Ekologiya mühəndisliyi, ixtisas.az,ekologiya,ekoloq

 Ekologiya mühəndisliyi: təbiətin bələdçisi

    İlk öncə ekologiya sözü və elmi haqqında məlumat qeyd etmək istəyirəm.

    Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E.Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir.

    Ekologiya termini yunan sözü olub 2 sözün birləşməsindən əmələ gəlmişdir: “oikos” – ev, yaşayış yeri, və “logos” -elm, yəni “ev, yaşayış yeri haqqında elm” deməkdir. Bu  terminini elmə alman bioloqu Ernst Hekkel 1866-cı ildə orqanizmlərin ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən, biologiyanın çox vacib və sərbəst sahəsi kimi daxil etmişdir. E. Hekkel “Orqanizmlərin ümumi morfologiyası” kitabının 2-ci cildində Ekologiyanın elm olduğunu aşağıdakı kimi xarakterizə etmiədir:  Ekologiya dedikdə orqanizmlərin ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən ümumi elm başa düşürük, buraya həm də geniş mənada bütün “mövcudluq şəraiti”ni də aid edirik. Onların bir hissəsi üzvi, digər hissəsi də qeyri-üzvi təbiətli olur, amma onların hamısı orqanizmlərin formalaşmasında çox böyük əhəmiyyət kəsb edir”.

    Ekologiya – canlı orqanizmlərin ətraf təbii mühitlə, antroposenozlarla və bir-biri ilə qarşılıqlı əlaqəsini öyrənən elm sahəsidir.

    Ekologiya mühəndisliyi – tətbiqi fənn olub, sənaye istehsallarının inkişaf etdiyi bir şəraitdə ətraf mühit keyfiyyətinin saxlanılmasına yönəldilən, elmi əsaslandırılmış mühəndis-texniki tədbirlər sistemidir. Ekologiya mühəndisliyi texniki, təbii və sosial elmlərin qovuşması nəticəsində meydana gəlmişdir. İnsanları ətraf mühit çirkliliyi kimi neqativ ekoloji təsirlərin nəticələrdən qorumaq və ətraf mühitin keyfiyyətini artırmaqla əlaqəli mühəndislik sahəsidir.

    Min illər boyu təbiətin müvazinətinin pozulmasına qarşı görülən tədbirlər, ənənələr 1910-cu ildə Cenevrədə Təbiəti Mühafizə Cəmiyyəti kimi vacib bir təşkilatın yaranması ilə nəticələndi. 1913-cü ildə Bern şəhərində təbiətin mühafizəsi üzrə Birinci Beynəlxalq müşavirə çağırıldı. Beləliklə, təbiətin mühafizəsi hərəkatı bütün dünyada sistemləşdirildi və dövlətlərin nəzarətinə alındı. Bundan sonra iki əsas iş sahəsi önəm görməyə başladı bunlar ekologiya (bu fəaliyyəti göstərən şəxslər ekoloqlar adlanır) və ekologiya mühəndisliyi sahələridir.

    Ekoloq, bir cəmiyyətin ətraf mühit üzərindəki təsirlərini izləyən, ekoloji problemləri müəyyənləşdirən və həll yolları tövsiyə edən mütəxəssislərdir. Əsas hədəfləri ətraf mühitin həyat şəraitini yaxşılaşdırmaqdır.

  Ekologiya mühəndisi, ətraf mühit problemlərinə yenilikçi həllər təqdim edən problem həlledicilərdir. Əsas vəzifələri arasında ətraf mühit məlumatlarının toplanması və analiz edilməsi,  ətraf mühit üzərindəki insan təsirlərinin araşdırılması və ətraf mühitin mühafizəsinin idarəedilməsinin yaxşılaşdırılması sayılabilər.

    Hər ikisi də ətraf mühit problemlərini ələ alır. Bununla birlikdə həyat şəraiti üzərindəki təsirlərin yaxşılaşdırılması və düzəldilməsinə yönəldilmiş yanaşmalarda fərqliliklər vardır. Ekoloq analitik prizmadan yaxınlaşır. Müəyyən bir vəziyyətə nəyin səbəb olduğuna fokuslanarkən, mühəndis problemin nece düzəltilə biləcəyinə baxar. Misal olaraq, ekoloq su çirklənməsinin səbəbinə və nəticələrinə baxır. Mühəndis ekoloqun məlumatlarını alır və çirkləndiriciləri aradan qaldırmaq üçün nə etmək lazım olduğunu müəyyənləşdirir.

    Ekoloqlar iqlim dəyişkənliklərini, hava çirkliliyini, su keyfiyyətini, torpaq çirkliliyini, insanlara, heyvanlara və bitkilərə təsir edən təhlükəli maddələri araşdırırlar. Dünyanın təbii ehtiyyatlarına təsir edən müxtəlif sahələrə girirlər. Labaratoriyalarda analiz üçün içməli su və atmosfer nümunələri toplayırlar. Mühəndislərə, hüquq məhkəməsinə, yerli cəmiyyətə vəya dövlət qurumlarına bildirdikləri nəticələri təmin edirlər.

 Ekologiya mühəndislərinin öhdəlikləri oxşarları ilə üst-üstə düşür. Mühəndislər həmçinin torpaq, su və hava çirkliliyi bununlaya yanaşı tullantı sularının təmizlənməsi əlaqəlidirlər. Onların biliyi ilə bu mənfi ətraf mühit problemləri öz həllini tapır. Mühəndislik prinsiplərindən istifadə edərək, suyu təmizləmə, tullantı suyunun təmizlənməsi obyektlərinin dizaynı və fabrik emisyalarının azaltma vasitələrini (texniki) müəyyənləşdirirlər.

    Ən yaxşı ekologiya mühəndisləri, ətraf mühit problemlərinə təyziq göstərmək üçün yaradıcı həll yolları taparaq yaxşı bir inovativ düşünmə və problem həll etmə bacarıqlarına ehtiyac duyur.

    Ekologiya mühəndisliyi – bu peşənin tarixi eramızdan əvvəllərə dayanmaqdadır, ilk su və kanalizasiya xəttlərinin yaradılması bunun sübutudur. Ancaq 19-cu əsrə qədər dünyada bu sahə geniş vüsət almamışdır. Joseph Bazalgette Londonda ilk yeraltı kanalizasiya xəttlərini dizayn edərək tarixə ilk ekologiya mühəndisi kimi adını tarixə yazdırmışdır. 1945-ci ildən sonra dünyada müharibənin nəticəsi olaraq ağır ekoloji problemlər yaranmışdır. Bu problemləri aradan qaldırmaq üçün elmə ekoloji baxış terimini tam mənasıyla gətirərək, istehsalat, xammalın çıxarılması və ətraf mühitdə fəaliyyətlə bağlı proseslərdə ekologiya mühəndislilərinin iştirakının təmini həyata keçirilməyə başlanıldı. Müasir dövrdə bu peşə yüksək texnoloji inkişaf səviyyəsi vasitəsilə istənilən sahədə aparıcı rola malik olma potensialına malik bir sahə halına gəlmişdir.

  Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

Ekoloq Ekologiya mühəndisi
Cavabdehlikləri
Sahə araşdırmalarını yoxlamaqvə təhlükəliyerlərivə materiallarınhesabatınınhazırlanması   Çirklənmənin idarə olunması və tullantıların idarıedilməsi üçün texnologiya yaratmaq
Təhlükəlisahələrin, kimyəvi inventarların və şikayət araşdırmalarının yerini müəyyənləşdirən idarəetmə məlumat sistemlərini həyata keçirmək   Ekoloji məlumatların toplanması və analiz edilməsi
Çirkliliyi və ekoloji təhlükələri ortadan qaldırmaq üçün həllər formlaşdırmaq və tövsiyə etmək   Ticarət fəaliyyətlərinin ekoloji təsirlərinimüəyyənləşdirmək üçün sahə dəyərləndirmələri həyata keçirtmək
Təsirliişçitəlimproqramları dizayn etmək və tətbiq etmək

 

  Ətraf mühit üzərində insan təsirlərini araşdırmaq
Qida, torpaq, suvə havatestnümunələrinitoplamaqvə analizetmək   Təkrara emal, xalq sağlamlığı, su və hava çirkliliyidə daxil olmaqla ətraf mühiti mühafizənin yaxşılaşdırılması
Araşdırmaetməkvə tapıntılarını mövcud ətrafmühit şəraitihaqqındahesabattəqdimetmək   Bərpa olunan enerji, iqlim dəyişkənliyi, qida və su təhlükəsizliyi kimi kritik araşdırma sahələrinin müəyyənləşdirilməsi
Sahə yoxlamaları haqqındaaçıqvə detallı yazılı hesabathazırlamaq   Hava çirkliliyi idarəetmə sistemlərinin yaradılması kimi ətraf mühitin mühafizəsi lahiyələrinin həyata keçirilməsi
Deqredasiyadanmühafizə proqramları və təhlükəlitullantılarınidarəedilməsiqaydalarını həyatakeçirtmək   Dizayn lahiyələrinin ətraf mühit və sağlamlıq qaydalarına uyğun olmasını təmin etmək
Ekoloji tənzimləmələr mövzusunda siyasət formalaşdıranlara məsləhət vermək
Ekolojiməqsədvə hədəflərinformlaşdırılmasınaaparıcı roloynamaq

 

Azərbaycan şirkətlərinin tələbləri
Ətraf mühitin qaydalarının və tətbiqlərinin inkişaf etdirilməsi və tətbiq edilməsi
Ekoloji hesabatların yaradılması və rəhbərliyə təqdim edilməsi
Kimyəvi sızmalar kimi ekoloji hadisələrə cavab vermək üçün fövqəladə cavab tədbirlər qrupu ilə işlənilməsi
Ətraf mühitin mühafizəsini optimal şəkildə təmin etmək üçün rəhbərliyə müvafiq istiqamət verilməsi
Ekoloji cəzaların və lisenziyaların alınması,saxlanması,dəyişdirilməsi, yenilənməsi
Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi
Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların aparılması
Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi
Tullantıların xaric edilməsi və çirklənmə nəzarət programlarına nəzarət edilməsi
Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması

Peşə fəaliyyətindən asılı olmayaraq hər bir mütəxəssis öz fəaliyyətini təkminləşdirmək üçün öz peşəsinə müvafiq olan müəyyən bacarıqlara yiyələnməli və öz sahəsinin iş potensialı haqqında məlumatlar əldə etməlidir. Buna istinadən bir ekologiya mühəndisinin bilməli olduğu digər vacib məqamlar aşağıdakılardır:

  • Komputer proqramları və bununla yanaşı GPS sistemləri ilə işləməyi bacarmaq
  • Microsoft Office,
  • Microsoft Project,
  • AutoCad, (istəyə bağlı)
  • 3Dmax, (istəyə bağlı)
  • Revit (istəyə bağlı) və s.
  • Ətraf mühitin mühafizəsinə dair qanunvericilikləri bilməli;
  • Azərbaycan Respublikasının «Meşə məcəlləsi»
  • Azərbaycan Respublikasının «Su məcəlləsi»
  • «Yerin təki haqqında» qanun
  • «Ətraf mühitin mühafizəsi haqqında» qanun
  • «Ekoloji təhlükəsizlik haqqında» qanun
  • Azərbaycan Respublikasının «Torpaq məcəlləsi»
  • «Atmosfer havasının mühafızəsi haqqında» qanun
  • «Yaşıllıqların mühafizəsi haqqında» qanun
  • «Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» qanun
  • Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin və Nazirlər kabinetinin müvafiq qəraralarını mütləq şəkildə bilməlidir.
  • Ətraf mühitin risklərini hesablamaq üçün yerli və beynəlxalq standartları bilməli;
  • AZstandart
  • ISO 9001
  • ISO 14001
  • QOST-lar (17 ilə başlyan) və s.
  • Risk analizi metodlarını bilməli (hansə metodlardan istifadə etməli olduğunu);
  • Ekoloji normativ sənədlərin hazırlanması və tədbirlər sisteminin həyata keçirilməsi prinsiplərini bilməli;
  • Düzəldici və önləyici tədbirlər planını hazırlamağı hər zaman bilməli;

Bu ixtisas üzrə bir çox dövlət və özəl şirkətlərdə çalışmaq münkündür. Qısa şəkildə siyahı vermiş olsaq aşağıdakı yerlər bu ixtisas üçün tam məqbul olan qurum və şirkətlərdir.

  • Ekologiya və Təbii Sərvətlər Nazirliyində
  • Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində
  • Azərbaycan Müdafiə Sənayesi Nazirliyi
  • Fövqəladə Hallar Nazirliyi( müvafiq spesifikasiyalara cavab verməklə)
  • Energetika Nazirliyinin tabeli qurumları
  • Neft və kimya sənayesi şirkətlərində (SOCAR, BP və s.kimi)
  • Dağ-mədən fəaliyyəti göstərən şirkətlərdə (Azərgold və s.)
  • Tullantıların təmizlənməsi ilə məşğul olan bütün şirkətlərdə
  • Xüsusi təlim mərkəzlərində
  • Laboratoriyalarda
  • Və adını çəkmədiyim müxtəlif sektorlarda (yerli və xarici şirkətlərdə)

  Bu ixtisasa yiyələnən şəxslər təhsilini bitirdikdən sonra necə karyera planlaması etməli olduqlarını qısa şəkildə izah etmək istəyirəm.

    İlk öncə öz sahənizə müvafiq olan müxtəlif spesifikasiyalara yiyələnməlisiz. Yəni öz sahənizə müvafiq olan beynəlxalq standartları öyrənə vəya sertifikatlarını ala bilərsiniz.

    Auditin aparılma qaydalarını öyrənə vəya sertifikatını ala bilərsiniz, (Nəzərə almalısınız ki, audit sistemi 2 cür olur daxili audit və baş audit. Daxili audit sertifikatını aldığınız zaman sadəcə müqavilə ilə işlədiyiniz şirkət, müəssisə vəya təşkilatı yoxlaya bilərsiz amma baş audit sertifikatını alırsınızsa siz meqaviləsizdə digər şirkət, müəssisə vəya təşkilatı yoxlaya bilərsiniz (təbii ki, sifariş əsasında olur bu prosedur).

    Müxtəlif təcrübə proqramlarına qoşula bilərsiz, bu proqramlar özündə bir neçə məsələni ehtiva edir. Beləki siz könüllülük fəaliyyəti göstərə bilərsiniz bu əsasən ödənişsiz əsaslara həyata keçirilir və əsasən beynəlxalq və iri həcmli yerli lahiyələr zamanı həyata keçirilir. Əsasən fəaliyyət başa vurulduqda sertifikatla təmin olunursunuz.

    Ödənişsiz əsaslarla təcrübə proqramlarına qoşula bilərsiniz. Bu proqramlar müxtəlif yerli və xarici şirkətlər tərəfindən tələbələr və məzunlar üçün həyata keçirilir. Adından da göründüyü kimi ödənişsizdir. Müvəffəqiyyətlə başa vurduğunuz zaman Sertifikatla vəya Arayışla təmin olunursuz.

    Ödənişli əsaslarla təcrübə proqramı əsasən xarici şirkətlər və dövlət qurumları tərəfindən həyata keçirilir. Ödəniş qurum vəya şirkətə görə fərqlilik göstərir və əsasən sizin yol və yemək xərclərinizi təmin etmək üçün nəzərdə tutulmaqdadır. Burada da müvəffəqiyyətlə bitirdiyiniz halda sertifikat vəya Arayışla təmin olunursuz.

    Təcrübə proqramlarında iştirak etməyiniz sizin əmək fəaliyyətinə yararlığınızı təsdiq etməklə yanaşı praktiki fəaliyyətin təşkilində öz sözünüzə deyə biləcəyinizin təminatçısıdır. Amma unutmamaq lazımdır ki, bir müəssisədə maksimum 3 ay müddətində təcrübə proqramında iştirak edin, əgər siz bu müddəti tam müvəffəqiyyətlə tamamlasanız, artıq bu o deməkdir ki, siz potensial işçisiniz.

Təcrübəni bitirmədən öncə potensial iş yeri siyahılarını hazırlayın və CV-lərinizi göndərin. Heç bir zaman fəaliyyətlər arasına boş zaman dilimininin əks olunmasına icazə verməyin, əgər bu boşluq münkünsüzdürsə o zaman mütləq bu boşluğu hər hansı təhsil fəaliyyəti ilə doldurun bu sizi İnsan Resursları işçilərinin Bəs niyə bu dövrdə fəaliyyətsiz qalmısınız? sualından sığortalayacaqdır.

    Çalışın hər zaman səriştəli mütəxəssis olasınız. Bu zaman siz yüksək müşahidə, təhlil və proqnozlaşdırma bacarığına sahib olacaqsınız. Buda sizi hər zaman axtarılan bir kadr olmağınıza əsaslı şərait yaradacaqdır.

 Sonda diqqətinizə çatdırmaq istəyirəmki, bu sahənin gələcəyi olduqca parlaqdır və nəzərə alsaq ki, keçmişdən 20-ci əsrin əvvəllərinə kimi insanlar təbiətdən istifadə edərkən onların özünü bərpa potensialını hesaba qatmamışdılar və qarşısı alınmaz istehlakı ətraf təbii mühitin dağılmasına, strukturunun pozulmasına və çirklənməsinə gətirib çıxartmışdır. Bugünkü ekoloji vəziyyət dünyanın ən qlobal problemlərindən biridir və ekoloji problemlər günü-gündən artmaqda davam edir. Artmaqda olan problemlər hər zaman həll yolu axtaran mütəxəssis heyəti lazımdır ki, bu mətəxəssislərdə ekoloqlar və ekologiya mühəndisləridir.Azərbaycanda da bu sahə üzrə təhsil alan və ixtisasını təkmiləşdirən şəxslərə tələbat böyükdür və sahənin ölkəmizdəki prespektivi olduqca yüksəkdir.

    Elmir Məmmədli

 

Şərh bildir