İxtisasın  təsviri

Bu ixtisas lazer texnikasını, optik materiallarını, optik elektron cihazlarını və sistemlər vasitələrinin layihələndirilməsi, istesalat texnologiyası, istehsalatı və onların sınaqdan keçirilməsi sahəsində mühəndis hazırlayır. Eyni zamanda ixtisas  lazer texnikasını və texnologiyasını, optik materialları, optik elektron cihazlarını və sistemlərini öyrənir. Optotexnika mühəndisliyi  Müdafiə Sənayəsi Nazirliyinə tabe olub, düşmən mövqələrini müşahidə etmək, dəqiq nişan almaq və düşmən mövqelərinin məhv edilməsi üçün lazer texnikalı silah vasitələrini öyrənir . Tədrisdə tələbələrin istehsalatla, zavodlarla  tanışlığına böyük diqqət yetirilir. Məqsəd tələbəni zavodla, mühəndisin istehsalatdakı rolu ilə  tanış etmək, seçdiyi ixtisasa maraq oyatmaqdır. Çünki bu maraq olmasa tədrisdə yüksək nəticələr əldə etmək mümkün deyildir.Fakültənin tələbələri müdafiə sənayesi zavodları ilə bərabər respublikanın bütün müasir  istehsal sahələri  ilə  texnoparklarla tanış edilir. Bu tədris yanaşması “Müdafiə Sənayesi Nazirliyi”  tərəfindən dəstəklənir və lazımi  köməkliklər göstərilir. Fakültənin tələbələri üçün  bütün zavodlarda  Müdafiə Sənayesi nazirinin göstərişi əsasında əyani vasitələrlə təchiz olunmuş auditoriyalar yaradılmışdır.İstehsalat rəhbərləri ilə  məsləhətləşmələr nəticəsinda əlaçı tələbələr  yay  tətillərində  günəmuzd dəzgahçı vəzifəsinə işə  qəbul olunurlar. Alınmış  aylıq əmək haqqı, özünü  zavod işçisi kimi hiss etmək tələbənin tədris prosesinə müsbət təsir  göstərir. Optotexnika ixtisası üzrə tələbələr “Optik şüşə və kristallık materialların emal üsulları” və “Optotexnikada texnoloji avadanlıqlar” fənnləri üzrə  dərsləri “Alov” zavodunda  yaradılmış xüsusi auditoriyada keçirlər.

İxtisasın  tarixi

  Bu ixtisasın yaranma tarixi təxminən 1700-1800 cü illəri əhatə edir. Azərbaycanda isə “Xüsusi texnika və texnologiya” fakültəsi 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılıb. İxtisasın yeni olmasına baxmayaraq,  bütün məzunları işlə təmin olunmuşdur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Silah sistemlərinin və hissələrinin istehsalının yerinə yetirilməsi;
  • ➝ Cihazın istehsalı ilə bağlı layihələndirmə işləri , ,sxemlərin hazırlanması;
  • ➝ Optik nişangahlar, binokullar və başqa tip optik cihazların istehsalını yerinə yetirilməsi;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Texniki Universitetində

Bu ixtisas üzrə harada çalışmaq olar ?

   Universiteti bitirdikdən sonar yüksək nəticələri olan tələbələr Müdafiə Sənayesi Nazirliyinə tabe ola uyğun istehsalat zavodlarında iş ilə təmin olunurlar. 

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ AutoCad, SolidWorks proqramlarını bilmək;
  • ➝ Optik materiallar və lazer texnologiyası haqqında ətraflı biliyə sahib olmaq;
  • ➝ Kimya və Fizika fənnlərini dərindən bilmək;
  • ➝ Diqqətli və səbrli olmaq;
  • ➝  Analitik düşünmə və təhlil etmə bacarığı.

İxtisasın gələcəyi

  İxtisasin gələcəyi  perspektivlidir. Müharibə şəraitində olan bir ölkədə yaşadığımı üçün müdafiə sənayesinin inkişafı xüsusi diqqət mərkəzindədir .Yaxşı təhsil almış savadlı kadrlara bu baxımdan  geniş tələb vardır. Bu sahə üzrə ölkəmizdə kifayət qədər vakansiyalar mövcuddur.    

Əmək haqqı 

  Mühəndislik sahəsi olduğu üçün  bu sahə üzrə əmək haqqı dərəcələrə görə fərqlənir. Dərəcələr artdıqca əmək haqqı artır. Minimum əmək haqqı  350 AZN -dən başlayır.      

Son yazılar