İxtisasın təsviri

    İngilis dili müəllimi İngilis dilinin fonetika, lüğət və qrammatika sahələrində dil bilikləri və eləcə də, bu ölkənin ədəbiyyatını tədris iştirakçılarına öyrədən müəllimdir. İngilis dilini mədəniyyətlərarası ünsiyyət vasitəsi olaraq, azərbaycan və dünya mədəniyyətinin nailiyyətlərini öyrənmək yolu kimi öyrədir, tələbələri fərqli bir dünyagörüşünün tolerant qavrayışına, yəni mədəniyyətlərin bərabərhüquqlu və bərabərliyini və ümumbəşəri dəyərlərin mövcudluğunu dərk etməyə hazırlayır. Peşə xarici dil və  ədəbiyyatına maraq göstərənlər üçün uyğundur.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) fənn üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • Müasir texnologiyalardan istifadə edərək, fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı,dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək.
  • ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • ➝ Özünü ləyaqətli aparmaq;
  • ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  • ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə ( tədris işləri üzrə direktor müavininə, direktora )məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Bakı Qızlar Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti
  • ➝ Naxçıvan Müəllimlər İnstitutu
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Sumqayıt Dövlət Universiteti
  • ➝ Mingəçevi Dövlət Universiteti
  • ➝ Lənkaran Dövlət Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Odlar Yurdu Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Müəllim kimi orta məktəblərdə, özəl liseylərdə;
  • ➝ Magistr təhsili almaqla univsertetlərdə; 
  • ➝ Bir sıra özəl kurslarda;
  • ➝ Əgər tərcüməçiliyə maraq varsa,tərcüməçi kimi.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar) 

  • Nitq (disursiv): şifahi və yazılı nitqdə İngilis  dili normasına uyğun olaraq ifadələr və mətnlər yaratmaq üçün dil vasitələrindən kifayət qədər istifadə etmək bacarığı;
  • Sosiolinqvistik: ünsiyyət vəziyyətinə uyğun olaraq dil vasitələrindən istifadə etmək bacarığı;
  • Sosial-mədəni: İngilis dilli ölkələrin milli və mədəni xüsusiyyətləri haqqında bilikləri tətbiq etmək bacarığı;
  • Təşkilatçılıq  qabiliyyətləri : Bu  qabiliyyət  müəllimin uşaqları  birləşdirmək, onları məşğul  etmək, vəzifələri bölüşdürmək, işi  planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. bacarığında  özünü göstərir.
  • Didaktik  qabiliyyətlər: Buraya  tədris materialını, əyani  vasitələri, avadanlıqlığı seçmək  və hazırlamaq, tədris materialını  başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı  və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi  tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını  yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  • Perspektiv  qabiliyyətlər: Bu, şagirdlərin daxili  aləmini görmək bacarığında, onların  emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın  xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • Kommunikativ  qabiliyyətlər: Bu  qabiliyyətlər  müəllimin şagirdlər, onların  valideynləri, həmkarları, tədris  müəssisəsinin rəhbərliyi ilə pedaqoji  cəhətdən məqsədyönlü münasibət yarada bilməsində  özünü göstərir.
  • Suqqestiv (təlqinedici )  qabiliyyətlər: Bu, şagirdlərə  emosional-iradi təsir  göstərməkdən ibarətdir.
  • Tədqiqatçılıq  qabiliyyətlər: Bu,  pedaqoji  situasiyaları  və prosesləri dərk etmək  və obyektiv qiymətləndirmək  bacarığında özünü göstərir.
  • Elmi – idrakı  qabiliyyətlər: Bu, seçdiyi  sahə üzrə elmi  bilikləri mənimsəmə  qabiliyyətidir.
  • İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları;
  • ➝ İngilis dili səviyyəsi ən azından A2(Elementary)-B1(Pre-İntermediate) səviyyələrdə olmalıdır.

  Qeyd:Müəllim  praktiki fəaliyyət  üçün bu qabiliyyətlərin  hamısı eyni dərəcədə vacib deyil. Son illərin  elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər  içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan  çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri  aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.

İxtisasın gələcəyi

    Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən,son illər bu peşə sahiblərinin əməkhaqqlarındakı ciddi artım,eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları Mərkəzi, müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.

Əmək haqqı

    İxtisas üzrə maaşlar  aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq, həftəlik dərs yükünə görə təyin edilir.

  • ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
  • ➝ Pedaqoji təcrübə 3 ildən 8ilə qədər olduqda- 496 AZN
  • ➝ Pedaqoji təcrübə 8ildən 13ilə qədər olduqda 522 AZN
  • ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
  • ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.

    Özəl liseylərdə məvaciblər daha yüksək ola bilər.