İxtisasın təsviri

  Nəqliyyat mühəndisi insanlardan əlavə, yük və xidmətlərin başlanğıc nöqtəsindən bitiş nöqtəsinə çatdırılması üçün lazım olan bütün işləri həyata keçirən şəxsdir. Logistika sahəsi ilə birlikdə çalışan nəqliyyat mühəndisliyinin əsas vəzifəsi insanların və yüklərin bir yerdən başqa bir yerə ən uyğun maliyyə xərci  ilə, sürətli və təhlükəsiz şəraitdə çatdırılmasını təmin etməkdir. Layihələndirmə, dizayn, baxım və bərpa kimi müxtəlif kateqoriyalı işlərdən məsul ola bilərlər. 

İxtisasın tarixi

  Hələ qədim dövrlərdən insan sivilizasiyalarının yaranması mal mübadiləsinin, ticarətin, insanlar arasında əlaqənin yaranmasını zəruri edirdi və nəqliyyat da elə məhz bu zərurət səbəbilə yaranmışdır. İnsanlıq tarixi boyunca nəqliyyatın inkişafı hər dəfə yeni bir ixtiranın edilməsi ilə inkişaf etmiş, hər dəfə daha yaxşı nəqliyyat sistemlərinin və vasitələrinin yaranması özündən öncəkinin meydandan çıxmasına və nəqliyyat srukturunun dəyişməsinə gətirib çıxarmışdır. 

Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)

  • ➝ Nəqliyyat sistemlərinin tikintisi və yenidən qurulması üçün lazım olan layihələrinin hazırlanması;
  • ➝ Layihənin təhlükəsizlik standartlarına uyğun olmasına nəzarət etmək;
  • ➝ Yolların tikintisi üçün lazımi materiallar və texnologiyalar seçmək;
  • ➝ Obyektin texniki vəziyyətini yoxlanılması üçün vacib tədbirləri həyata keçirmək;
  • ➝ Obyektlərin montaj və yenidən qurulmasını həyata keçirmək;
  • ➝ Etibarlılıq, sürətlilik və ekonomiklik kimi amillərdən əlavə yaradılmış nəqliyyatın ətraf mühitə uyğun olmasını yoxlamaq.

Harada bu ixtisasa sahiblənmək olar?

“Nəqliyyat mühəndisliyi”ixtisası Nazirlər Kabinetinin   2019-cu il 15 sentyabr tarixli qərarına əsasən yeni yaradılan ixtisaslardan biridir. Bu səbəbdən  ixtisasın tədris olunacağı ali və peşə ixtisası müəssisələrinin siyahısı barədə məlumat hələlik açıqlanmayıb. 

Bu ixtisas üzrə harada çalışmaq olar? 

  • ➝ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • ➝ Azərbaycan Dövlət Dəmiryolları ASC.
  • ➝ Yerli icra hakimiyyəti orqanları 
  • ➝ Özəl tikinti şirkətləri və s. yerlərdə çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ İxtisas bilikləri;
  • ➝ Detallara qarşı diqqətli olmaq;
  • ➝ Rəsmxət bacarıqları;
  • ➝ GPS proqramları bilikləri;
  • ➝ AutoCad bilikləri;
  • ➝ Riyazi biliklər və s.

İxtisasın gələcəyi

  Nəqliyyat sahəsi günümzüdə ayrıca mühəndislik sənayesi halına gəlməkdədir.Bu səbəblə nəqliyyat sektorunda müşahidə olunan bu irəliləyişlər eyni zamanda əmək bazarında nəqliyyat mühəndislərinə olan tələbatı daha da artırmaqdadır və bu artımın önümüzdəki illərdə də davam etməsi gözlənilir.

Əmək haqqı

 İxtisas üzrə maaşlar mütəxəssislərin bilik-bacarıqlarından, təcrübəsindən və işlədiyi müəssisədən asılı olaraq 550-2500 AZN arasında dyişməkdədir.

Son yazılar