İxtisasın  təsviri

   Materiallar mühəndisliyi – materiallar, onların struktur və xassələri arasında əlaqəni və tətbiqi imkanlarını öyrənən elm sahəsidir. Bir çox neft və servis şirkətlərində istifadə olunan borular və yaxud qazmada istifadə olunan materiallar, alətlər, qazma dəzgahları vədigər bir çox sahələrdə istifadə olunan avadanlıqları, onların strukturunu, istismar qabiliyyətini araşdırır. Nə qədər müddət sonra materialların xassələrinin dəyişəcəyini, korroziyaya uğrayacağını öyrənir. Materiallar bərk və ya maye halda olarkən onlara xarici amillərin təsirini araşdırır. Materialların maliyyə dəyərini sərfəli vəziyyətə gətirmək üçün onları müxtəlif şəkillərdə birləşdirir və dəyişdirir. Materialların dayanıqlılığını müəyyən edir. Kimya ilə daha sıx bağlı olan bir sahədir. İxtisas fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uyğundur.

İxtisasın  tarixi

   Daş dövrü, tunc dövrü və polad dövrü adlandırılan qədim dövrlərdən bəri material mühəndisliyi elmi istifadə edilmişdir. Keramika, maqnit materialları və bioloji materiallar da daxil olmaqla, bütün növ materiallar material mühəndisliyinə daxil edilmişdir. Hazırkı material mühəndisliyi elmi, dağ-mədəndən yaranan metallurgiyadan inkişaf etmişdir. Müasir materialşünaslıq, kosmosun kəşf edilməsi ilə əlaqədar olaraq, xüsusi ərazilərdə metal ərintilər, silisium və karbon materialları da daxil olmaqla kosmik nəqliyyat vasitələrinin inşası üçün istifadə olunan müxtəlif materialın istifadəsi nəticəsində inkişaf edir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Sənayedə istifadə olunan materialların xassələrini tələb olunan səviyyəyə
    gətirmək;
  • ➝ Materialların kimyəvi və faza tərkibinin, quruluşunun və xüsusiyyətlərini öyrənir;
  • ➝ Materialların ərimə temperaturunu müəyyənləşdirmək;
  • ➝ Yeni materialların alınması, onların istilik və kimyəvi-termik təmizlənməsi, təzyiqin təmizlənməsi və istehsalata tətbiqi üçün texnologiyaların inkişafı;
  • ➝ Materiallarda yaranmış olan aşınma və bu kimi vəziyyətlərə nəzarət edir,bunları
    dəyərləndirir;
  • ➝ Materialların bazar səviyyəsi üçün yararlı olmasına uyğun şəkildə çalışmaq;
  • ➝ Düzəldiləcək detalın strukturunun analizi,başqa müxtəlif metallarla legirləmək,uzunömürlülüyünü artırmaq üçün materialın hansı xassələrini artırmaq
    və ya tərkibindəki maddələrdən hansıları azaltmağın lazım olması üzərində
    çalışmaq;
  • ➝ Cihazın və texnoloji avadanlıqların, qurğuların və alətlərin istismarı;
  • ➝ Materialların alınması və emalı, istehsalata tətbiqi üçün yeni texnoloji proseslərin əsaslarını yaratmaq;
  • ➝ Materialların quruluşu və xüsusiyyətlərinin riyazi modellərinin, habelə onların
    emalı texnologiyalarının yaradılması;
  • ➝ Materialların, hazır məhsulların və onların emalı, müəssisələrin istehsal
    sahələrinin işinin təhlili, elm və texnikanın nailiyyətlərinin tətbiqi;
  • ➝ Tikinti materiallarinin istismarı;
  • ➝ Сihazların və texnoloji avadanlıqların, qurğuların və alətlərin istismarı;
  • ➝ Material tərkibinin zənginləşdirilməsi;
  • ➝ Materialların alınması və emalı, istehsalatda tətbiqi üçün yeni texnoloji
    proseslərin əsaslarının yaradılması;
  • ➝ İstehsal zavodlarının və cihazlarının texniki imkanlarını qiymətləndirmək
  • ➝ Yeni-yeni təcrübələr keçirərək materialın daha düzgün və səmərəli istifadəsinin
    yollarını öyrənilməsi;
  • ➝ Zavod və istehsalat tullantılarının tərkibini araşdıraraq harada və necə tətbiq
    olunacağı haqqında öyrənilməsi;
  • ➝ Material tərkibinin hansı maddələrlə əvəz edilə biləcəyi haqda məlumatlı olması;
  • ➝ Bir məhsulun istehsalı üçün istehsal xərclərini hesablayıb maya dəyərini
    müəyyənləşdirmək;
  • ➝ Yeni məhsulların qiymətləndirilməsində, keyfiyyətə nəzarətində və sertifikatında standartlardan və digər normativ sənədlərdən istifadə etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Texniki Universiteti
  • ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Baku Stell Company
  • ➝ Azertexnolayn
  • ➝ Sumqayıt Texnologiyalar Parkı
  • ➝ Gəncə Aluminium Zavodu
  • ➝ BP
  • ➝ Schulmberger
  • ➝ Hallyburton
  • ➝ SOCAR
  • ➝ Gilan MMC
  • ➝ As İnşaat
  • ➝ Akkord
  • ➝ STP
  • ➝ Mister Fix
  • ➝ Holcim
  • ➝ Qazax Sement Zavodu
  • ➝ Norm
  • ➝ Mətanət A və s.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Materialların xüsusiyyətini bilmək;
  • ➝ Materiallar üzərində bəzən kimyəvi dəyişikliklər aparıldığına görə kimyəvi
    reaksiyaların gedişini bilmək;
  • ➝ Analiz üsulları,kimyəvi tərkibin dəqiqləşdirilməsi sənaye kimyasına əsaslanır.Bu
    da kimya ixtisası üzrə biliklərin kifayət qədər yüksək olması zərurətini ortaya
    çıxarır;
  • ➝ Mexanika, fizika biliklərin olması;
  • ➝ Müasir texnologiyalardan mütləq şəkildə xəbəri olmalıdır;
  • ➝ Metal və ərintilər haqqında biliklərə malik olmalıdır;
  • ➝ Texniki bilikləri olmalıdır;
  • ➝ Komanda ilə işləməyi bacarmalıdır;
  • ➝ Aparılan kimyəvi proseslərə həssas yanaşmalıdır;
  • ➝ Xarici şirkətlərdə işləmək üçün ingilis dili və məntiq vacibdir;
  • ➝ Analitik düşüncə;
  • ➝ Güclü yaddaş;
  • ➝ Dəqiqlik;
  • ➝ Məsuliyyətli olmaq;
  • ➝ İnşaat materiallarını olduqca mükəmməl mənimsəməli;
  • ➝ Daim yeniliklər üçün axtarışda olmalı;
  • ➝ Materialların tərkibində olan xammallın fiziki və kimyəvi xüsusiyyətləri ilə məlumatlanmalı;
  • ➝ Eyni tərkibdə olan xammalı bir-biri ilə əvəz etməyi bacarmalı;
  • ➝ Məmulatın daha sərfəli və eyni zamanda keyfiyyətli istehsalı üçün əlavə
    informasiyalar əldə etməli;
  • ➝ Həm tikinti sahəsində, həm də zavodda işləmə qabiliyyəti olmalı;
  • ➝ Məmulatın hazırlanmasında istifadə olunan xammalların laboratoriya sınaqlarını dəqiqliyi ilə öyrənməlidir;
  • ➝ Detallara diqqət yetirməyi bacarlıdır.

İxtisasın gələcəyi

   Hal-hazırda dünyada və ölkəmizdə istifadə olunan materialların təxminən 80-85 faizi metal və onların ərintiləridir. Yəni dəmirə, çuquna, alüminiuma tələbat hər zaman olacağı üçün bu materialların müxtəlif filizlərdən alınması bu sahənin aktuallığını qoruyacağını göstərir.

  Hər bir texnoloqun öz sahəsi üzrə inkişaf yolu daim parlaqdır. Belə ki, yeni-yeni binaların tikintisi, köhnəlmiş və sıradan çıxmış binalarda tikinti-bərpa işləri, yaşam sürdükcə davam edəcəkdir. Bu da yeni tərkibli materialların, xammalların və inşaat strukturlarının tələbatını artırmaqdadır. Materialların tərkibcə öyrənilməsi, əlavə qatqılarla zənginləşdirilməsi, xammal tullantılarının daha səmərəli istifadə yolunun kəşf edilməsi üçün daim texnoloqlara ehtiyac duyulur. Qeyd etmək lazımdır ki, bu ixtisasa tam yiyələnmiş hər bir ixtisasçı öz gələcək şirkətinin meyarıdır.

Əmək haqqı

  Bu ixtisas üzrə maaşlar 600-700 AZN-dən başlayır. BP və Hallyburton kimi şirkətlərdə isə maaşlar 1200 AZN-dən 4500-5000 AZN-ə qədər dəyişir.

Son yazılar