İxtisasın  təsviri

Kosmos bəşəriyyətin gələcəyidir. Kosmik texnika mühəndisi konversiya, innovasiya sahəsində yüksək ixtisaslı mütəxəssisdir. Mütəxəssislərin hazırlanması zamanı intellektual sistemlərin, kosmik aparatların, qanadlı raketlərin layihələşdirilməsi, istismarı öyrədilir. Təlim zamanı tələbələrə raket qurğularının əsasları, materialların müqaviməti, ballistika, aerokosmik qurğuların və uçan aparatların istismarı, mühəndis qrafikası, raket mühərrikləri, kosmik-raket komplekslərinin yerüstü avadanlıqları və s. kimi fənlər tədris edilir. İxtisas ballistika və peyk sistemərinin quruluşu (xüsusilə enerji sistemləri) üzərində qurulub. Peşə “insan  və texnika” kateqoriyasına aiddir, fizika, kimya və riyaziyyat  fənnlərinə daha böyük marağı olan abituriyentlər bu ixtisasa müraciət edə bilər.

İxtisasın tarixi

   Peşənin ölkəmizdəki tarixi SSRİ ilə birlikdə başlayıb. (Bu barədə ən çox istifadə edilən fikir roket yanacağının Bakida istehsal edilmə tarixidir.)

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Kosmik uçuş aparatlarınının quruluşu, altsistemləri və idarə edilməsi;
  • ➝ Məlumatların təhlili və təfsiri;
  • ➝ Texniki baxım planlaşdırması və nəzarəti;
  • ➝ Prototiplərin sınağı;
  • ➝ Kosmosda və ya Yerdəki fəaliyyət ölçmək üçün istifadə olunan kompüter sistemləri və avadanlıqlarını araşdırmaq, dizayn etmək, inkişaf etdirmək və sınaqdan keçirmək;
  • ➝ Texniki sənədlərin tərtibi;
  • ➝ Avadanlıqların təmirinin həyata keçirilməsi;

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Milli Aviasiya Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar ?

  • ➝ Hərbi və aerokosmik sənayedə;
  • ➝ Raket-kosmik kompleksi üçün məhsul hazırlayan zavodlarda;
  • ➝ Elmi – tədqiqat institutlarında;
  • ➝ Elektronika və Elektrotexnika sahəsində istənilən yerdə;
  • ➝ Milli Aerokosmik Agentlikdə;
  • ➝ Azərkosmosda;
  • ➝ Təhsil qurumlarında;

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Güclü riyazi və analitik düşüncə;
  • ➝ Texniki peşəkarlıq;
  • ➝ Layihənin idarə edilməsi;
  • ➝ Vaxtın idarə edilməsi;
  • ➝ Detallara diqqətli yanaşma;
  • ➝ Təhlükəsizlik məsələlərində məlumatlı olmaq;
  • ➝ Şifahi və yazılı ünsiyyət;
  • ➝ Təzyiq altında işləməyə dayanıqlı olmaq;
  • ➝ Yaradıcı və yenilikçi düşüncə;
  • ➝ Elektronika və Ballistika bilikləri;
  • ➝ Mexanika bilikləri;
  • ➝ Kodlaşdırma bacarıqları;

İxtisasın gələcəyi

  Kiçik dövlət quruluşları üçün kommersial olaraq faydalı deyil və əsasən məsafədən zondlama və digər təhkükəsizlik məqsədləri üçün bu sahəyə investisiya ayrılır. Kosmik sahənin ölkəmizdəki gələcəyi  ondan digər sahələrdə istifadə edərək necə mənfəət əldə edə biləcəyimizlə bağlıdır.

Əmək haqqı

   Milli aerokosmik agentlikdə 250 AZN, Azərkosmosda 800 -1000 AZN arası dəyişir. Riskli sahə olduğu üçün yaşayış xərclərini qarşılayacaq iş tapa bilmək üçün xüsusilə mikrosxemləşdirmə və elektronika sahələrində yetərincə ixtisaslaşmış olmaq tələb olunur.

Son yazılar