İxtisasın təsviri 

   Polşa üzrə Regionşünaslıq ixtisasında tələbələr polyak  dilinin öyrənilməsi ilə yanaşı, ctimai-siyasi və sosial həyatı ilə də yaxından tanış olurlar. İxtisasın tədris olunduğu dörd il ərzində Polşa ilə bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq Təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də keçirilir. İxtisas fənnlərinə gəldikdə, buraya Polşanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, Polşada gender problemləri, mediası daxildir. Polşanın etnoqrafiyası fənnində polyak xalqının formalaşmasından, siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə Polşada mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.

İxtisasın  tarixi

 Bakı Slavyan Universitetində regionşünaslıq ixtisası 1999-cu ildən açılmışdır.2000-ci ildən Polşaşünaslıq ixtisası tədris olunmağa başlayıb.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  • ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  • ➝ Şifahi və yazılı tərcüməçilik;
  • ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  • ➝ Region üzrə tədqiqat işlərinin aparılması;
  • ➝ Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  • ➝ Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Bakı Slavyan Universiteti.

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  • ➝ Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;
  • ➝ Diasporla İş üzrə Dövlət Komitəsində;
  • ➝ “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;
  • ➝ Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  • ➝ Özəl şirkətlərdə;
  • ➝ Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

  • ➝ Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  • ➝ Polyak dilini mükəmməl şəkildə bilmək;
  • ➝ Kommunikasiya bacarıqlarının yüksək olması;
  • ➝ Tolerantlıq;
  • ➝ Tədqiqat bacarıqları;
  • ➝ Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • ➝ İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq.

İxtisasın gələcəyi

   Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan ölkəmiz Polşa  ilə də bütün istiqamətlərdə əlaqələr qurur və bu əlaqələri genişləndirməkdə maraqlıdır. Bütün bunları nəzərə alaraq ixtisasın gələcəyini perspektivli hesab etmək olar. Qeyd edək ki, ixtisas sahiblərinin polyak dilini peşəkar səviyyədə bilmələri, ümumi peşəkarlıq səviyyələri ixtisas üzrə uğurlu karyeranın qurulmasında  həlledici rola malikdir.

Əmək haqqı 

   Əmək haqqı peşə sahibinin harada və hansı vəzifədə çalışmağından asılı olaraq dəyişir. Orta aylıq minimal əmək haqqı isə 350-700 AZN civarındadır.

Son yazılar