İxtisasın təsviri 

   Əyani formada təhsil müddəti 4 il, qiyabi formada 5 ildir. İxtisas üzrə kursun öyrənilməsi “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə bakalavr təhsil dərəcəsinin alınmasını təmin edir. İxtisas yanğınların söndürülməsi və yanğın profilaktikası sahəsində ali təhsilli mütəxəssislərin hazırlanmasına aiddir.Yanğın təhlükəsizliyi mütəxəssisi iş yerlərində qanuna uyğun olaraq yanğın qaydalarına əməl olunmasına nəzarət edir, korporativ qaydalar və əmrlər hazırlayır, yanğın təhlükəsizliyi işçilərinə təlimat verir və dövlət qurumları ilə qarşılıqlı əlaqədə olur.

İxtisasın  tarixi

  Peşəkar yanğından qorunmanın əsasının səbəbi 1666-cı ildə Londonun Böyük Yanğını idi. Bu bir yanğının nə qədər böyük fəlakət yarada biləcəyini göstərmişdir. Yanğının potensial qurbanlarına ödəmələri azaltmaq istəyən sığorta şirkətlərinin sahibləri Temza qayıqçılarından öz yanğınsöndürmə briqadalarını qurdular. Bu güclü və sərt insanları lazım olduqda tapmaq asan idi.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri) 

  • ➝ Yanğın təhlükəsizliyi təlimatları və müxtəlif qurğular üçün tələblər tərtibi, qaydaların təşkilatların işçilərinə və əhalinin digər qruplarına izah edilməsi;
  • ➝ Yanğının qarşısının alınması tədbirlərini həyata keçirmək;
  • ➝ Təcili təlim məşqləri təşkil etmək;
  • ➝ Yanğınları söndürmək üçün lazım olan qüvvə və vasitələri hesablamaq, yanğınsöndürmə maşınlarının sayını və yerini əvvəlcədən planlaşdırmaq;
  • ➝ İnsanların təxliyəsini və xilas edilməsini, təcili reaksiya vəziyyətində digər təxirəsalınmaz işləri təşkil etmək;
  • ➝ Zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi;
  • ➝ Avtomatik yanğından mühafizə vasitələrinin (sensorlar, həyəcan siqnalları, radio rabitə, idarəetmə mərkəzləri) işini izləmək, onların dəyişdirilməsi barədə qərar qəbul etmək;
  • ➝ Yanğınlar zamanı ətraf mühitin çirklənmə dərəcəsini, zərərli maddələrin və yanma və partlayış nəticəsində yaranan qarışıqların zəhərli təsirlərini qiymətləndirilməsi;
  • ➝ Yanğın siqnallarını qəbulu və yoxlanması;
  • ➝ Yanğın hadisələri ilə bağlı ekspert araşdırmaları və sorğular aparmaq;
  • ➝ Tikinti materialları və qurğularının, binaların, tikililərin və kommunal xidmətlərin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunu yoxlamaq;
  • ➝ Yanğın təhlükəsizliyi tələblərinin pozulması hallarına dair inzibati araşdırmalara başlayın və aparmaq.

Harada bu ixtisasa sahiblənmək olar? 

  • ➝ Fövqəladə Hallar Nazirliyinin Akademiyası

Bu ixtisas üzrə harada çalışmaq olar?

  Mütəxəssis peşəsinə və ixtisas dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi və Dövlət Yanğın Nəzarəti xidmətləri üzrə orqan və bölmələrdə və təyinatına görə onlara bərabər tutulan qurumlarda çalışa bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Təşkilatçılıq bacarıqlarının olması;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • ➝ Stressli vəziyyətlərdə işləməyi bacarmaq;
  • ➝ Məsulliyətli olmaq;
  • ➝ Fiziki dözümlülük;
  • ➝ Problemləri, dəqiq şəkildə müəyyən etmək;
  • ➝ Məkan təsəvvürünə malik olmaq;
  • ➝ Məntiqi təfəkkür;
  • ➝ Texniki təfəkkür
  • ➝ Komandada işləmək istəyi;
  • ➝ İnsanpərvərlik.

İxtisasın gələcəyi

   Ən müasir tikinti materiallarından və avtomatik yanğınsöndürmə sistemlərindən heç biri yanğın təhlükəsizliyinə zəmanət verə bilməz.Bu səbəbdən bu sahədə insan amilinin  çox böyük rola malikdir. Bu da yanğınsöndürənlərə həmişə ehtiyac duyulacağını göstərir.

Əmək haqqı

   Dövlət qurumlarında aylıq əmək haqqı orta hesabla 500-600 AZN-dən başlayır və daha  yüksək məbləğlərə qədər çatır. Özəl şirkətlərdə  isə başlanğıc əmək haqqı 600 AZN təşkil edir.Bu rəqəm xarici şirkətlərdə isə bir az daha yüksəkdir.

Son yazılar