İxtisasın qısa təsviri

  İxtisasın tədris olunduğu dörd il ərzində Avropa ölkələri ilə bağlı fənnlərdən başqa, xarici-dil, Azərbaycan mədəniyyəti, Beynəlxalq təşkilatlar, Dünya siyasəti, Beynəlxalq münasibətlər nəzəriyyəsi kimi ümumi fənnlər də tədris edilir. İxtisas fənnlərinə gəldikdə, buraya Avropa ölkələrinin etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti, mediası daxildir. Avropa ölkələrinin etnoqrafiyası fənnində  siyasi sistemdə ölkədə mövcud olan siyasi rejim və quruluşdan, sosial təhlükəsizlikdə Avropada mövcud olan təqaüd, səhiyyə, sığorta sistemlərindən, din fənnində isə ölkədə ibadət edilən dinlərdən və həmin dinlərə qarşı dövlət tərəfindən aparılan siyasətdən bəhs olunur.

Peşənin tarixi

  İkinci Dünya Müharibəsindən sonra “Regionşünaslıq” bir sahə olaraq ABŞ -da geniş yayılmağa başlamışdır. İkinci Dünya Müharibəsindən əvvəl ABŞ-da  digər ölkələri öyrənən, araşdıran regionşünaslıq fakültələri çox az sayda idi, lakin müharibədən sonra ABŞ, Sovet İttifaqı və Çinə qarşı Soyuq müharibədə məğlub olmamaq üçün bu sahəyə xüsusi diqqət ayırmağa başladı.

 Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır. 2001-ci ildən Fransaşünaslıq, Avropaşünaslıq ixtisasları tədris olunur.

 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

 

 Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası, beynəlxalq nümayəndə heyətlərinin müşayiəti;

 Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;

  Şifahi və yazılı tərcüməçilik;

➝  Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;

 Region üzrə tədqiqat işlərinin aparılması;

  Dövlət Turizm agentliyində ölkəmizin  tanıdılması üçün   ixtisasın əhatə etdiyi region üzrə əsas hədəf bazarlarda daimi turizm nümayəndəliklərinin yaradılması üçün tədqiqatların aparılması, təkliflərin verilməsi, özəl turizm agentliklərində turizm sahəsi ilə bağlı  müvafiq işlərin görülməsi;

➝  Universitetlərdə, kurslarda ixtisasın əhatə etdiyi  sahələrin tədrisi.

 

Harada bu ixtisasa sahiblənmək olar?

 

➝ “Azərbaycan” Universiteti

➝ “Bakı Avrasiya” Universiteti

➝ “Xəzər” Universiteti(Avropaşünaslıq)

 

Bu ixtisas üzrə harada çalışmaq olar?

 

 Universitetlərdə (ixtisası üzrə magistr təhsili aldıqdan sonra müəllim kimi);

  Dövlət qurumlarında dövlət  qulluqçusu olaraq qurumların beynəlxalq əlaqələr şöbəsində;

 Diasporla İş üzrə Dövlət Komitəsində;

 “ASAN Viza” xidməti üzrə mütəxəsis kimi;

➝  Azərbaycan Dövlət Turizm Agentliyində, özəl turizm agentliklərində;

 Özəl şirkətlərdə.

   Diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatların nümayəndəliklərində.

 

Bu ixtisas üzrə lazım olan bacarıqlar (kompetensiyalar) 

➝   İngilis, Fransız və ya Alman dilini mükəmməl şəkildə bilmək;

 Yüksək coğrafi , tarixi, dil bilikləri, bu bilikləri mənimsəmə bacarığı;

 Kommunikasiya bacarıqlarının yüksək olması;

➝   Tolerantlıq;

 Tədqiqat bacarıqları;

Məlumatı sürətli qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;

➝  İxtisasın əhatə etdiyi region üzrə baş verən müxtəlif xarakterli : iqtisadi, siyasi, ekoloji və. s proseslər barədə məlumatlılıq;

Bu sahənin gələcəyi 

   Avropa ölkələri üzrə regionşünaslıq ixtisası çoxşaxəli sahə olduğundan, peşə sahibi ixtisas üzrə lazimi tələblərə cavab verdiyi halda geniş və yaxşı  iş imkanları əldə edə bilər.

 

Əmək haqqı

    Bu ixtisas üzrə məvaciblər peşə sahibinin bilik və bacarıqlarından, çalışdığı müəssisə və sahədən asılı olaraq dəyişir. Minimum orta aylıq əmək haqqı isə 350-700 AZN aralığında dəyişir.

 

Son yazılar