Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 5–9 aprel 2021-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.

Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı buradan əldə etməyiniz mümkündür.

Mənbə: Azərbaycan Respublikası Təhsil Nazirliyi

Şərh bildir