İxtisasın təsviri 

  Statistika cəmiyyətdə baş verən bütün prossesləri iqtisadiyyatda, mədəniyyətdə, əhalinin həyat səviyyəsində, ictimai həyatın formalaşmasında bütün dəyişiklikləri xarakterizə edir. Statistikanın əsas obyekti cəmiyyət və onun daxilində gedən proseslər və inkişaf nümunələridir. Statistika müasir iqtisadiyyatda, maliyyədə, menecmentdə peşəkar səviyyədə formalaşmasında baza kimi çıxış edir. Müasir dövrdə statistik təhlil olmadan gələcəyə proqnoz vermək olmaz. Həmçinin,əhalinin yaşam səviyyəsindən də məlumat olmaz. Statistika bu səbəbdən hər bir dövr üçün səciyyəvi olur və nəticələri dövr üçün bizə bələd edir. Buna görədə statistika bir ixtisas kimi lazımı və zəruridir. Statistiklər sığorta, demoqrafiya, sosial iş, keyfiyyət menecmenti, tibbi və əczaçılıq araşdırmaları, bazar və ictimai fikir araşdırmaları və elmi  araşdırmalar kimi sahələrdən empirik məlumatlar toplayır. Yaranan məlumatları qiymətləndirmək üçün məlumat analizi modelləri və metodlarından istifadə edirlər. Bu sahə coğrafiya və riyaziyyatla maraqlananlar üçün uyğun peşədir

İxtisasın  tarixi

  “Statistika” sözü latın dilinnən status – iş vəziyyəti deməkdir.  “Statistika” termini alman alimi Gottfried Aachenwal tərəfindən 1746 – cı ildə Alman universitetlərində tədris olunan “Dövlətşünaslıq” kursunun adının “Statistika” ilə əvəz edilməsini təklif etməsi ilə istifadə edilir  və  bununla da o, statistikanın bir elm və akademik nizam kimi inkişafına zəmin yaradır. Buna baxmayaraq, statistika çox əvvəllər aparılırdı: Qədim Çində siyahıyaalmalar aparılır, dövlətlərin hərbi potensialı müqayisə edilirdi. Qədim Romada vətəndaşların əmlakı qeyd edildi və s. 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Göstəricilərlə işləməli;
  • ➝ Gələcək dövrü təhlil edib, proqnoz verməli;
  • ➝ Müvafiq sahənin bazar araşdırmasını aparmalı; 
  • ➝ Müvafiq sahənin statistik hesabatına təsir edən mənfi amilləri müəyyən edib, ona uyğun təkliflər hazırlamalı;
  • ➝ Əldə olunan məlumatların düzgünlüyünün, ayrı-ayrı vahidlərin əvvəlki dövrlər üçün məlumatlarla müqayisə olunmasının yoxlanılmasını həyata keçirir;
  • ➝ Rəqəmsal məlumatları təşkil etmək və emal etmək (onları qruplaşdırır, cəmi hesablayır və nisbi göstəriciləri hesablayır);
  • ➝ Müəssisənin istehsal və təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində iştirak etmək;
  • ➝ Statistik məlumatlara əsasən müxtəlif arayışlar hazırlamaq;
  • ➝ İşdə müasir texniki vasitələrdən istifadə etmək üçün lazımi tədbirlər görmək;
  • ➝ Statistik göstəricilərdən istifadə edərək kütləvi sosial hadisələr və onların dinamikasını araşdırmaq;
  • ➝ Sosial fenomenlərin kəmiyyət tərəfi, keyfiyyət baxımından ayrılmaz dərəcədə əlaqəli, kəmiyyət dəyişikliklərinin keyfiyyətə (qanunauyğunluqlara) keçməsi prosesini təhlil etmək;
  • ➝ Kəmiyyət və keyfiyyət göstəricilərinin öyrənilməsi(Cəmiyyət hadisələrinin rəqəmsal işıqlandırılması).

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət İqtisad Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?  

  • ➝ Dövlət Statistika Komitəsində;
  • ➝ Statistika şöbələrində ;
  • ➝ Statistika idarələrində (hansı ki Azərbaycanın əksər regionlarında şöbələri var);
  • ➝ Maliyyə nazirliyində çalışmaq mümkündür.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • ➝ Statistik təhlil verməyi bacarmalı;
  • ➝ İqtisadiyyatı dövr üçün yaxşı bilməli;
  • ➝ Riyaziyyatı bilməli (müəyyən riyazi analizlər lazımlı olur);
  • ➝ Analitik düşüncəyə sahib olmalı;
  • ➝ İxtisas, statistik bilikləri  güclü olmalı;
  • ➝ Dəqiq olmalı;
  • ➝ Qanunvericilik və normativ – hüquqi aktları bilməli;
  • ➝ Məlumatları sistemləşdirmək bacarığı;
  • ➝ Məsuliyyətli olmaq;
  • ➝ Stressə davamlı;
  • ➝ Komandada işləmək istəyi;
  • ➝ Güclü yaddaş;
  • ➝ Dil bilikləri;
  • ➝ Araşdırma qabiliyyəti;

İxtisasın gələcəyi

  Bu sahə bizi gələcəyə doğru aparır. Çünki bugünkü vəziyyət bizə dövrün necə olduğunu göstərir. Bugünün aktual məsələlərini (siyasi,iqtisadi) təhlil etməsək, biz gələcəyə irəliləyə bilmərik. Həmçinin günümüzdə “Data Analitika” sahəsinin inkişafı, bu sahə üzrə ixtisaslı kadrlara qlobal olaraq tələbatın çoxalması, statistika elminin aktuallığını bir daha vurğulayır. Çünki böyük həcmli dataların analizini statistika elmi üzrə biliklər olmadan həyata keçirmək qeyri-mümkündür. Bütün bunları nəzərə alaraq sahəni  yüksək perspektivli sahələrdən biri hesab etmək olar.

Əmək haqqı

  Xarici ölkələrdə statistiklərə böyük önəm verilir. Hər bir təşkilatın statistik təhlil şöbəsi var bunün üçün də statistiklərə ehtiyac var.

   Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində  500 AZN – ə qədər əmək haqqı verilir. Statistika komitəsində əlavə işlər götürərək, proqramlarla işləyərək 1000 AZN – ə qədər əmək haqqı qazanmaq mümkündür. 

Son yazılar