İxtisasın  təsviri 

    Sənətşünaslıq — incəsənəti və bədii mədəniyyəti, bədii əsərlərin forma və məzmununu tam şəkildə öyrənən elmlər toplusudur. Sənətşünaslıq həmçinin incəsənət nəzəriyyəsini və bədii tənqidi də öyrənir. Digər tərəfdən  sənətşünaslıq incəsənətin təbliği ilə məşğuldur (tənqidi məqalələr, kitablar, mühazirələr və ekskursiyalar). Bütün bunlar ictimaiyyətə təsir edib zövqünü formalaşdırır .
    Sənətşünas isə sənət əsərlərinin tarixi və nəzəriyyəsi sahəsində ixtisaslaşmış alimdir. Sənətşünaslıq ədəbiyyatşünaslıq, musiqişünaslıq, teatrşünaslıq, filmşünaslıq, habelə dar cərçivədə sənətşünaslığı əhatə edir. Ən dar və geniş yayılmış mənada sənətşünaslıq bədii sənət elmidir: memarlıq, rəssamlıq, heykəltəraşlıq, qrafika, dekorativ və tətbiqi sənət.
Bu sahə tarix, rəsm, musiqi, dünya incəsənət mədəniyyəti, xarici dillər, ədəbiyyat və din ilə maraqlananlar üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Rəsm sərgilərini planlaşdırıb, konsepsiya hazırlamaq;
  • ➝ Muzeylərdə maarifləndirmə işlərini inkişaf etdirib məktəblilər və ya böyüklər üçün tarixi, mədəni mövzularda tədris tədbirləri keçirmək;
  • ➝ Bərpa və konservasiya prosesində sənət əsərlərini, muzey obyektlərini, memarlıq qorunması və ya bərpası üçün lazım olan tədbirlər görmək;
  • ➝ Abidələrin, əsərlərin qədimliyi təyin etmək;
  • ➝ Qalereyalar və ya hərrac evlərində sənət əsərlərini müəyyənləşdirmək; kataloqlaşdırıb və satışa qoymaq;
  • ➝ Araşdırmaların nəticələri barədə ictimaiyyəti məlumatlandırma, bunun üçün jurnallar, kolleksiyalar üçün müxtəlif materiallar yazma, tələbələrə mühazirələr vermə, müxtəlif konfranslarda çıxış etmək;
  • ➝ İncəsənətin nəzəri problemlərinin öyrənilməsi;
  • ➝ İncəsənətin cəmiyyətlə əlaqəsinin öyrənilməsi;
  • ➝ Fərdi ustaların, müxtəlif məktəblərin və cərəyanların əsərlərinin sistemləşdirilməsi;
  • ➝ İncəsənət muzeyləri və qalereyaları tərəfindən nəşr olunan elmi və elmi-populyar kitabçaların, məcmuələrin, bələdçilərin nəşrində iştirak etmək;
  • ➝ Bədii təndiq: aktual problemin hərtərəfli öyrənilməsi və elmi təhlili, obyektiv qiymətləndirmə, mühakimə, məqalələrin tərtib edilməsi, icmallar;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • ➝ Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Muzeylərdə
  • ➝ Qalereyalarda
  • ➝ Auksion
  • ➝ Tarixi qoruqlarda
  • ➝ Bərpa mərkəzlərində
  • ➝ Nəşriyyat evlərində
  • ➝ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
  • ➝ Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (elmi işçi kimi)
  • ➝Jurnal və qəzetlərdə.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

➝ Dünyagörüşü;
➝ Güclü yaddaş;
➝ Analitik düşüncə qabiliyyəti və düşüncələrini ifadə etmə bacarığı;
➝ Tədqiq olunan dövrün əsərlərinin tarixini, əhəmiyyətini, ictimai-siyasi, tarixi hadisələrlə əlaqəsini bilmək;
➝ Müəyyən bir müəllifə aid sənət əsərin orijinallığını, yaşını, dövrünü keyfiyyətcə qiymətləndirmə bacarığı;
➝ Təşkilatçılıq bacarığı;
➝ Tənqidi düşünmə bacarığı;
➝ İncə duyum;
➝ Yüksək ünsiyyət bacarıqları;
➝ Dini və mədəni baxımdan tolerant olmaq;
➝ Dəqiqlik və məsuliyyət;
➝ Təşəbbüskarlıq;
➝ Estetik zövq və yaradıcı düşüncə;

Əmək haqqı

  • ➝ Dövlət müəssisələrində: 250-450 AZN
  • ➝ Özəl müəssisələrdə: 500-1000 AZN ( ingilis dilin və yaxud da rus dilin mütləq bilməlidir )
Son yazılar