İxtisasın təsviri 

  •   Zoomühəndislik heyvanların həyatının qanunauyğunluğunu açır, yəni onların çoxaldılması ,inkişafı, məhsualdarlığı və s.haqqında məlumatlar verir.Onun əsas vəzifəsi bunların həyata keçirilməsi üçün xüsusi texniki metodları tapmaq və həyata keçirməkdir. Qısacası Zootexnika heyvandarlıq məhsullarının istehsalı haqqında ola elmdir.

Zootexnika elmi iki hissəyə bölünür:

1) Ümumi zootexnika heyvandarlıqda işləmə prinsipi və metodlarını öyrənən elmdir.Bu da (ümumi zootexnika) öz növbəsində 3 hissəyə bölünür:

  • ➝ Çoxaltma (inkişaf etdirmək)-yəni heyvanların keyfiyyətinin yaxşılaşdırılması və yeni cinslərin yaradılmasını öyrənən bölmə;
  • ➝ Yemləmə- heyvanların düzgün yemləndirilməsini ğyrənən bölmə;
  • ➝ Zoogigiyena- heyvanların sağlamlığını qoruyan bölmə;

2) Xüsusi zootexnikaya ayrı-ayrı heyvanların (iribuynuzlumalların,donuzçuluğun,quşçuluğun,atçılığın,qoyunçuluğun və s.) xüsusiyyətlərini,cinslərini öyrənir və inkişaf etdirir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  •  ➝ Geniş tədqiqat və inkişaf işlərinin aparılması;
  •  ➝ Heyvandarlıqda konstitusiya əhəmiyyətinin öyrənilməsi;
  •  ➝ Eksteryer haqqında təlimin öyrənilməsi;
  •  ➝ İnteryer öyrənilməsi metodları;
  •  ➝ Seçmədə ölçmənin əhəmiyyətinin öyrənilməsi;
  •  ➝ Yemlərin kimyəvi tərkibinin öyrənilməsi;
  •  ➝ Yemlərin ümumi qidalılığının qiymətləndirilməsi;
  •  ➝ Etibarlılıq və təhlükəsizlik;
  •  ➝ Lazım olduqda peformans yeniləməsini planlaşdırmaq;
  •  ➝ Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri, damazlıq işlərini, heyvanların cins keyfiyyətini yaxşılaşdırmağı, cins mal-qaranın uçotunu ayrıca aparmağı təmin etməyi bilməli;
  •  ➝ Təsərrüfatın yem balansını tərtib etməyi, yem bazasını möhkəmləndirməyi, gündəlik fərdi və qrup halında yem payını tərtib etməyi, onların düzgün yerinə yetirilməsinə nəzarət etməyi bilməli;
  •  ➝ Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasının təşkilini bilməli;
  •  ➝ Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini bilməli;
  •  ➝ Südün keyfiyyətinin, yağlılıq dərəcəsinin, turşuluğunun müəyyən edilməsi işlərini bilməli; 
  •  ➝ Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin, südün yağlılıq dərəcəsinin və miqdarının dəqiq təyinini bilməli.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti(Gəncə şəhəri)

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Heyvandarlıq məhsullarının emalı müəssisələrində;
  • ➝ Heyvanların yetişdirilməsi üzrə sənaye komplekslərində;
  • ➝ Elmi-tədqiqat laboratoriyalarında ;
  • ➝ Məktəb və universitetlərdə;
  • ➝ Elmi müəssisələrdə;
  • ➝ Genetik
  • ➝ Baytar feldşeri
  • ➝ Heyvandarlıq mütəxəssisi
  • ➝ Maldarlıq mütəxəssisi
  • ➝ Kinoloq
  • ➝ Arıçı və s. kimi vəzifələrdə çalışa bilər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)  

  • Analitik bacarıqlar- Zoomühəndislər işçilərin,məhsulların,heyvanların, ən əsas və vacib olan işlərindən biri də heyvanlarda aylar və günlər üzrə gedən böyümə və inkişafı öyrənmək və onu təhlil etməlidirlər.
  • Ünsiyyət bacarıqları- Zoomühəndislər işçilərin və layihə üzərində işləyən digər şəxslərin ehtiyaclarını başa düşməlidirlər.Bundan əlavə,sistemlər və işlədikləri problemlərin həlli barədə düşüncələrini bilməlidirlər.
  • Biometrik bacarıqlar- Heyvanlarda irsiyyətin biometrik təhlil edilməsi qanunlarını əks etdirən irsən keçmə,seleksiya səmərəliliyini,heyvanların damazlıq keyfiyyəti, törədicilərin nəslin keyfiyyətinə görə qiymətləndirilməsi, şəcərənin tərtibi bə genologiyanın hesablanma qaydalarnı bilməlidirlər.
  • Problem həlletmə bacarığı- Zoomühəndislərin əsas rolu kənd təsərrüfatı istehsalında yaranan problemləri həll etməkdir. Hyevandarlıqda ən vacib olan fərdi inkişaf qanunauyğunluğu və göstəriciləri əks edən mütləq artım,gündəlik artım və nisbi artım parametrlərinin hesablama qaydalarıdır. Bu problemləri həll etmək üçün zoomühəndislik prinsiplərini yaradıcı şəkildə tətbiq etməlidirlər.

İxtisasın gələcəyi

  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 dekabr 2016- cı il tarixli 1138 nömrəli fərmanına əsasən milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə 12 strateji yol xəritəsinin işlənməsi nəzərdə tutulmuşdur. Həmin sənədlərdən biri olan “ Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının itehsalına dair Strateji Yol Xəritəsi”ndə ölkədə kiçik və orta sahibkarlığın (KOS) vəziyyəti təhlil edilir, xüsusilə bu sahədə görülmüş işlər, həyata keçirilmiş islahatlar, mövcud statistika barədə ətraflı məlumat verilir.Həmin yol xəritəsində 2020- ci ilədək strateji, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025- ci ildən sonrakı dövr üçün hədəf baxış əhatə edilir.Bu strateji hədəflərə KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi,onların beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanın artırılması və s.aiddir. Kənd təsərrüfatı istehsal sistemlərinin səmərəliliyini artırmaq və ərfat mühitə dəyən ziyanı azaltmaq ehtiyacı bu işçilərin tələbini dəstəkləmlidir.

   Zoomühəndislər çalışdıqları layihələrin çeşidini genişləndirirlər.Heyvandarlığın bütün sahələrinin inkişaf etdirilməsinin əsas şərtlərindən biri möhkəm və tam dəyərli yem bazasının yaradılmasıdır.Yem bitkiçilik,heyvandarlıq  və sənaye arasında rabitə yaradan bir həlqədir.Heyvandarlığın gələcək inkişafı onun sənaye ilə istehsalat əlaqələrinin genişləndirilməsini və təkmilləşdirilməsini tələb edir.

  Heyvandarlıq məhsullarının keyfiyyət və kəmiyyətinə, onların sağlamlığına, cavanların düzgün boy və inkişafına təsir edən amillərdən ən başlıcası yem və heyvanların bioloji – təsərrüfat xüsusiyyətlərinə uyğun yemlənmələridir.

  Cinsin damazlıq və yüksək məhsuldarlıq göstəricilərindən asılı olmayaraq,heyvanlar o zaman öz cinsi xüsusiyyətlərini göstərə bilər ki,onlar düzgün tərkibli müxtəlif yem qarışıqları il yemləndirilsinlər.Çalışmaq lazımdır ki,heyvanlar gündəlik yem payları hər cür yem qatışıqları ilə zəngin olsun və quşun cinsinə,növünə,məhsuldarlığına,yaşına,ilin müxtəlif  fəsillərinə uyğun şəkildə nizamandırılsın.Artan əhali və daha güclü qlobal rəqabət daha səmərəli istehsal vasitələri tapmaq üçün fermerlərə təzyiq göstərməyə davam edəcək və bunun üçün kənd təsərrüfatı mühəndislərinə ehtiyac duyacaqdır.

Əmək haqqı

 Əmək Statistikası Bürosunun (BLS) məlumatına görə, zoomühəndislər üçün orta illik əmək haqqı 75,880 dollardır. Ən aşağı 10%-lik 48,380 dollardan az qazanir, ən yüksək 10% isə 114,880 dollardan çox qazanc əldə edir. 2026 – cı ilə qədər digər peşələr ilə müqayisədə ortalama bir artım tempi olan 8% artacaq. Kənd təsərrüfatının səmərəliliyinə və istehsalına ictimai tələbatın artması,kənd təsərrüfatı zoomühəndislərinin əmək bazarına nisbətən sabit saxlamağı kömək edəcəkdir.

Son yazılar