İxtisasın qısa təsviri

    Pakistan üzrə Regionşünaslıq ixtisasında tələbələr urdu dilinin öyrənilməsi ilə yanaşı, Pakistanın ictimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində Pakistanla  bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənnlərinə gəldikdə, buraya Pakistanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Pakistanda gender problemləri, mediası daxildir. Pakistanın etnoqrafiyası fənnində Pakistan xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə İranda mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.

 

Peşənin tarixi

           İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı. 

    Bakı Dövlət Universitetində ixtisasın yer aldığı  fakültə “Şərqşünaslıq” bölməsi olaraq 1919-ci ildən  yaradılmışdır. Fakültənin nəzdində “urdu” bölməsi isə 2001-ci  ildə açılmışdır.

 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

 

  Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;

  Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;

  Şifahi və yazılı tərcüməçilik;

➝  Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;

  Region üzrə tədqiqat işlərinin aparılması;

  Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;

➝  Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

 

Harada bu ixtisasa sahiblənmək olar?

➝ Bakı Dövlət Univerisiteti

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

 

  Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);

  Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;

  Diasporla İş üzrə Dövlət Komitəsində;

  “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;

➝  Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;

  Özəl şirkətlərdə;

    Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

 

  Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;

Urdu,ingilis dilini  mükəmməl şəkildə bilmək;

  Kommunikasiya bacarıqlarının yüksək olması;

➝   Tolerantlıq;

 Tədqiqat bacarıqları;

Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;

➝  İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

Bu sahənin gələcəyi 

  Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur və hər iki ölkə bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsində maraqlıdır. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olmuşdur. Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. Bütün bunları nəzərə alaraq  peşə sahibləri ixtisas üzrə dil bilikləri və digər tələblərə cavab verərək uğurlu karyera qura bilərlər.

 

Əmək haqqı 

   Bu ixtisas üzrə məvaciblər ixtisas sahibinin bilik və bacarıqlarından  və harada çalışmağından asılı olaraq fərqlənir. Orta aylıq minimum əmək haqqı isə 300-500 AZN aralığındadır.

 

Son yazılar