi

  İnsanlar istifadə etdikləri bütün maşın və texniki vasitələri fasiləsiz olaraq təkmilləşdirirlər. Onlar istismarda olan maşın və texniki vasitələri daha yüksək dəqiqliyə, istismar göstəricilərinə və məhsuldarlığa malik, insanın fiziki və əqli əməyini daha geniş məkanda əvəz edə bilən yeniləri ilə əvəz edirlər. Təbii ki, qeyd olunan nailiyyətlər maşınqayırma sənayesinin müdaxiləsi olmadan mümkün deyildir. Məhz buna görə də dünyanın qabaqcıl ölkələrində, respublikamızda maşınqayırmanın  inkişafına xüsusi diqqət yetirilir. Gələcəkdə Maşın Mühəndisliyi və Suni İntellekt -sahələrinin birgə , sıx əlaqəli inkişafı bu sahə üzrə gözlənilən ən real perspektivlərindəndir.

Əmək haqqı

  İxtisas üzrə əmək haqqları namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı şirkətdən asılı olaraq 500- 1500 AZN aralığındadır.