İxtisasın  təsviri

 Qida mühəndisliyi yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə əlaqədar sahədir. ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular. Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir. Bundan əlavə mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlıqların və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir. Texnoloji proseslərə nəzarət edir, emalatxananın işini yaxşılaşdırmağa kömək edən yeni həllər və avadanlıqlar axtarır. Bu sahə fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uygundur.

İxtisasın  tarixi

  İlk dəfə ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular.Ölkəmizdə 1941 – ci ildən etibarən tədrisinə başlanılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Saxtakarlığa yol verməyərək insan sağlamlığına zərərli olmayan qida məhsullarının hazırlanması;
  • ➝ Qidanın tarladan süfrəyə qədər istehsalının bütün addımlarının öyrənilməsi;
  • ➝ Qidanın keyfiyyətinin ölçülməsi;
  • ➝ Qidanın rəf ömrünün uzadılması;
  • ➝ Qidanın zərərli mikrobial inkişafının qarşısının alınması;
  • ➝ Qidanın fermentlərini və teksturasına təsir edən amillərə nəzarət edilməsi;
  • ➝ Qidada deaktiv ediləcək mikroorqanizmaya qərar verilməsi;
  • ➝ Qidanın saxlanma mühitinin seçilməsi;
  • ➝ Texnoloji sənədləri və yeni məhsulların istehsalı üçün resept hazırlayır; onun maya dəyərini, vaxt xərclərini, xammalın istehlak nisbətlərini hesablayır;
  • ➝ Müəssisədə sanitar norma və qaydalara riayət edilməsinə nəzarət;
  • ➝ Qida istehsalında istifadə olunan avadanlıq və sistemlərin dizaynı, texniki xidməti, modernləşdirilməsi;
  • ➝ İş prosesinin optimallaşdırmağa kömək edəcək yeni texnologiyaların tətbiqi;
  • ➝ Yaranan problemləri təhlil edir, onların həlli üçün təkliflər vermək;
  • ➝ Tədqiqat, böyük dünya şirkətlərinin təcrübəsinin öyrənilməsi;
  • ➝ Avadanlıqların istismarının təhlili, istehsal qüsurlarını azaltmaq üçün həll yollarının axtarışı;
  • ➝ Sahələrdə və şirkətin filiallarında işçilərin təlimi;
  • ➝ Texniki sənədlərin hazırlanması: broşuralar, təlimatlar, qeydlər, marşrut xəritələri və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
  • ➝ Azərbaycan Koorperasiya Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti
  • ➝ Azərbaycan Turizm və Menecment Universiteti
  • ➝ Azərbaycan Texnologiya Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Qida Təhlükəsizliyi İnstitutu
  • ➝ Qida standartları qurumları
  • ➝ Otellər
  • ➝ Restoranlar
  • ➝ “EKO Aqroistehsalat Şirkəti” MMC
  • ➝ ATEF Şirkətlər Qrupu  MMC
  • ➝ Atropatena QSC
  • ➝ ATENA MMC
  • ➝ Hakanfoods Azerbaijan Trading
  • ➝ Azersun Holding
  • ➝ AzGranata

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar(kompetensiyalar)

 Bu ixtisas üzrə xüsusi bacarıq tələb edilmir. Təməl kompetensiya isə bunlardır :

  • ➝ Diqqətcillik;
  • ➝ Məsuliyyətlilik;
  • ➝ Ünsiyyət bacarığı;
  • ➝ Analitik düşüncə;
  • ➝ Tələbkarlıq;
  • ➝ Təşəbbüskar;
  • ➝ Təlimatları dəqiq yerinə yetirmək bacarığını;
  • ➝ Şirkətlə işləyən mövcud təchizatçılarla  əlaqənin saxlanılması;
  • ➝ Kollektivlə və komandada işləməyi bacarmalıdır;
  • ➝ Fiziki dözümlülük;
  • ➝ Yaxşı müşahidə qabiliyyəti;
  • ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • ➝ Mühəndislik bacarıqları.

İxtisasın gələcəyi

  İnsanın bədən qoxusundan psixologiyasına qədər hər şeyi yüksək nisbətdə qidayla əlaqəlidir. Artan xəstəliklər, insan sayı, sürətli gündəlik həyat, şəhər həyatına keçid sağlam,eyni zamanda rəf ömrü uzun olan qidaya ehtiyac yaradır. Bunu təmin etmək isə Qida Mühəndislərinin işidir.

Əmək haqqı

Bu ixtisas üzrə orta aylıq əmək haqqı 400 – 2000 AZN aralığında dəyişir.

Son yazılar