Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Azərbaycan vətəndaşları üçün 2021-2022-ci tədris ili üzrə elan edilən təqaüd proqramına qeydiyyat davam edir.

Təqaüd proqramına müraciət üçün son tarix 5 aprel 2021-ci il nəzərdə tutulub.

Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

Qeydiyyat haqqında ətraflı məlumatı (https://bit.ly/389H1wM) vasitəsilə əldə edə bilərsiniz.

Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Şərh bildir