İxtisasın  təsviri

 Sistem mühəndisliyi qarşılıqlı əlaqəli hissələri tama çevirən və bütün aspektlərdə dəyişikliklər nəzərə alınmaqla sistemin tərkibini təşkil edən bölmələrin ümumi problemlərini öyrənən elmi istiqamətdir. 

  Bu ixtisas müasir kompüter-informasiya sistemlərinin layihələndirmə, proqramlaşdırma, testləşdirmə və istismarı, o cümlədən yüksək texnologiyalı istehsalda informasiya texnologiyaları, internet texnologiyaları və proqram təminatının yaradılması texnologiyaları, robot texnikası və komplekslərinin arxitekturası, istehsalın avtomatlaşdırılmış idarəetmə sistemləri və robot texnikasının proqramlaşdırılması ilə əlaqədar məsələləri əhatə edir.

İxtisasın  tarixi

 Sistem mühəndisliyi termininin tarixi 1940-ci illərə, Bell Telefon Laboratoriyalarının fəaliyyətinə dayanır. Mühəndis layihələrində hissələrin, xassalərinin cəminin, bütöv sistemin xassələrinin bəzən xeyli fərqlənə bilməsi ABŞ hərbi sənayesi kimi müxtəlif sənayeləri sistem mühəndisliyi adlanan yeni bir sahənin yaratmağa vadar etdi.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Müştərinin istəyinə uyğun sistemlər yaratmaq;
  • ➝ Yaratdığı sistemin nə qədər maliyyə və zaman tələb edəcəyi barəsində analizlər aparmaq;
  • ➝ Yaratdığı sistemlə şirkətin istifadə etdiyi digər sistemlərin bir-biriylə uyğun işləyib-işləyə bilməyəcəyini test etmək;
  • ➝ Xəbərləşmə, qərarvermə, əlaqələndirmə, istehsal və idarəetmə kimi sistemlərin alt-sistemlər ilə uyğunluğunu test etmək;
  • ➝ Yeni sistemlər yaratmaq və mövcud sistemlərdə yeniləmələr aparmaq üçün texnoloji yenilikləri yaxından izləmək və s.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • ➝ Azərbaycan Dövlət Texniki Universiteti 
  • ➝ Azərbaycan Dövlət Texniki Universiteti 
  • ➝ Bakı Mühəndislik Universiteti
  • ➝ Milli Aviasiya Akademiyası 

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 
  • ➝ Mobil operator şirkətlərində 
  • ➝ Yerli və beynəlxalq şirkətlərdə 
  • ➝ İxtisasın tədris edildiyi ali təhsil müəssisələrində və s. işləyə bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ İntizamlı işləmək bacarıqları;
  • ➝ Komanda ilə işləyə bilmək;
  • ➝ Riyazi biliklər;
  • ➝ Analitik və yaradıcı düşünmə; 
  • ➝ Xarici dil bilikləri;
  • ➝ Javascript, Python, C+ kimi proqramlaşdırma dilləri üzrə biliklər;
  • ➝ Linux, Unix və ya Windos  proqram sistemləri üzrə biliklər.

İxtisasın gələcəyi

  Sistemlər mühəndisliyi texnologiyanın inkişafı ilə birlikdə yaranmış ixtisaslardan biri olaraq gələcək illərdə daha da inkişaf edəcəyini və ixtisas sahiblərinə olan tələbin daha da artacağını deyə bilərik.

Əmək haqqı 

   İxtisas üzrə əmək haqları ixtisas sahiblərinin bilik və bacarıqların, işlədikləri şirkət və vəzifələrdən asılı olaraq 550-3000 AZN aralığında dəyişməkdədir.

 

Son yazılar