İxtisasın qısa təsviri

  Ərəbşünaslıq ixtisasında başlıca olaraq ərəb-dili tədris olunur.Bu dil 4 il keçirilir. Bundan başqa ixtisas fənnləri olaraq ixtisas ölkəsinin (Ərəb ölkələrinin) mədəniyyəti və incəsənəti, ədəbiyyatı, etnoqrafiyası, coğrafiyası , siyasəti,ekoturizmi, iqtisadiyyatı, tarixi, xarici siyasəti, ixtisas ölkəsinin siyasi sistemi,ixtisas ölkəsinin xalqlarının etnopsixologiyası,dini,ixtisas ölkəsinin sosial təhlükəsizliyi, ixtisas ölkəsində media dərsləri keçirilir. İxtisas dilçilik, coğrafiya və tarix gmelmlərinə marağı olan şəxslər üçün uyğun ixtisasdır.

Peşənin tarixi

   Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır. Bakı Dövlət Universitetində ixtisasın tədris olunduğu “Şərqşünaslıq” fakültəsinin əsası isə 1919-cu ildə universiteti təsis edilən zaman tarix-filologiya fakültəsinin nəzdində Şərq şöbəsi olaraq qoyulmuşdur. 1922-ci ildə təşkil edilmiş Şərqşünaslıq fakültəsində türk və fars şöbələri yaradılmışdır

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;
  •  Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
  •   Şifahi və yazılı tərcüməçilik;
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
  •  Region üzrə tədqiqat işlərinin aparılması;
  •   Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;
  • ➝  Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Bakı Dövlət Universitet

Bu ixtisas üzrə harada çalışmaq olar ?

İxtisasa yiyələnmiş şəxslər:

  •  Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);
  •   Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq  qurumların beynəlxalq əlaqələr şöbəsində;
  •  Diasporla İş üzrə Dövlət Komitəsində;
  •  “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;
  •  ➝  Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;
  •  Özəl şirkətlərdə;
  • Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  •  Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;
  •  ➝ Ərəb dilini mükəmməl şəkildə bilmək;
  •  Kommunikasiya bacarıqlarının yüksək olması;
  • Tolerantlıq;
  • Tədqiqat bacarıqları;
  • Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
  • İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq;

Bu sahənin gələcəyi

  Belə ki, əvvəlki  illərə nəzərən  2015-ci ildən sonra bu ixtisasa tələblər  müsbət mənada dəyişmişdir. Əvvəllər ixtisas üzrə ancaq tərcüməçilik, elmi-tədqiqat işi ilə məşğul olmaq olardırsa , indi turizm sahəsində də bu ixtisasa xüsusi tələb vardır. Hal-hazırda bu ixtisas üzrə əsas ərəb dili biliyinə görə  tərcüməçilik, turizm bələdçisi  kimi geniş iş imkanları mövcuddur.

Əmək haqqı

  Bu ixtisas üzrə  əmək haqqı  fəaliyyət sahəsinə görə dəyişir. Minimum əmək haqqı məbləği 350-700 AZN aralığındadır.

 

Son yazılar