İxtisasın  təsviri

   Mexanika  mühəndisliyi  ən qədim və  rəngarəng mühəndislik ixtisaslarından biridir. Mühəndisliyin bu qolu fizikanı, riyaziyyatı və materialşünaslıq prinsiplərini özünə daxil edir. Mexanika mühəndisliyinə kompozitlər, mexatronika və nanotexnologiya  kimi sahələrdə rast gəlinir. Mexanika mühəndisliyi, həmçinin metallurgiya mühəndisliyi, inşaat mühəndisliyi, aerokosmik mühəndisliyi, elektrik mühəndisliyi, kimya mühəndisliyi, sənaye mühəndisliyi və başqa mühəndislik fənləri ilə müəyyən miqdarda üst- üstə düşür. Mexanika sistemlərini dizayn və istehsal etmək üçün mexanika mühəndislərinin mexanika, dinamika, termodinamika, elektrik və struktur analizi üzrə dərin biliklərə ehtiyacı vardır.  Fizika və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir.

İxtisasın  tarixi

  Mexanika mühəndisliyi sahə kimi XVIII əsrdə Sənaye İnqilabı ərzində ortaya çıxdı. Xəzər universitetində 2014 – ci ildən tədris olunur.  

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Mexanika mühəndisləri miniatür bağlayıcılar kimi kiçik hissələrdən tutmuş böyük qazma maşınlarına kimi hər şeyi dizayn və istehsal edə bilirlər. 
  • ➝ Onlar başdan sona kimi estetika, funksionallıq və davamlılığa görə dizayn edirlər. 
  • ➝ Mexanika mühəndislərinin dizayn və təkmilləşdirə biləcəyi  məhsullar: ötürücülər, mühərrik hissələri, təyyarə mühərrikləri, idarə sistemləri, protez qurğuları, disk sürücüləri, yarımkeçirici alətləri, sensorlar, qaz turbinləri, külək turbinləri, yanacaq  kameraları, kompressorlar, robotlar, maşın alətləri və s.
  • ➝ Mexanika  mühəndisləri həm də biotexnologiyada, kompyuter və elektronikada, avtomatlaşdırmada, istehsal sənayesində böyük rol oynayır. Onlar dizayn edir, təkmilləşdirir, tikir və bütün növ mexanik qurğuları, alətləri, mühərrikləri və maşınları sınaqdan keçirir
  • ➝ Texnoloji avadanlıqların texniki vəziyyətini və qalıq ömrünü yoxlamaq, müntəzəm baxış və təmir işlərini təşkil edilməsi;
  • ➝ Avadanlıqların istismar təlimatlarını və test proqramlarını tərtib etmək;
  • ➝ Yeni məhsul nümunələrinin, məhsul hissələrinin  quraşdırılması, istismara verilməsi, sınaqdan keçirilməsi və istismara verilməsi işləri həyata keçirikməsi;
  • ➝ Texniki sənədləri tərtib etmək (iş cədvəli, təlimatlar, smeta, planlar)
  • ➝ Hazırlanmış layihələrin və texniki sənədlərin standartlara, texniki şərtlərə və digər normativ sənədlərə uyğunluğuna nəzarət etmək;
  • ➝ İstehsal bölmələrinin fəaliyyətini izləmək və qiymətləndirmək;
  • ➝ Maşınqayırma sahəsində yeni tədqiqatların və inkişafın nəticələrinin tətbiqi barədə elmi hesabatlar hazırlamaq;
  • ➝ Texniki vasitələrin, sistemlərin, proseslərin, avadanlıqların və materialların standartlaşdırılması və sertifikatlaşdırılması üzrə işlər aparmaq;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • ➝ Azərbaycan Dövlət Texniki Universiteti
  • ➝ Azərbaycan Memarlıq və inşaat Universiteti
  • Bakı Mühəndislik Universiteti 
  • ➝ Xəzər Universiteti 

Bu ixtisas üzrə harada çalışmaq olar

 Mexanika mühəndisləri əsasən :

  • ➝ Mühəndislik servislərində, araşdırma və təkmilləşdirmədə, istehsal sənayelərində və uyğun təyinatlı dövlət orqanlarında;
  • ➝ Ümumi təyinatlı maşın istehsalında, maşın hissələri istehsalında, başqa şirkətlərin idarə etməsində, sınaq laboratoriyalarda işləyir;
  • ➝ Mexanika mühəndisləri faktiki olaraq yenilik baş verən istənilən yerdə iş tapa bilərlər və müxtəlif sənayelərdə ( maşınqayırma, kimya, konstruksiya, müdafiə, elektronika, istehlak malları, dəniz, materiallar, metal və s.) işə götürənlər tərəfindən daima axtarılır;
  • ➝ Mexanika mühəndisləri həm də mühəndislik olmayan sahələrdə, mühəndislik sənayesinin daxilində  və xaricində  işləyə bilər. Məsələn: maliyyə, idarəetmə, hüquq, hərbi, hökumət, tibbi, tədqiqat, texniki satışlar, texniki məsləhət, texniki nəşr və ya elmi jurnalistika və təhsil;
  • ➝ Təkmilləşdirilmiş protez ayaqdan uşaq oyuncaqlarına kimi mexanika mühəndisliyi dərəcəsi sizə sənaye və lahiyələrin  bir hissəsi olmaq imkanı verir.

Bu ixtisas üzrə lazım olan bilik və  bacarıqlar (kompetensiyalar)

Mexanika sistemlərini dizayn və istehsal etmək üçün mexanika mühəndisləri:

  • ➝ Mexanika, dinamika, termodinamika, elektrik və struktur analizi üzrə dərin biliklərə yiyələnməli;
  • ➝ CAD ( computer – aided design), CAM ( computer – aided manufacturing) öz dizaynlarını istehsal və analiz etməli;
  • ➝ Mexanika mühəndislərinin mütləq bacarıqları:
  • ➝ Mexaniki cihazın problemləri necə həll edəcəyini görmək üçün problemlərin analizi;
  • Mexaniki cihazın dizayn yada yenidən dizayn edilməsi, qurğunu düzəltmək, tikmək üçün planın hazırlanması;
  • Qurğunun prototipinin təkmilləşdirilməsi və test edilməsi;
  • ➝ Test nəticələrinin analizi və istənilən dizayna dəyişdirilməsi;
  • ➝ İstehsal prosesinə nəzarət etmək;
  • Fiziki dözümlülük;
  • ➝ Təşkilatçılıq bacarıqları;
  • ➝ Konstruktiv və məntiqi düşüncə;
  • ➝ Texniki fərasət;
  • ➝ Mühəndislik bacarıqları;
  • ➝ Detallara diqqət yetirməyi bacarmaq;
  •  

İxtisasın gələcəyi

  Müasir  dünyada kompüterlər günlər, həftələr çəkən hesablamaları bir neçə saniyədə bitirə bilir və bu yöndə mühəndisləri asanlıqla əvəz edə bilir. Lakin mexanika mühəndisləri hələ də sənaye məhsulu avadanlıqları, material işləmə sistemlərini və elektrik generatorlarını tam zərif məhsul yaratmaq üçün istifadə edirlər və peşənin daha mürəkkəb və analitik hissələri ilə üz – üzə gəldikdə kalkulus (ali riyaziyyat) triqonometriyadan istifadə edilir. Gələcəkdə mexanika mühəndisliyinə həm mühəndislik, həm də mühəndislik xaricində olan peşələrdə daha çox rast gələcəyik.

Əmək haqqı

   Məvaciblərin məbləği müəssisədən və mühəndisin bilik və bacarıqlarından asılı olaraq dəyişir. Minimum əmək haqqı  500 – 600 AZN dən yuxarı məbləğdədir. Azərbaycanda bu sahə üzrə maaşlar  maksimum 1000 – 2800 AZN arasında dəyişir. Xarici şirkətlərdə isə bu rəqəm daha da böyük ola bilər.