İxtisasın təsviri 

  Torpaqşünaslıq və aqrokimya ixtisası bir – birinə yaxın olan 2 ixtisasın birləşməsidir. II kursdan sonra tələbələr öz istəklərinə uyğun olaraq bölünürlər. Onların hər birinin qısa təsvirinə nəzər salaq :

  • Torpaqşünaslıq – Torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya (cəmlənməsi) edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir. Tоrpaqşünaslığın ən çox əhəmiyyət kəsb edən bölmələri aşağıdakılardır: torpağın formalaşması və inkişafı (genezisi) haqqında təlim; torpaq örtüyünün ətraf mühitlə (tоrpаq coğrafiyası) qarşılıqlı əlaqədə olan bütöv məkan törəməsi olması haqqında təlim; torpaq və torpaq örtüyünün münbitliyi və onun aqrotexniki və meliorativ metodlarla tənzim edilməsinin prinsipləri haqqında təlim.
  • Aqrokimya – Aqrokimya kənd təsərrüfatı bitkilərinin qidalanması prosesində bitki, torpaq və gübrə arasındakı qarşılıqlı əlaqələri öyrənən elmdir. Aqrokimya fənninin görkəmli nümayəndəsi olan Dmitri Nikolayevic Pryanişnikovun təyininə görə həmin fənnin başlıca vəzifəsi əkinçilikdə maddələrin dövriyyəsini öyrənmək, torpaq və bitkidə əmələ gələn kimyəvi proseslərə təsir tədbirlərini aşkar etməkdən ibarətdir ki, bunlar vasitəsi ilə bitkilərin məhsulunu yüksəltmək və ya onun tərkibini dəyişdirmək olar. Maddələrin bu dövriyyəsinə insanların müdaxiləsində əsas vasitə gübrələr hesab olunur.Biologiya ilə maraqlananlar üçün uyğun sahədir.

İxtisasın  tarixi

  Torpaqşünaslıq bir elm (təlim) kimi XIX əsrin sonlarında tanınmış rus alimləri Vasili Dokuçayev və Pavel Kostıçyevin əməyi nəticəsində Rusiyada yaranmışdır. 1836-cı ildən başlayaraq kənd təsərrüfatı bitkilərinin, gübrələrin aqrokimyəvi analizini aparmışdır. İlk dəfə ölkəmizdə tədrisi isə 1919 – cu ildən başlamışdır. 

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)  

Torpaqşünaslıq :

  • Torpağın parametrlərinin dəyərləndirilməsi;
  • Torpaqda gedən proseslərə bələd olmaq;
  • Torpağın münbitliyinin formalaşması;
  • Torpağın məhsuldarlığının artırılması;
  • Torpağın inkişafına təsir edən mənfi amilləri təyin etmək və aradan qaldırılması yollarını müəyyən etmək;
  • Torpaq örtüyünün kənd təsərrüfatında istifadəsi şəraitində dəyişkənliyini analiz etmək.

 Aqrokimya :

  • Kənd Təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəkdilməsi;
  • Məhsulun keyfiyətinin artırılması;
  • Torpaqda və bitkilərdə gedən səmərəli dəyişkənliyi tədqiq etmək və ona uyğun həll yolunun tapılması;
  • Bitkilərin qidalanma qanunauyğunluqlarının müəyyən edilməsi;
  • Torpaq münbitliyinin kimyasının analizi;
  • Əkinçilikdə qida maddələrinin dövriyyəsi;
  • Gübrələrin səmərəli tətbiq edilməsi;
  • Bitkilərin ziyanverici və xəstəliklərdən kimyəvi üsullarla mühafizə edilməsi.

Harada bu ixtisasa sahiblənmək olar?

  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Bakı Dövlət Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

Torpaqşünaslıq :

  • Torpaq analizi laboratoriyaları
  • Əmlak Məsələləri Dövlət Komitəsi
  • Kənd Bələdiyyələri
  • Daşınmaz əmlak müəsisələri
  • Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti
  • Xəritəçəkmə üzrə

Aqrokimya :

  • Aqronomluq üzrə
  • Aqrokimya laboratoriyası
  • Əkinçilik Elmi Tədqiqat İnstitutu

Hər iki sahəyə aid iş yerləri :

  • Kənd Təsərrüfatı Nazirliyi
  • Qida Təhlükəsizliyi İnstitutu
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)  

Bu ixtisas üzrə xüsusi bacarıqlara ehtiyac yoxdur. Zəruri təməl kompetensiyalar isə bunlardır :

  • Məsuliyyətli olmaq;
  • Analitik düşüncə;
  • Məntiqi təfəkkür;
  • Komanda ilə işləmə bacarığı;
  • Təşkilatçılıq bacarıqları;
  • Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • Detallara diqqət yetirməyi bacarmaq;
  • Daim öyrənmək bacarığı;
  • Müşahidə bacarığı;
  • Fiziki dözümlülük;
  • Stressə dözümlülük;
  • Punktuallıq;
  • Dəqiqlik;

İxtisasın gələcəyi

   Torpaq tükənməyən resursdur.Bu baxımdan onun öyrənilməsi və dəyişikliklərin tədqiq edilməsi zəruridir. Qeyri – neft sənayesinin bütün sahələrinin əsas resurslarından olan torpaq bütün dövrlər üçün aktual və əhəmiyyətli məsələdir.

Əmək haqqı

Torpaqşünaslıq :

  • Dövlət müəsisələrində – 350 – 600 AZN
  • Özəl müəssisələrdə – 500 – 1500 AZN

Aqrokimya :

  • Dövlət müəsisələrində – 300 – 500 AZN
  • Özəl müəssisələrdə – 300 – 2500 AZ
Son yazılar