İxtisasın  təsviri  

  Məktəbəqədər təhsil məktəbəqədr  yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir. Məktəbəqədər hazırlıq 5 – 6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu qruplarda həftəlik məşğələlərin sayı öncədən hazırlanmış plan əsasında həyata keçirilir. Sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün isə məktəbəqədər xüsusi təhsil müəssisələri yaradılmışdır. 1 il müddətinə icbari formada tədris edilir.

  Bu yaş dövrlərinin xüsusiyyətlərini bilmək və təhsil zamanı uyğun tədris və tərbiyə metodlarından istifadə etmək burada çox vacib amillərdəndir. Əsas məsələ, müxtəlif didaktik  oyunlar və s. vasıtəsi uşaq bunu fərq etmədən ona yeni bilik və bacarıqlara qazandırmaqdır. Burada uşaqlara çox böyük məhəbbət, fərdiliyi görmək və hiss etmək, onun inkişafına töhfə vermək tələb edilir.

İxtisasın  tarixi

  1992 -ci ildə bu ixtisas Pedoqogikanın tərkibində tədris edilmişdir. 2015-ci ildən isə məktəbəqədər təhsil adlanır.  AR Nazirlər Kabinetinin 11 iyul 2016 – cı il qərarı ilə 2016-2017- ci dərs ilindən başlayaraq məktəbəqədər yaşlı uşaqlara tədris edilir.

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • Uşaqların oxumaq həvəsinin, onların məktəbə müsbət emosiyalı münasibətinin inkişaf etdirilməsi;
  • Uşaqların məktəbə adaptasiyasını təmin etmək ;
  • Uşaqların şəxsi – sosial xüsusiyyətlırinin formalaşdırılması;
  • Obrazlı təfəkkürün, təxəyyülün, məntiqi təfəkkürün inkişafı;
  • Yüksək əxlaqi dəyərlərin və vətəndaşlıq hislərinin inkişaf;
  • Uşaqların müəyyən edilmiş qaydalara riayət etmək bacarığının inkişafı;
  • Qruplarla işləmə bacarığının formalaşması;
  • Özünüqiymətləndirmənin formalaşması;
  • Ünsiyyət bacarığının formalaşdırılması;
  • Fiziki qabiliyyətlərin inkişaf etdirilməsi;
  • Valideynlər ilə davamlı əlaqədə olmaq;
  • Şagirdlərin yaradıcı potensialının, qabiliyyətlərinin və imkanlarının aşkara çıxarılmasına yardım;
  • Şagirdlərin şəxsi inkişafını dəstəkləmək, güclü və zəif tərəflərini, maraqlarını, meyllərini müəyyənləşdirmək;
  • Pedaqoji prinsiplərə riayət etmək.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dillər Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Bakı Dövlət Universiteti 
  • Bakı Qızlar Universiteti
  • Bakı Slavyan Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Naxçıvan Müəllimlər İnstitutu 
  • Lənkəran Dövlət Universiteti
  • Odlar Yurdu Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • Dövlət bağçaları;
  • Özəl müəssisələr:
  • Profi Group;
  • Balaca Alim Uşaq Bağçası;
  • Nağıllar Aləmi Uşaq Bağçası;
  • Elli’s Academy;
  • Melissa Group;
  • Kaspi Kids;
  • Creative Education and Training Academy və s.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • Yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komanda ilə işləmə bacarığı;
  • Sinif idarəedilməsi bacarığı;
  • Öyrətmək həvəsi;
  • Azyaşlı uşaqlarla çalışma bacarığı;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı;
  • Pedaqoji ve psixoloji biliklərin olması; 
  • Fikrini rahat ve qısa zamanda çatdırmaq üçün səlis və lakonik nitq qabilliyəti;
  • Səbrli və təmkinli xarakterə sahib olmaq;
  • İşə məsuliyyətli yanaşmağı bacarmaq ;
  • Şagirdlərin nə istədiyini anlamaq;
  • Bildiklərinin tətbiqini bacarmaq;
  • Öyrənməyi və öyrətməyi bacarmaq;
  • Daim yenilikçi olmaq;
  • Sosial yönümlü olmaq;
  • Empatiya bacarığı;

İxtisasın gələcəyi

  Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərini əhatə etdiyinə görə erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Buna görə də bu ixtisas istənilən dövr üçün aktualdır.

Əmək haqqı

  Bu sahə üzrə əmək haqqı 300 – 700 AZN aralığında dəyişir.

Son yazılar