İxtisasın təsviri

   Böyük Britaniya üzrə Regionşünaslıq ixtisasında tələbələr İngilis dilinin öyrənilməsi ilə yanaşı, Böyük Britaniyanın ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində İngilis dili ilə bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq Təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir.

İxtisasın  tarixi

    İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı. 

  Ölkəmizdə Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Şifahi və yazılı tərcüməçilik;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Region üzrə tədqiqat işlərinin aparılması;
  • ➝ Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  •  ➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

Harada bu ixtisasa sahiblənmək olar?

  •   ➝ Azərbaycan Dillər Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  • ➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  • ➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
  • ➝ “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;
  • ➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  • ➝ Özəl şirkətlərdə;
  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar)

  • ➝  Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  • ➝  İngilis dilini mükəmməl şəkildə bilmək;
  • ➝  Kommunikasiya bacarıqlarının yüksək olması;
  • ➝   Tolerantlıq;
  • ➝  Tədqiqat bacarıqları;
  • ➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝  İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

İxtisasın gələcəyi

   Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır.

   Böyük Britaniya Sovet İttifaqının süqutunun ardınca öz müstəqilliyini elan etmiş Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Bu ölkə Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımışdır. Həmin vaxtdan başlayaraq ölkələrimiz arasındakı əməkdaşlıq durmadan genişlənməkdədir.  Bütün bunları nəzərə alaraq, ixtisasın gələcəyini perspektivli hesab etmək olar.

Əmək haqqı  

    Bu ixtisas üzrə məvaciblər fəaliyyət sahələrinə, peşə sahibinin bilik və bacarıqlarına görə fərqlənir. İxtisas üzrə minimal orta aylıq əmək haqqı isə 350-700 AZN aralığında dəyişir.

 

Son yazılar